Anormal “cəmiyyət”in genezisi

Eksp­ressio­nist az­lı­ğın cə­miy­yət için­də “cə­miy­yət” gö­rün­tü­sü sər­gi­lə­mək cəh­di Ərə­bis­tan səh­ra­la­rın­da “buz şə­hər­ci­yi” in­şa et­mək qə­dər cə­fəng bir iş­dir

­Cə­miy­yə­tə dair bü­tün el­mi-­nə­zə­ri sis­tem­lə­rin əsa­sın­da da­ya­nan an­tik fəl­sə­fə­nin ba­ni­lə­ri­nin fik­rin­cə, cə­miy­yə­tin tə­na­sü­bü­nü şərt­lən­di­rən dörd tə­bə­qə ma­hiy­yət­cə tə­biə­tin ta­raz­lı­ğı­nı şərt­lən­di­rən dörd ami­lin – odun, su­yun, ha­va­nın, tor­pa­ğın ey­ni­dir. Da­ha konk­re­ti, an­tik fəl­sə­fə zi­raət əh­li­nin, yə­ni is­teh­sal­çı­la­rın cə­miy­yət­də­ki funk­si­ya­sı­nı tor­pa­ğın; müa­mi­lə əh­li­nin, yə­ni xid­mət sfe­ra­sı­nın bü­tün sa­hə­lə­ri­nin cə­mi­nin funk­si­ya­sı­nı ha­va­nın; qı­lınc əh­li­nin, yə­ni ic­ti­mai-­si­ya­si və hər­bi xa­dim­lə­rin ümu­mu­nun funk­si­ya­sı­nı odun; qə­ləm əh­li­nin funk­si­ya­sı­nı isə su­yun tə­biə­tin ta­raz­lı­ğın­da oy­na­dı­ğı ro­la bən­zə­dir­lər. Bu hik­mət­dən ha­sil olan ilk mən­ti­qi nə­ti­cə odur ki, zi­raət əh­li­nə, müa­mi­lə əh­li­nə in­ki­şaf im­ka­nı­nı qı­lınc əh­li ver­mə­li­dir, yə­ni ic­ti­mai-­si­ya­si xa­dim­lə­rin ener­ji­si o qə­dər ol­ma­lı­dır ki, gü­nəş tor­pa­ğı, ha­va­nı qız­dı­rıb tə­biə­ti can­lan­dır­dı­ğı tim­sal­da, is­teh­sal­çı­la­ra qu­rub-­ya­rat­maq im­ka­nı tə­min edə bil­sin. Qə­ləm əh­li öz var­lı­ğıy­la zi­raət­çi­nin ru­hu­na hop­ma­lı­dır, od tor­pa­ğın ne­mət­lə­ri­ni yan­dır­dı­ğı hal­lar­da alo­vun üs­tü­nə çi­lə­nib onu ram et­mə­li­dir. Od zəif olan­da su­yun se­lə dö­nüb tor­pa­ğın fay­da­lı sət­hi­ni məhv et­mə­si, su zəif olan­da odun hər şe­yi yan­dı­rıb kü­lə dön­dər­mə­si təh­lü­kə­si la­büd­dür. Bəs bu nə­zə­ri ba­xış priz­ma­sın­da çağ­daş Azər­bay­can cə­miy­yə­ti ne­cə gö­rü­nür?

­Sət­hi mü­şa­hi­də nə­ti­cə­sin­də be­lə Azər­bay­can cə­miy­yə­tin­də bir-­bi­ri­nə da­ban-­da­ba­na zidd olan iki mü­hi­tin tə­şək­kü­lü və sü­rət­lə qütb­ləş­mə­si pro­se­si mü­şa­hi­də edi­lir: bi­ri so­sio­lo­ji və po­li­to­lo­ji qa­nu­nauy­ğun­luq­lar­la tam uz­la­şan müt­ləq ək­sə­riy­yət, di­gə­ri isə özü­nü müt­ləq ək­sə­riy­yət­dən bü­tün müm­kün va­si­tə­lər­lə təc­rid et­mək­də is­rar­lı olan, bü­tün tə­bii qa­nu­nauy­ğun­luq­lar­dan me­xa­ni­ki im­ti­na ba­ha­sı­na ol­sa be­lə, ha­di­sə­lə­rin axa­rı­nı və ümu­mən real­lı­ğı öz mis­tik is­tək­lə­ri­nə uz­laş­dır­ma­ğa cəhd edən eksp­ressio­nist az­lıq.

­Müt­ləq ək­sə­riy­yə­tin cəm ol­du­ğu bi­rin­ci cə­miy­yət­də od, ha­va və tor­paq ma­hiy­yət­li qüv­və­lə­rin sinx­ron in­ki­şa­fı ar­tıq da­nıl­ma­sı müm­kün­süz real­lıq ol­du­ğu ki­mi, su tim­sal­lı qüv­və­nin bu in­ki­şa­fa ye­tə­rin­cə yar­dım­çı ola bil­mə­mə­si bir ya­na, ümu­miy­yət­lə, bu in­ki­şaf tem­pin­dən bö­yük fərq­lə ge­ri qal­ma­sı kon­tur­la­rı ay­dın se­zi­lən ger­çək­lik­dir. Yə­ni ic­ti­mai-­si­ya­si ins­ti­tut­la­rın, döv­lət tə­si­sa­tı­nın ali or­qa­nı­nın müs­bət iner­si­ya­sı­nın is­teh­sal və xid­mət sfe­ra­la­rı­nın di­na­mik tə­rəq­qi­si­nə şə­rait ya­rat­dı­ğı­nı inam­la söy­lə­mək müm­kün ol­sa da, elm, ədə­biy­yat və in­for­ma­si­ya sfe­ra­sı ba­rə­də ey­ni inam­la da­nış­maq ol­maz. Xü­su­sən də in­for­ma­si­ya sa­hə­sin­də­ki ax­sa­ma hə­yə­can tə­bi­li çal­ma­ğa əsas ve­rir. Hö­ku­mə­tin, döv­lə­tin, ümu­mən ic­ti­mai-­si­ya­si ins­ti­tut­la­rın çe­vik fəa­liy­yə­ti­ni, uğur­la­rı­nı la­zı­mın­ca işıq­lan­dır­maq­da, bu uğur­la­rı şərt­lən­di­rən amil­lə­ri müəy­yən­ləş­di­rib la­zı­mın­ca təb­liğ et­mək­də san­ki çə­tin­lik çə­kən in­for­ma­si­ya sfe­ra­sı­nın hət­ta sırf tex­ni­ki ba­xım­dan ye­ni­lə­şə bil­mə­mə­si, ha­di­sə­lə­ri qa­baq­la­maq is­tə­yi sər­gi­lə­mə­mə­si hə­qi­qə­tən də cid­di prob­lem­dir. Bu prob­le­min həll olun­ma­ma­sı müəy­yən dövr­dən son­ra ümu­mən in­ki­şaf pro­se­si­nə ən­gəl, cə­miy­yə­tin tə­na­sü­bü üçün zə­ru­ri olan əsas qüv­və­lər­dən bi­ri­ni-­qə­ləm əh­li züm­rə­si­ni tor­moz­la­yı­cı qüv­və­yə çe­vi­rə bi­lər. Bu özü­nü ne­cə və nə­də gös­tə­rə bi­lər?

A­zər­bay­can­da da­xi­li is­teh­sa­lın sü­rət­li in­ki­şaf tem­pi mü­qa­bi­lin­də el­min, ədə­biy­ya­tın zəif yük­sə­li­şi onun­la nə­ti­cə­lə­nə bi­lər ki, Azər­bay­can bü­tün­lük­lə əc­nə­bi təh­sil sis­te­min­dən, xa­ri­ci tex­no­lo­gi­ya­dan və mü­tə­xəs­sis­lər­dən ası­lı və­ziy­yə­tə dü­şər. Bu isə bir­mə­na­lı şə­kil­də cə­miy­yə­tin ta­raz­lı­ğı­nın po­zul­ma­sı­na yö­nə­lik bir amil­dir; özü də çox cid­di amil­dir. İn­for­ma­si­ya sa­hə­sin­də­ki ge­ri­li­yin ağır nə­ti­cə­lə­ri­ni bu gün hə­lə­lik er­mə­ni təb­li­ğa­tı­na uduz­ma­ğı­mız ki­mi acı real­lı­ğın fo­nun­da hiss edi­rik. Azər­bay­ca­nın dün­ya­nın kar­bo­hid­ro­gen si­ya­sə­tin­də­ki ro­lu art­dıq­ca, bi­zi rə­qib gö­zün­də gö­rən­lə­rin sa­yı­nın da ədə­di sil­si­lə üz­rə ar­ta­ca­ğı şək­siz­dir. Ar­tıq bu yön­də ilk arzuo­lun­maz işar­tı­lar da gö­rün­mək­də­dir. Azər­bay­can nef­ti­nin və qa­zı­nın Tür­ki­yə va­si­tə­si ilə Av­ro­pa­ya çıx­ma­sı ar­tıq Ru­si­ya­da bu sa­hə­lə­ri nə­za­rət­də sax­la­yan oli­qar­xi­ya­nın cid­di na­ra­hat­lı­ğı­na sə­bəb olub. Rəs­mi Ba­kı ilə rəs­mi Mosk­va­nın si­ya­si yön­lən­di­ri­ci­lə­ri­nin ki­fa­yət qə­dər is­ti mü­na­si­bət­lə­ri­nə rəğ­mən, son ay­lar ər­zin­də baş ve­rən­lər elə bu na­ra­hat­lı­ğın cə­miy­yət­lə­rə trans­fer olun­muş pro­yek­si­ya­la­rın­dan sa­va­yı bir şey de­yil. Baş­qa söz­lə, rus oli­qar­xi­ya­sı Ru­si­ya­da­kı azər­bay­can­lı miq­rant­lar­dan Azər­bay­ca­na təz­yiq va­si­tə­si ki­mi is­ti­fa­də et­mə­yə, bu yol­la da Azər­bay­can döv­lə­ti­nin di­na­mik in­ki­şaf tem­pi­ni azalt­ma­ğa və tə­bii ki, ener­ji eh­ti­yat­la­rı ba­za­rın­da müəy­yən gü­zəşt­lə­rə məc­bur et­mə­yə cəhd gös­tə­rir. Sa­bah bu yön­lü qıs­qanc me­yil­lə­rin re­gio­nun di­gər döv­lət­lə­rin­də də baş qal­dır­ma­sı və açıq müs­tə­vi­yə çıx­ma­sı eh­ti­ma­lı da az de­yil. Bu gün ol­du­ğu ki­mi, eh­ti­mal olu­nan di­gər ano­lo­ji si­tua­si­ya­lar­da da cə­miy­yə­tin va­hid qüv­və­yə çev­ril­mə­si­nə bö­yük eh­ti­yac du­yu­la­caq. Bu bü­töv­lü­yü tə­min et­mək, ha­di­sə­lə­ri qa­baq­la­yıb ekst­re­mal və­ziy­yət­lə­ri do­ğu­ran sə­bəb­lə­ri cə­miy­yə­tə çat­dır­maq, bir söz­lə, in­for­ma­si­ya mü­ha­ri­bə­si­ni ud­maq qə­ləm əh­li­nin və­zi­fə­si­dir. Am­ma bu gü­nün sa­kit­li­yin­də bu və­zi­fə­nin öh­də­sin­dən la­yi­qin­cə gə­lə bil­mə­yən bir qüv­və­nin ekst­re­mal şə­rait­lər­də ye­tər­li gü­cə çev­ril­mə­si eh­ti­ma­lı çox az­dır. Odur ki, bu ba­rə­də cid­di-­cid­di dü­şü­nüb, cə­miy­yə­tin tə­na­sü­bü üçün zə­ru­ri olan bu dör­dün­cü qüv­və­nin in­ki­şaf tem­pi­ni heç ol­maz­sa di­gər üçü­nün in­ki­şaf tem­pi ilə ey­ni­ləş­dir­mə­yin real yol­la­rı­nı tap­maq la­zım­dır. Am­ma bu heç bir hal­da di­gər üç qüv­və­nin gü­zəşt və ia­nə­lə­ri he­sa­bı­na dir­çəl­mə, ya­xud da me­xa­ni­ki sıç­ra­yı­şa sə­bəb ola bi­lə­cək sü­ni tə­kan ki­mi qav­ran­ma­ma­lı; ədə­biy­ya­tın yay­ğın­lıq­dan çı­xıb məq­səd­yön­lü­ləş­mə­si­nin, el­min ələ­ba­xım­lıq­dan çı­xıb di­vi­dent­lər gə­ti­rən, mil­li tex­no­lo­gi­ya ix­rac edən bir komp­lek­sə çev­ril­mə­si­nin, jur­na­lis­ti­ka­nın ha­di­sə­lə­rin ar­xa­sın­ca sü­rü­nən iz­lə­yi­ci-­təh­lil­çi möv­qe­dən ön­lə­yi­ci­-is­ti­qa­mət­lən­di­ri­ci möv­qe­yə çıx­ma­sı­nın el­mi-­kon­septual əsas­la­rı ha­zır­lan­ma­lı, bu əsas­la­rın ger­çək tət­biq me­tod­la­rı müəy­yən­ləş­di­ril­mə­li­dir. Bu, Azər­bay­can cə­miy­yə­ti­nin müt­ləq ək­sə­riy­yə­ti­ni əha­tə edən kə­si­min real du­ru­mu və sə­ciy­yə­si. Bəs bu mü­hit­lə tam zid­diy­yət təş­kil edən “eksp­ressio­nist az­lıq cə­miy­yə­ti” han­sı özəl­lik­lə­ri ilə sə­ciy­yə­lə­nir?

­Bu kə­sim­də anor­mal­lı­ğı şərt­lən­di­rən əsas sə­bəb, heç şüb­hə­siz, bu­ra­da cə­miy­yət­lə­rin tə­na­sü­bü üçün zə­ru­ri tə­bə­qə­lə­rin ha­mı­sı­nın təm­sil olun­ma­ma­sı­dır. Bu “cə­miy­yət­”in məş­ğul­luq pa­ra­met­ri üz­rə təs­ni­fa­tın­dan ay­dın olur ki, bu­ra­da yal­nız iki tə­bə­qə­nin nü­ma­yən­də­lə­ri: özü­nü güc­lə qı­lınc əh­li, yə­ni ic­ti­mai-­si­ya­si xa­dim­lər tə­bə­qə­si­nə mün­cər et­mək is­tə­yən­lər, bir də qə­ləm əh­li tə­bə­qə­si­nə məx­sus­lu­ğu­nu is­bat­la­maq üçün də­ri­dən-­qa­bıq­dan çı­xan­lar təm­sil olu­nur­lar. Di­gər tə­bə­qə­lə­rin, is­teh­sal­çı­la­rın və xid­mət sfe­ra­sı­nın bu və ya di­gər sə­bəb­dən (müəs­si­sə­si­nin if­la­sı, şəx­si mü­na­si­bət­lər müs­tə­vi­sin­də qi­sas­çı­lıq me­yi­li­nin ya­ran­ma­sı, ya­xud da tam baş­qa bir sə­bəb üzün­dən, fər­qi yox­dur) eti­raz elek­to­ra­tı­na çev­ri­lə­rək, bu cə­miy­yə­tə trans­fer olun­muş tək-­tək nü­ma­yən­də­lə­ri də qı­sa bir za­man­dan son­ra me­xa­ni­ki su­rət­də baş­qa bir tə­bə­qə­yə, ya ic­ti­mai xa­dim­lə­rin, ya da qə­ləm əh­li­nin sı­ra­sı­na trans­fer olur­lar. Bu “cə­miy­yət”­də­ki möv­cud, real tə­bə­qə­lə­rin öz funk­si­ya­la­rı­nı zə­ru­ri sə­viy­yə­də ye­ri­nə ye­ti­rə bil­mə­mə­lə­ri­nin, la­zı­mi sə­viy­yə sər­gi­lə­yə bil­mə­mə­lə­ri­nin sə­bəb­lə­rin­dən bi­ri, bəl­kə də bi­rin­ci­si məhz bu qə­bil trans­fer­lər­dir. Ne­cə de­yər­lər, han­sı­sa qa­pı-­pən­cə­rə us­ta­sı­nın heç bir nə­zə­ri ha­zır­lıq ol­ma­dan me­xa­ni­ki su­rət­də ic­ti­mai xa­dim amplua­sı­na gir­mə­si, ya­xud da han­sı­sa bay­ta­rın bir­dən-­bi­rə jur­na­lis­tə çev­ril­mə­si nə­ti­cə eti­ba­rı ilə hər iki tə­bə­qə­ni pro­fessio­nal kre­ti­nizm mə­rə­zi­nə yo­lux­muş “sax­ta zi­ya­lı­lar”, ya­rım­çıq di­le­tant­lar yığ­na­ğı­na çe­vi­rir. Nə qə­dər acı­na­caq­lı ol­sa da, bu gün özü­nü sü­ni şə­kil­də Azər­bay­can cə­miy­yə­ti­nin föv­qü­nə çı­xar­maq is­tə­yən və bu is­tə­yin dal­ğa­sın­da tə­bii bir əta­lət­lə özü­nü cə­miy­yət­dən təc­rid edən “eksp­ressio­nist az­lıq cə­miy­yə­ti” bu gün məhz bu du­rum­da­dır, “sax­ta zi­ya­lı­lar” yığ­na­ğı­dır.

­”Eksp­ressio­nist az­lıq cə­miy­yə­ti”­ni sə­ciy­yə­lən­di­rən ikin­ci özəl­lik, bu cə­miy­yə­tin da­xi­li tə­na­sü­bü üçün zə­ru­ri olan güc ba­lan­sı­nın kəs­kin po­zul­ma­sı­dır ki, bu­nun da əsas sə­bəb­lə­rin­dən bi­ri di­gər iki tə­bə­qə­nin ol­ma­ma­sı­dır­sa, ikin­ci və ən baş­lı­ca sə­bəb, bu cə­miy­yət­də qə­ləm əh­li­nin qı­lınc əh­li­ni həm say, həm də fəa­liy­yət im­kan­la­rı ba­xı­mın­dan üs­tə­lə­mə­si­dir. Be­lə ki, öz­lə­ri­ni ic­ti­mai-­si­ya­si xa­dim tə­bə­qə­si­nə güc­lə mün­cər et­miş bu in­san­la­rın heç ol­ma­sa bu mik­ro­cə­miy­yət­də ha­kim möv­qe­yə çıx­maq is­tək­lə­ri­ni real­laş­dır­maq im­kan­la­rı de-­fak­to sıf­ra bə­ra­bər­dir. Çün­ki bu yön­lü fəa­liy­yə­tə zə­min ya­ra­dan il­kin şərt, di­gər iki tə­bə­qə möv­cud de­yil, yə­ni güc­lü so­sial ba­za yox­dur. Məhz o ba­za­nın ol­ma­ma­sı ki­mi ob­yek­tiv ger­çək­lik bu adam­la­rı bir-­bi­ri­ni elek­to­rat gö­zün­də gör­mə­yə va­dar edir. Mə­sə­lən, İsa Qəm­bər mi­tinq təş­kil et­mək is­tə­yən­də, di­gər par­ti­ya li­der­lə­ri­nin yü­rüş­çü­lər sı­ra­sın­da ol­ma­sı­nı tə­ləb et­mək məc­bu­riy­yə­tin­də­dir; La­lə Şöv­kə­tin fik­rin­cə isə hə­rə­kat­da di­gər tə­bə­qə­lə­rin nü­ma­yən­də­lə­ri ol­ma­sa be­lə, bu boş­lu­ğu Əli Kə­rim­li­lər və bu sı­ra­dan olan di­gər zəif fi­qur­lar­la dol­dur­maq olar. Bu qə­bil dü­şün­cə­lər isə hər bir iddia­çı­nın mən­sub ol­du­ğu “sax­ta zi­ya­lı­lar” yığ­na­ğı­nın di­gər bü­tün üzv­lə­ri üzə­rin­də amir­lik iş­ta­hı­nı sti­mul­laş­dı­rır. Bu da ma­hiy­yət­cə “va­hid li­der­lik” qov­ğa­sı de­mək­dir ki, çağ­daş Azər­bay­can cə­miy­yə­ti­nin nor­mal kə­si­mi di­gər qütb­də­ki “eksp­ressio­nist az­lıq cə­miy­yə­ti”n­də mün­tə­zəm xa­rak­ter al­mış bu anor­mal mü­ba­ri­zə­yə ar­tıq on il­dir şa­hid­lik edir. Məhz elek­to­ra­tın ol­ma­ma­sı uc­ba­tın­dan fəa­liy­yət im­kan­la­rı­nın məh­dud­laş­ma­sı bu tə­bə­qə­ni öz için­də di­diş­mə­yə təh­rik et­mək­lə ya­na­şı, həm də o mik­ro­cə­miy­yət­də­ki di­gər tə­bə­qə ilə mü­ba­ri­zə­də mis­kin və­ziy­yə­tə sa­lır. Be­lə ki, so­sial qa­nu­nauy­ğun­luq­lar ba­xı­mın­dan cə­miy­yə­tin tə­na­sü­bü na­mi­nə ic­ti­mai-­si­ya­si xa­dim­lər tə­bə­bə­qə­si­ni ta­mam­la­ma­lı olan qə­ləm əh­li konk­ret hal­da tam zidd möv­qe­də da­ya­nır, bir növ bu mik­ro­cə­miy­yət­də ha­kim qüv­və­yə çev­ril­mək niy­yə­ti sər­gi­lə­yir. Və açıq eti­raf edil­mə­li­dir ki, bu­na nail olur. Bə­li, əsa­sən ra­di­kal mü­xa­li­fət təm­sil­çi­lə­rin­dən iba­rət olan bu “eksp­ressio­nist az­lıq cə­miy­yə­ti”n­də si­ya­sə­tin mətbua­tın ar­xa­sın­ca sü­rün­dü­yü, özü­nü ic­ti­mai-­si­ya­si xa­dim he­sab edən­lə­rin bər­bər, sü­rü­cü, feld­şer, aş­paz jur­na­list­lə­rin göl­gə­sin­də qal­dıq­la­rı da­nıl­ma­sı müm­kün ol­ma­yan real­lıq­dır. Am­ma bu üs­tün­lük heç də on il ər­zin­də la­tın qra­fi­ka­sı­nı öy­rə­nə bil­mə­yən qə­ləm sa­hib­lə­ri­nin in­tel­lektual sə­viy­yə­si­nin si­ya­sə­ti eksp­ropria­si­ya ki­mi qav­ra­yan “ic­ti­mai-­si­ya­si xa­dim­lər­”in sə­viy­yə­sin­dən yük­sək ol­ma­sı ilə şərt­lən­mə­yə­rək, sa­də­cə, fəa­liy­yət im­kan­la­rı­nın nis­bi ge­niş­li­yi ilə bağ­lı­dır. Çün­ki o xa­dim­lər­dən fərq­li ola­raq, qə­ləm əh­li­nin öz mik­ro­cə­miy­yət­lə­ri­nin məh­dud kon­tin­gen­ti ilə ya­na­şı, nor­mal qüv­və­lə­rin tə­na­süb­ləş­dir­di­yi müt­ləq ək­sə­riy­yət cə­miy­yə­ti­nə də çı­xış­la­rı var. Məhz bu mə­qam “ekp­ressio­nist az­lıq­lar cə­miy­yə­ti”­nin ic­ti­mai xa­dim­lə­ri­ni qə­ləm əh­lin­dən ası­lı, mü­ti və­ziy­yə­tə sa­lır. Bəs bu qə­bil anor­mal­lıq nə ilə nə­ti­cə­lə­nə bi­lər? Su od­dan güc­lü ol­du­ğu hal­lar­da mü­ba­ri­zə nə ilə nə­ti­cə­lə­nir­sə onun­la. Odun ye­rin­də qa­lan kül tor­pa­ğa, tüs­tü­sü – qa­zı ha­va­ya, bir sı­ra mad­də­lər isə elə su­yun özü­nə qa­rı­şıb yox olur. Və əs­lin­də, bu gün çağ­daş Azər­bay­can cə­miy­yə­ti­nin müt­ləq ək­sə­riy­yət kə­si­mi di­gər qütb­də­ki “eksp­ressio­nist az­lıq cə­miy­yə­ti”n­də bu mən­ti­qi son­lu­ğu mü­şa­hi­də edir: ar­tıq özü­nü­təc­ri­din fa­ciə­si­ni hiss edən­lə­rin bir qis­mi ti­kin­ti biz­ne­si­nə, bir qis­mi də şou və ya­xud təx­mi­nən bu­na­bən­zər şou­la­ra trans­fer olur, əlin­dən ümu­miy­yət­lə, heç nə gəl­mə­yən­lər isə hə­rə­yə bir qə­zet aç­maq­la öz möv­cu­diy­yət­lə­ri­ni qo­ru­ma­ğa cəhd edir­lər. Be­lə­lik­lə, ya­xın gə­lə­cək­də bu cırt­dan cə­miy­yə­tin tam yek­cins­ləş­mə­si, mü­xa­li­fə­tin yal­nız jur­na­lis­ti­ka­dan bi­xə­bər jur­na­list­lər, baş­qa söz­lə, sö­yüş­kən “qə­zet pə­ləng­lə­ri” sü­rü­sü­nə çev­ril­mə­si ən real perspektivdir.

“İNTELLEKT”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: