Haqqında

Salman Vilayətoğlu 1962-ci il fevral ayının 14-də Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində anadan olub. 15 yaşında orta məktəbi, 20 yaşında (1982-ci ildə) isə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib.

Həyatı

1982-1983-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Ural Hərbi Dairəsindəki qapalı müəssisələrindən biri olan “Xrompik” İB-nin konstruktor bürosunda çalışıb, 1983-1985-ci illərdə Almaniya Demokratik Respublikasındakı sovet qoşunlarına məxsus hərbi hissələrdən birinin kəşfiyyat vzvoduna rəhbərlik edib, hərbi hissə komsomol komitəsinin katibi kimi fəaliyyət göstərib. 1986-cı ildə Bakı Ali Partiya Məktəbində “İdeoloji kadrlar” kursunun müdavimi olub.

1989-cu ilin yanvarında deportasiya nəticəsində
Bakı şəhərinə köçüb, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində çalışıb. O, Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaradılmasının təşəbbüskarlarından biridir. 1990–1992-ci
illərdə həmin cəmiyyətin “Təşkilat və hüquq” şöbəsinin müdiri, eyni zamanda, Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 1993-cü ildə köçürmə yolu ilə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə qayıdıb və 1997-ci ilin aprel ayına qədər “Sosioloji tədqiqatlar, müxbirlər və məktublarla iş” şöbəsinə rəhbərlik edib. 1997–2000-ci illərdə özünün şəxsi təşəbbüsü ilə nəşr etməyə başladığı müstəqil “Dövran” qəzetinin təsisçisi və baş redaktoru olub. 2000–2004-cü illərdə “Spektr” jurnalının təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərib. 2004-cü ildən “Simurq” Fundamental Araşdırmalar Bürosunun və “Simurq” Milli Mükafat Fondunun rəhbəri, 2007-ci ildən “İntellekt” Araşdırmalar Mərkəzini İctimai Birliyinin direktoru olub. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin icraçı katibi, “Birlik” jurnalının baş redaktoru olub. Son illərdə həmçinin “Kaspi” qəzetində baş redaktorun müavini idi.Salman Vilayətoğlu 30 aprel 2009-cu ildə 47 yaşında dünyasını dəyişib. 1 may 2009-cu ildə Qaraçuxur qəsəbəsindəki məzarlıqda dəfn olunub. 100-ə qədər elmi məqalənin, 1 monoqrafiyanın, 3 kitabın müəllifidir.


“Ehtiraslar dalğasının zəbanəsində tarazlığını ìtìrmìş cəmìyyət həlim söz eşitmək iqtidarında olmayanda, söz qılınca, qarmağa dönür…”

Salman Vilayətoğlu

Əlaqə
Baycan Salmanoğlu

salmanvilayatogluvsb

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: