Ö­zün­də­nim­ti­na re­sep­ti – II Hissə

­Nə­də gös­tə­rə bi­lər özü­nü o so­sial fə­sad­lar? İlk növ­bə­də elek­to­ra­tın si­ya­si ak­tiv kə­si­mi­nin dü­şün­cə və hə­yat tərz­lə­ri­nin qütb­ləş­mə­sin­də; kos­mo­po­lit dü­şün­cə ilə mil­li tə­fək­kür ara­sın­da­kı psi­xo­lo­ji uçu­ru­mun düş­mən­çi­lik həd­di­nə qə­dər də­rin­ləş­mə­sin­də. Bu yön­də sə­pil­miş zə­rər­li to­xu­mun ar­tıq ilk cü­cər­ti­lə­ri də möv­cud­dur. Məhz mü­xa­li­fə­tin apar­dı­ğı yan­lış təb­li­ğat nə­ti­cə­sin­də Tür­ki­yə­də təh­sil al­mış, xü­su­sən də bu öl­kə­yə 1992-1993-­cü il­lər­də gön­də­ril­miş gənc­lər­də be­lə bir rəy for­ma­la­şıb ki, Ru­si­ya­nın ali mək­təb­lə­rin­də təh­sil al­mış in­san­lar Azər­bay­ca­nın Ru­si­ya­nın tə­sir dai­rə­si­nə qay­ta­rıl­ma­sın­da ma­raq­lı­dır­lar. Av­ro­pa­da və Ame­ri­ka­da təh­sil al­mış gənc­lər­də isə məhz Tür­ki­yə­də təh­sil al­mış tə­bə­qə­yə qar­şı bir inam­sız­lıq var. On­la­rın da fik­rin­cə, Tür­ki­yə­də təh­sil alan­lar fa­na­tik mil­lət­çi­lik mə­rə­zi­nə yo­lux­muş­lar və bu sə­bəb­dən də öl­kə­nin si­vil in­ki­şa­fı­na ma­ne ola bi­lər­lər. Ən dəh­şət­li­si isə odur ki, xa­ric­də təh­sil alan­la­rın müt­ləq ək­sə­riy­yə­ti Azər­bay­ca­nın in­ki­şaf mo­de­li­ni yal­nız özü­nün ta­nı­dı­ğı, da­ha doğ­ru­su, təh­sil müd­də­tin­də mü­şa­hi­də et­di­yi öl­kə­nin mo­de­li­nin tət­bi­qin­də gö­rür. Bu­na sə­bəb nə­dir? Sə­bəb Azər­bay­ca­nın son 15 il­də­ki müs­tə­qil in­ki­şaf mo­de­li­nin də­yər­li cə­hət­lə­ri­nin küt­lə­yə la­zı­mın­ca çat­dı­rıl­ma­ma­sın­da, izah olun­ma­ma­sın­da, ey­ni za­man­da, si­ya­si ha­ki­miy­yə­tə gə­liş pers­pek­tiv­lə­ri­ni han­sı­sa xa­ri­ci qüv­və­lə­rin dəs­tə­yi­nə is­ti­na­dən he­sab­la­yan, fəa­liy­yət im­kan­la­rı bu qu­rum­la­rın qrant şə­kil­li ia­nə­lə­rin­dən ası­lı olan si­ya­si çev­rə­lə­rin bu mo­de­lin ya­rar­sız­lı­ğı­nı is­bat­la­maq yö­nün­də­ki fəa­liy­yə­ti­dir. Mil­li mo­de­lin el­mi nə­zə­ri əsas­la­rı­nın və prak­ti­ki fay­da­lı­lıq əm­sa­lı­nın küt­lə­yə tam ay­dın­lı­ğı ilə çat­dı­rıl­ma­ma­sı ba­xı­mın­dan döv­lət qu­rum­la­rı­nın sər­gi­lə­di­yi pas­siv­lik fo­nun­da, si­ya­si am­bi­si­ya­lı tə­rəf­lə­rin Azər­bay­can­da ma­raq­la­rı olan xa­ri­ci qüv­və­lə­rə is­ti­na­dən nü­ma­yiş et­dir­di­yi an­ti­mil­li və an­ti­döv­lət­çi fəal­lıq nə­ti­cə eti­ba­rı ilə mil­li özü­nəi­na­mın zəif­lə­mə­si­nə yö­nəl­miş bir dəst-­xətt­dir ki, bu­nun da mən­ti­qi son­lu­ğu “biz müs­tə­qil ya­şa­ya bil­mə­rik”, “A­me­ri­ka­nın dəs­tə­yi ol­ma­dan iq­ti­sa­di tə­rəq­qi müm­kün de­yil”, “Ru­si­ya əli­ni qoy­ma­sa Qa­ra­bağ prob­le­mi­nin həl­li müm­kün de­yil” ki­mi yan­lış tə­səv­vür­lə­rin küt­lə psi­xo­lo­gi­ya­sı­na ha­kim kə­sil­mə­si­dir. Özün­də­ni­nam­sız­lıq isə özün­də­nim­ti­na­nın sti­mul­laş­dı­rı­cı­sı­dır. Bu aqi­bət­lə üz­-ü­zə qal­ma­maq üçün cə­miy­yə­tin el­mi eli­ta­sı hə­rə­kə­tə gəl­mə­li, mil­li özü­nü­dərk­lə bə­şə­ri­li­yin fərq­lə­ri və üz­vi bağ­lı­lı­ğı ki­mi in­cə bir nüan­sın şüur­lu qav­ra­nı­şı­nın tər­bi­yə işi­nin prio­ri­te­ti­nə çev­ril­mə­si tə­min olun­ma­lı­dır. Mə­sə­lən, hər han­sı par­ti­ya səd­ri­nin, ya­xud de­pu­ta­tın, na­zi­rin kö­mək­çi­lə­ri­nin, müa­vin­lə­ri­nin cə­miy­yə­tə təq­di­ma­tın­da onun han­sı xa­ri­ci uni­ver­si­tet­lər­də təh­sil al­ma­sı, ya­xud ne­çə xa­ri­ci dil bil­mə­si ki­mi sırf şər­ti in­for­ma­si­ya­lar yox, hə­min in­di­vi­din get­di­yi öl­kə­lər­də Azər­bay­ca­nı ne­cə təm­sil et­mə­si, ün­siy­yət­də ol­du­ğu mil­lə­tin mə­nə­vi də­yər­lə­rin­dən nə­yi əxz et­mə­si, mil­lət­lə­rin ya­xın­laş­ma­sı yö­nün­də konk­ret han­sı ad­dım­lar at­ma­sı, ya­xud da öy­rən­dik­lə­ri­ni Azər­bay­can real­lı­ğı­na ne­cə tət­biq edil­mə­si ki­mi real hə­yat hə­qi­qət­lə­ri­nin diq­qə­tə çat­dı­rıl­ma­sı da­ha ef­fek­tiv bir iş olar. Ən əsa­sı, dün­yə­vi­ləş­mə­nin mil­li kök­dən ay­rıl­ma­nı yox, məhz mil­li özü­nəi­na­mı ta­mam­la­yan bir kom­po­nent ol­du­ğu ki­mi ele­men­tar bir hə­qi­qə­tin qav­ra­nı­şı­nı asan­laş­dı­rar.

­Tə­bii ki, çox dil bil­mək, ta­ri­xi ənə­nə­lə­ri olan qa­baq­cıl uni­ver­si­tet­lər­də təh­sil al­maq yax­şı­dır. Am­ma bu, doğ­ma di­lin unu­dul­ma­sı, mil­li men­ta­li­tet­dən im­ti­na, mil­li təh­sil sis­te­mi­nə xor­bax­ma ki­mi sub­yek­tiv me­yil­lər­lə mü­şa­hi­də olu­nan­da bə­şə­ri­ləş­mə­yə yox, dü­şün­cə­nin man­qurt­laş­ma­sı­na, mil­li tə­fək­kür­dən uzaq­laş­ma­ya, mil­lət qar­şı­sın­da mə­su­liy­yət­dən qaç­ma­ğa, Və­tə­nin ta­le­yi­nə bi­ga­nə­li­yə yol açır. Və nə ya­zıq ki, çağ­daş Azər­bay­can cə­miy­yə­tin­də məhz bu zə­rər­li ten­den­si­ya yük­sə­lən xət­lə in­ki­şaf edir. Xa­ric­də təh­sil al­mış­la­rın müt­ləq ək­sə­riy­yə­ti öz­lə­ri­ni Azər­bay­ca­nın in­ki­şa­fı­na xid­mət edən yo­lun fə­dai­lə­ri ki­mi yox, ta­nı­yıb-­bil­dik­lə­ri öl­kə­lə­rin iq­ti­sa­di-­si­ya­si mo­del­lə­ri­nin, hə­yat tərz­lə­ri­nin Azər­bay­can­da me­xa­ni­ki tət­bi­qi­nin təb­li­ğat­çı­la­rı ki­mi gös­tə­rir­lər. Baş­qa söz­lə, azər­bay­can­lı ki­mi yox, in­gi­lis, fran­sız, al­man, ana­do­lu tür­kü, ərəb, fars ki­mi ya­şa­ma­ğa, dü­şün­mə­yə me­yil­li­dir­lər. Baş­qa cür müm­kün de­yil­mi?

Salman Vilayətoğlu

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: