Ö­zün­də­nim­ti­na re­sep­ti – I Hissə

­Mil­li də­yər­lə­rin kos­mo­po­lit dü­şün­cə süz­gə­cin­də cı­lız­laş­dı­rıl­ma­sı cəhd­lə­ri ki­min ma­raq­la­rı­na xid­mət edir?

­Ki­min nə de­mə­sin­dən, ne­cə dü­şün­mə­sin­dən ası­lı ol­ma­ya­raq, qo­ca dün­ya­nın özü­nün ya­zıl­ma­mış qa­nun­la­rı var və xalq­lar, mil­lət­lər bu qa­nun­la­ra əməl et­dik­lə­ri miq­yas­da güc­lü, qüd­rət­li olur­lar. O ya­zıl­ma­mış qa­nun­lar­dan bi­ri, əhə­miy­yət­li­lik də­rə­cə­si­nə gö­rə isə bəl­kə də bi­rin­ci­si mil­lə­tin “qan yad­da­şı­nın oyaq­lı­ğı”, yə­ni “e­li­nə, di­li­nə, be­li­nə sa­hib­lik” mə­su­liy­yə­ti­nin keç­mi­şə hör­mət müs­tə­vi­sin­də hər bir fərd üçün müt­ləq ya­şam nor­ma­sı­na çev­ril­mə­si­dir. Bu, əs­lin­də, mil­lə­tin mil­lət ki­mi for­ma­laş­ma­sı­nın ən ib­ti­dai şər­ti, mil­lət an­la­yı­şı­nın nü­və­si­dir. Çün­ki mil­lət konk­ret coğ­ra­fi areal­da ya­yıl­mış, bir-­bi­ri ilə ir­si-­ge­ne­tik kod­lar­la bağ­lı olan və va­hid dil­də ün­siy­yət sax­la­yan top­lu­mun bir­li­yi­dir. Bu­nun­la ya­na­şı, qo­ca dün­ya­nın baş­qa bir ya­zıl­ma­mış qa­nu­nu da möv­cud­dur: özü­nə qa­pa­nıb qa­lan, di­gər mil­lət­lər­lə ün­siy­yət­dən qa­çan mil­lə­tin müəy­yən za­man kə­si­yin­dən son­ra bə­şə­ri tə­rəq­qi­nin in­ki­şaf tem­pin­dən ge­ri qal­ma­sı, bu zə­min­də qon­şu mil­lət və xalq­la­ra nis­bət­də iq­ti­sa­di tə­nəz­zül və so­sial sə­fa­lət­lə üz­ləş­mə­si la­büd­dür. Məhz bu real­lıq­lar mil­lə­tin özü­nə ina­mı­nın təd­ri­ci azal­ma­sı­nın baş­lan­ğı­cı­dır ki, onun di­na­mik xa­rak­ter al­ma­sı mil­lə­tin, hət­ta öz da­xi­li ta­raz­lı­ğı­nı, bir­li­yi­ni itir­mə­si ilə so­nuc­la­nır. Bu isə öz növ­bə­sin­də mil­li olan mə­nə­vi də­yər­lə­rin və mil­li ge­ne­tik si­ma­nın iti­ril­mə­si­nin, yə­ni mil­li məh­vol­ma­nın tə­məl şərt­lə­ri­dir.

­Məhz bu mə­qam­lar­da, hər han­sı mil­lət mə­nə­vi aşın­ma mər­hə­lə­si­nə qə­dəm qo­yan­da, di­gər mil­lət­lə­rin on­la­rı öz tə­sir­lə­ri­nə sal­maq, bü­töv bir mil­lə­ti öz için­də əri­də­rək onun bü­tün po­tensia­lın­dan-­həm sa­hi­bi ol­du­ğu coğ­ra­fi area­lın tə­bii sər­vət­lə­rin­dən, həm də fi­zi­ki və mə­nə­vi gü­cün­dən öz xey­ri­nə bəh­rə­lən­mək, ta­ri­xi şə­rait im­kan ver­dik­də isə hət­ta bu po­ten­si­ya­nı özü­nün­kü­ləş­dir­mək is­tə­yi məq­sə­də çev­ri­lir. Ta­ri­xin müəy­yən mər­hə­lə­sin­də bu cür təh­lü­kə ilə qar­şı­laş­maq ris­ki özü­nə qa­pan­mış mil­lət­lə­rin hər bi­ri üçün sə­ciy­yə­vi­dir. Mil­li yo­xol­ma­nın bir ad­dım­lı­ğı sa­yı­lan bu ta­ri­xi mə­su­liy­yət an­la­rın­da nur­lu şəx­siy­yət­lər önə çı­xıb bü­tün top­lu­mu ya ideo­lo­ji, ya mil­li hey­siy­yat, ya da di­ni zə­min­də bir­ləş­dir­mə­yi ba­ca­rır­sa, real təh­lü­kə­dən so­vuş­maq müm­kün olur; əks təq­dir­də isə as­siml­ya­si­ya, baş­qa mil­lə­tin için­də əri­yib-­yo­xol­ma qa­çıl­maz aqi­bət­dir. Ən ma­raq­lı cə­hət isə odur ki, bu pro­ses za­ma­nı hər han­sı bir top­lu­mun say çox­lu­ğu və fər­di mü­qa­vi­mət po­ten­si­ya­sı heç bir əhə­miy­yət kəsb et­mir. Sa­yı mil­yon­lar­la öl­çü­lən, am­ma özü­nəi­nam ki­mi mə­nə­vi də­yər­lə si­lah­lan­ma­yan top­lu­mun məh­vol­ma; sa­yı min­lər­lə ifa­də olu­nan, am­ma özü­nə, li­de­ri­nə inam­la si­lah­la­nan top­lu­mun isə sı­naq­dan şə­rəf­lə çıx­ma eh­ti­mal­la­rı ey­ni də­rə­cə­də bə­ra­bər­dir. Qo­ca ta­rix bu qə­bil mil­li özü­nü­təs­di­qin də, mil­li yo­xol­ma­nın da yüz­lər­lə qə­dim və müa­sir nü­mu­nə­si­nin şa­hi­di­dir.

A­me­ri­ka­nın “Ko­lumb­la baş­la­yan” ta­ri­xin­dən ön­cə bu ma­te­rik­də­ki hin­du­la­rın sa­yı, təx­mi­ni he­sab­la­ma­la­ra gö­rə, 12 mil­yon nə­fə­ri ötür­dü. XX əs­rin son­la­rın­da isə 500 ic­ma­da bir­lə­şən hin­du­la­rın sa­yı heç 1 mil­yon nə­fə­rə də çat­mır­dı… Sa­yı heç 1 mil­yon nə­fə­rə be­lə çat­ma­yan çe­çen­lə­rin mü­ba­ri­zə­si isə Ru­si­ya­nın rəs­mi dai­rə­lə­ri­ni öz da­xi­li si­ya­sə­tin­də cid­di kor­rek­si­ya­la­ra, hət­ta et­nik qrup­la­rın be­lə mil­li hey­siy­ya­tı­na hör­mət­lə ya­naş­ma­ğa, ən azı be­lə bir gö­rün­tü sər­gi­lə­mə­yə məc­bur et­di… ­Bə­li özü­nə­qa­pa­nış cid­di bə­la, mil­li fa­ciə­lə­rə yol açan amil­dir və bu­nun ən axı­rın­cı acı nü­mu­nə­si­ni İra­qın tim­sa­lın­da hər kəs gör­dü. İraq rəs­mi­lə­ri­nin mil­li özü­nü­təc­rid is­ti­qa­mə­tin­də apar­dı­ğı si­ya­sət onun­la nə­ti­cə­lən­di ki, tə­bii re­surs­la­rı so­sial tə­mi­nat və hər­bi po­tensial ba­xı­mın­dan dün­ya­nın li­der xal­qı ol­ma­ğa im­kan ve­rən İraq xal­qı, fak­ti­ki ola­raq, mis­kin­lər sı­ra­sın­da so­nun­cu ol­du­ğu­nun fər­qi­nə var­dı. Və bu real­lıq onun­la nə­ti­cə­lən­di ki, hər­bi tə­ca­vüz ön­cə­si et­nik az­lıq­lar, kürd­lər, kər­kük türk­lə­ri bir ya­na, heç iraq ərəb­lə­ri­nin öz­lə­ri be­lə va­hid cəb­hə­də bir­lə­şə bil­mə­di­lər, “Və­tə­ni qo­ru­maq şə­rə­fi” ki­mi ali bir hiss səd­dam­pə­rəst­lik və ame­ri­ka­pə­rəst­lik müs­tə­vi­sin­də par­ça­lan­dı. Bu, özü­nü­təc­ri­din şərt­lən­dir­di­yi real­lıq­lar­dır. Am­ma heç bir hal­da mil­li fa­ciə­lə­rin ye­ga­nə sə­bə­bi ki­mi də­yər­lən­di­ri­lə bil­məz. Bax­ma­ya­raq ki, dün­ya­nın bü­tün ener­ji re­surs­la­rı­na sa­hib­lik iddia­sın­da olan­la­rın təb­li­ğat ma­şın­la­rı hə­dəf gö­tü­rül­müş bü­tün re­gion­la­rın or­ta sta­tis­tik “o­bı­va­tel” dü­şün­cə­si­ni məhz bu kon­tekst­də if­lic et­mək­də is­rar­lı­dır­lar. Bə­li, bu da bir real­lıq­dır; çağ­daş geo­si­ya­si çır­pış­ma­lar müs­tə­vi­si­nin alt qa­tın­da giz­lə­dil­miş ideo­lo­ji-p­si­xo­lo­ji mü­ba­ri­zə me­tod­la­rı sı­ra­sın­da kon­tur­la­rı ay­dın se­zi­lən bir ger­çək­lik­dir. Kar­bo­hid­ro­gen eh­ti­yat­la­rı ilə zən­gin, am­ma müəy­yən ob­yek­tiv ta­ri­xi-­si­ya­si amil­lər sə­bə­biy­lə tex­ni­ki tə­rəq­qi ba­xı­mın­dan dün­ya­nın or­ta in­ki­şaf tem­pin­dən nis­bə­tən ge­ri qa­lan re­gion­la­rın or­ta sta­tis­tik “o­bı­va­tel” dü­şün­cə­si­nə be­lə bir ide­ya­nın zon­daj edil­mə­si­nə cəhd gös­tə­ri­lir ki, gu­ya “föv­qəl­döv­lət­lə­rin hər han­sı bi­ri­nin hi­ma­yə­si al­tın­da ol­ma­dan müa­sir dün­ya­da öz var­lı­ğı­nı qo­ru­yub sax­la­maq müm­kün de­yil”. Doğ­ru­dan­mı be­lə­dir?! Qə­tiy­yən. Bir­mə­na­lı şə­kil­də de­mək olar ki, bu, müm­kün olan bü­tün va­riant­lar için­də ən qü­sur­lu ya­naş­ma­dır və nə­ti­cə eti­ba­rı ilə bu və ya di­gər mil­lə­tin di­gər mil­lət tə­rə­fin­dən as­siml­ya­si­ya­ya kö­nül­lü ra­zı­lıq ver­mə­si ki­mi təh­lü­kə­li bir ten­den­si­ya­ya tə­kan ver­mək üçün dü­şü­nül­müş ge­ca­çı­lan ideo­lo­ji di­ver­si­ya mi­na­sı­dır. Bu, iş­ğal ak­tı­nın hər­bi me­tod­lar­la yox, da­ha az xərc tə­ləb edən mə­də­ni eks­pan­si­ya yo­lu ilə real­laş­ma­sı üçün dü­şü­nül­müş in­cə si­ya­sət­dir. Bu in­cə si­ya­sə­tin baş­lı­ca üs­tün­lü­yü on­da­dır ki, o, can­lı qüv­və it­ki­lə­ri ilə mü­şai­yət olun­mur və bu sə­bəb­dən də şəx­si qi­sas hiss­lə­ri­nin fəal­laş­ma­sı­na im­kan ver­mə­yə­rək, mil­li mü­qa­vi­mət ki­mi tə­sir­li ami­lin or­ta­ya çıx­ma­sı­nı ən­gəl­lə­yir. Ne­cə de­yər­lər, düş­mən öz niy­yət­lə­ri­ni tam gü­cü ilə real­laş­dır­sa da, dü­şün­cə­lə­rə əv­vəl­cə­dən zon­daj edil­miş və ar­tıq şüu­ral­tı­lar­da daş­laş­mış komp­leks­lər sə­bə­biy­lə “dost” ki­mi qə­bul olu­nur. Bu, as­siml­ya­si­ya­ya apa­ran yol­la­rın ən təh­lü­kə­li­si­dir və nə ya­zıq ki, be­lə bir acı təc­rü­bə­ni iki yüz il ər­zin­də ya­şa­mış Azər­bay­ca­nın çağ­daş or­ta sta­tis­tik “o­bı­va­tel” dü­şün­cə­si çox da uzaq ol­ma­yan o ta­ri­xi hə­qi­qət­lər­dən la­zı­mi nə­ti­cə çı­xar­ma­yıb. Ki­min­sə köl­gə­si­nə sı­ğın­ma­dan ya­şa­ma­ğın müm­kün­süz­lü­yü ki­mi bir çü­rük, el­mi və prak­ti­ki əsa­sı ol­ma­yan te­zi­sin cə­miy­yə­tin bü­tün tə­bə­qə­lə­ri­nin şüu­ral­tı­na mün­cər edil­mə­si yö­nün­də fəal­laş­ma­nın kon­tur­la­rı ar­tıq açıq­-aş­kar se­zi­lir. Hə­lə­lik yal­nız və yal­nız da­xi­li si­ya­sət müs­tə­vi­si­nin mü­xa­lif kə­si­min­də hiss olun­ma­sı­na və gu­ya si­ya­si böh­ran­dan çı­xış yo­lu ki­mi təq­dim olun­ma­sı­na rəğ­mən, bu fəal­laş­ma­nın son­ra­dan cid­di so­sial fə­sad­lar tö­rət­mək eh­ti­ma­lı çox yük­sək­dir.

Salman Vilayətoğlu

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: