Beşikdən Qəbrə qədər – Yol və Ömür yolu

YOL!

Bu bir kəlmənin sadəcə səslənişi belə insan düşüncəsini ətalətdən çıxıb, aktivləşməyə vadar edir. Çünki yol qət etmək zəruri hərəkətdir – əqli və fiziki gərginliklərlə, hiss və həyacanlarla xarakterizə olunan müntəzəm dinamik prosesdir; eyni zamanda, insan düşüncəsinə sığmayacaq sayda çoxməchullu funksionallıqdır. Görünür, elə bu səbəbdəndir ki, coğrafi mövqeyindən, yaşayış tərzindən, inkişaf səviyyəsindən asılı olmayaraq, bütün millətlərin leksikonunda yolun saysız-hesabsız təsnifatı var: əyri yollar, kəsişən, yollar, çarpaz yollar, tərəqqi yolu, sülh yolu… və bu qəbil başqa təyinatlı, başqa təsnifatlı yüzlərlə, minlərlə YOL… Və nə qədər qəribə olsa da, hər biri ayrılıqda əbədiyyət təsiri bağışlayan, heç bir şərt daxilində qruplaşmayan bu yollar qoca tarixlə müqayisədə olduqca kiçik görünən bir yolun –

ÖMÜR YOLU


deyilən zaman kateqoriyasının qısa epizodlarından savayı bir şey deyil. Ömür yolu… Orta statistik planet sakininin düşüncəsi bu ifadəni insanın əvvəlcədən proqramlaşdırılmış fəaliyyətinın riyazi çərçivəyə salınmış xronologiyası kimi qavrasa da, əslində, bu kəlimə insanın həyatını onun iradəsindən asılı olmadan istiqamətləndirən obyektiv-subyektiv amillərin və insanın öz taleyində oynadığı rolu stimullaşdıran konkret fərdi parametrlərin təsiri ilə gerçəkləşmiş iradəvi fəaliyyətin,eləcə də qeyri-şüuri hərəkətlərin məntiqi ardıcıllığın və üzvi sintezinin məcmusundan ibarət olan canlı, dinamik prosesi ehtiva edir. İnsanların ömür yollarının müxtəlifliyini də əslində,bu şərt və amillərin harmonikliyindən birbaşa asılı olan qeyri-iradi təsir qüvvəsi ilə fərdi parametrlərdən birbaşa asılı olan iradi müqavimət qüvvəsi arasındakı balans funksionallaşdırır. Bu balansın müsbət və ya mənfi yüklü olmasından asılı olaraq,ömür yolları heçliyə qədər dəyərsizləşədə bilər, əbədiyyətə qədər uzana da bilər.Yəni qeyri-iradi təsirlərin esərətində olan insan qeyri-şüuri şəkildə cəmiyyətə də, ətraf mühitə də təbii fəlakətlərinvurduğundan min dəfələrle çox ziyan vurur. Düşüncədən məhrum digər canlılar kimi primitiv bioloji bir ömür yaşayan bu qəbil insanların ömürlük qazancı “sadəcə torpağa və tarixin yaddaşsızlığına gömülmək haqqı”dır. Bəşəri düşüncədə əbədiyaşarlıq haqqı qazanmağın yeganə yolu isə iradi qüvvənin qeyri-iradi təsirlərə müqaviməti ilə şərtlənir ki, bunun da
bünövrəsində şəxsiyyətin formalaşması kimi çoxfunksiyalı mürəkkəb bir
mexanizm dayanır.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: