“Ö­lü­lər­”in üs­ya­nı ­və ya­xud “Da­hi­lə­rin di­va­nı” bi­zə nə ve­rir? – IV Hissə (Son)

­Mir­zə Cə­li­lin da­hi­li­yi tək­cə mil­li ədə­biy­ya­tı­mız­da min il­lər bo­yu daş­laş­mış ste­reo­tip­lə­ri qı­ra bil­mə­si; mil­li he­ka­yə­çi­li­yi və no­vel­la­çı­lı­ğı dün­ya nəsr pro­se­si­nin ma­gist­ra­lı­na çı­xar­ma­sı; rea­list ədə­bi-­bə­dii təs­vi­ri ədə­bi pro­ses­lə­rin prio­ri­te­ti­nə çe­vir­mək­lə Azər­bay­can kən­di­nin ilk ic­ti­mai ro­ma­nı­nı, ilk so­sial po­ves­ti­ni ya­rat­ma­sı ilə şərt­lən­mir­di. Onu da­hi­lik mə­qa­mı­na ye­ti­rən baş­lı­ca amil mil­li təəs­süb­keş­li­yi­nin bə­şə­ri ideal­lar müs­tə­vi­sin­dən qay­naq­lan­ma­sı idi. Baş­qa söz­lə, Mir­zə Cə­li­lin bö­yük­lü­yü məhz on­da idi ki, o, mil­lə­ti­nin səa­də­ti­ni baş­qa­la­rı­nın bəd­bəxt­li­yi ba­ha­sı­na əl­də et­mək is­tə­yən fa­na­tik mil­lət­çi yox, mil­lə­ti­ni bü­tün bə­la­lar­dan xi­las et­mək üçün hər şe­yə, o cüm­lə­dən öz qü­sur­la­rı­na da ob­yek­tiv bax­ma­ğı ba­ca­ran, bu qü­sur­la­rın is­la­hı yo­lun­da heç nə­dən çə­kin­mə­yən cə­sa­rət sa­hi­bi idi. Mir­zə Cə­li­lin müd­rik­li­yi məhz on­da idi ki, o, tək­cə özü­nün, ai­lə­si­nin, mil­lə­ti­nin qay­ğı­la­rı ilə ya­şa­ma­ya­raq ümu­mən bə­şə­riy­yə­tin xi­la­sı ba­rə­də dü­şü­nür­dü: “Mol­la Nəs­rəd­din­”in müd­rik kə­lam­la­rıy­la mil­li zülm və müs­təm­lə­kə re­ji­mi­ni, ortaəsr­lər­va­ri is­tib­dad qu­ru­lu­şu­nu, əsl İs­lam­la heç bir əla­qə­si ol­ma­yan di­ni fa­na­tiz­mi və cə­ha­lə­ti qır­manc­la­yır­dı; “Mol­la Nəs­rəd­din­”in tim­sa­lın­da Hin­dis­tan­da, Or­ta Asi­ya­da, Da­ğıs­tan­da, Bal­kan­lar­da, İran­da, Tür­ki­yə­də, Ru­si­ya­da baş qal­dı­ran mil­li oya­nış, mil­li azad­lıq hə­ra­kat­la­rın­da iş­ti­rak edir, mil­li azad­lıq aşiq­lə­ri­nə, bə­şə­ri tə­rəq­qi na­mi­nə öz­-ö­züy­lə mü­ba­ri­zə apar­ma­ğı hə­yat qa­yə­si seç­miş hər kə­sə dəs­tək ve­rir­di. Mir­zə Cə­li­lin zi­ya­lı­lı­ğı on­da idi ki, o, bir mil­lə­tin öv­la­dı ol­maq qis­mə­ti­nin dar çər­çi­və­sin­dən sıy­rı­la­raq Kəl­küt­tə­dən Mə­ra­ke­şə qə­dər ge­niş bir area­lı “Mol­la Nəs­rəd­din”­lə dərd­ləş­mə­yə va­dar edə bil­miş­di; din, dil, irq fərq­lə­rin­dən ası­lı ol­ma­ya­raq onun­la ün­siy­yə­tə eh­ti­yac du­yan hər bir kə­si “Mol­la Nəs­rə­din­”in doğ­ma di­lin­də – Azər­bay­can di­lin­də da­nış­ma­ğa va­dar edə bil­miş­di. Mir­zə Cə­li­lin ka­mil­li­yi on­da idi ki, o, öz el­mi ilə küt­lə­lə­rin şüur sə­viy­yə­sin­dən nə qə­dər yük­sək­də dur­sa da, qəl­bən və ru­hən Məm­məd­hə­sən­lə­rin, Nov­ru­zə­li­lə­rin, us­ta Zey­nal­la­rın ya­nın­day­dı, ba­şı Zəh­ra ana­nın di­zi­nin üs­tün­dəy­di; am­ma bu­nun­la be­lə, Zəh­ra ana­nın os­man­lı tə­bi­rin­cə da­nı­şan, fars tə­bi­rin­cə ya­şa­yan, rus tə­bi­rin­cə dü­şü­nən “ob­ra­zo­vans­ki” oğul­la­rın­dan işıq ili mə­sa­fə­sin­də uzaq­day­dı. Mir­zə Cə­li­lin bir şəx­siy­yət ki­mi bü­töv­lü­yü on­da idi ki, o, sö­zün müt­ləq mə­na­sın­da azad idi və bu azad­lı­ğı ağ­lı, dü­şün­cə­si, qorx­maz­lı­ğı, prin­si­pial­lı­ğı və cə­sa­rə­ti ilə qa­zan­mış­dı. Bə­li, Mir­zə Cə­lil ölü­mü­nün üs­tü­nə göz qırp­ma­dan ge­dir­di: Nə­cəf, Xo­ra­san ru­ha­ni­lə­ri ölü­mü­nə fit­va ver­miş ol­sa­lar da, heç kim onu Təb­ri­zə get­mək­dən çə­kin­dir­mək gü­cün­də de­yil­di. Tif­lis din­dar­la­rı onun qa­nı­nı iç­mə­yə ha­zır ol­sa­lar da, kim­sə Mr­zə Cə­li­li Tif­lis­dən çı­xar­maq gü­cün­də de­yil­di. Psev­do­zi­ya­lı­lar si­ya­si dəl­lal­lıq­la məş­ğul olan­da, o, əli­nə si­lah gö­tü­rüb Əs­gə­ran dö­yü­şü­nə yol­la­nır­dı, Ya­şar Qa­ra­ye­vin tə­bi­rin­cə de­sək, “müd­hiş du­man Şu­şa­da cəm olan­da Şu­şa­ya, Təb­riz­də cəm olan­da Təb­ri­zə, Ba­kı­da qa­tı­la­şan­da Ba­kı­ya tə­lə­sir­di”. Mir­zə Cə­li­lin gü­cü, qüd­rə­ti on­da idi ki, ol­du­ğu ki­mi gö­rü­nür, gö­rün­dü­yü ki­mi olur­du. O, hər cür “pə­rəst­lik”­dən uzaq idi. “..­.Ay mə­nim yax­şı mil­lə­tim, ay mil­lət­lə­rin pad­şa­hı mil­lə­tim! Ha­zı­ram sə­nə ca­nı­mı fə­da et­mə­yə” de­yən­lər­dən fərq­li ola­raq Mir­cə Cə­lil açıq­ca de­yir­di ki, “be­lə mil­lə­ti ca­nı-­dil­dən is­tə­mək müm­kün­süz­dür”. Mir­zə Cə­lil qə­ti əmin idi ki, əsl və­tən­pər­vər­lik bə­la­ğət­li söz­lər yox, “gö­zü­mü­zün qa­ba­ğın­da ürək­lər par­ça­la­yan Azər­bay­can ma­təm­ga­hı”­nın ha­lı­na yan­maq­dır və mil­lət məhz bu ma­təm­ga­ha sa­hib du­rub, onu to­xu­nul­maz mə­ka­na çe­vir­mə­yi ba­ca­ran­da sev­mə­li, öyül­mə­li mil­lət ola bi­lər. Ən baş­lı­ca­sı, Mir­cə Cə­lil zə­ka­sı tək­cə o və­tə­nə sa­hib­li­yin zə­ru­rə­ti­ni di­lə gə­tir­mək­lə məh­dud­laş­mır­dı; onun zə­ka­sı və­tə­nə sa­hib­li­yin, azad, müs­tə­qil, qüd­rət­li döv­lət qu­ru­cu­lu­ğu­nun ən müa­sir mo­de­li­ni cız­maq, bu mo­de­li real­laş­dır­ma­ğın ən op­ti­mal va­rian­tı­nı tap­maq qə­dər əha­tə­li və iti idi. Ən əsa­sı, Mir­zə Cə­lil Azad Azər­bay­can Cüm­hu­riy­yə­ti ba­rə­də dü­şün­cə­lə­ri­ni di­gər müa­sir­lə­ri ki­mi fəl­sə­fə bü­rün­cə­yi­nə, si­ya­sət ha­lə­si­nə bü­rü­mür­dü. O, dü­şün­dü­yü mo­de­li Nov­ru­zə­li­nin də, Us­ta Zey­na­lın da, Xu­da­yar bə­yin də, pris­ta­vın da ba­şa dü­şə­cə­yi bir dil­də, Zəh­ra ana­nın di­lin­də iz­har edir­di. Bə­li, Mir­zə Cə­lil XX əs­rin əv­vəl­lə­rin­də iki döv­lə­tin pən­cə­sin­də in­lə­yən Azər­bay­can ad­lı bir müs­təm­lə­kə­nin ni­ca­tı­nı Cüm­hu­riy­yət ya­ra­dıl­ma­sın­da, ya­ra­na­caq Cüm­hu­riy­yə­tin da­ya­nıq­lı­ğı­nı əda­lət­li seç­ki­lər­də gö­rən və bu yön­lü fi­kir­lə­ri­ni çə­kin­mə­dən iz­har edən ilk bö­yük azər­bay­can­lı idi. Və bü­tün bu de­yi­lən­lə­rin xü­la­sə­si ola­raq, Mir­zə Cə­lil sa­də­cə ya­ra­dı­cı­lıq­da tam ori­ji­nal­lı­ğı ilə se­çi­lən bir ne­çə qo­lun əsa­sı­nı qoy­muş fit­ri is­te­dad sa­hi­bi və Azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı­nın tam ay­dın kon­sep­si­ya­sı­nı cız­mış da­hi yox, həm də sö­zün müt­ləq mə­na­sın­da mil­lə­tin mil­lət ki­mi for­ma­laş­ma­sı yö­nün­də müs­təs­na xid­mət­lər gös­tər­miş ta­ri­xi şəx­siy­yət, mil­li tə­fək­kü­rü cə­mi bir onil­lik ər­zin­də on əsr­lə­rə bə­ra­bər sə­viy­yə­də irə­li apar­mış ta­ri­xi ha­di­sə idi. Bu qə­bil bü­töv ob­ra­zı – ka­mil bir şəx­siy­yət, nur­lu bir zi­ya­lı, alov­lu bir və­tən­pər­vər, hər cür fa­na­tik təəs­süb­keş­lik­dən uzaq olan bir ic­ti­mai xa­dim, dəst-­xət­ti­nin ori­ji­nal­lı­ğı ilə se­çi­lən bir ədib, mil­li mə­na­fe­lər­lə bağ­lı mə­sə­lə­lər­də son də­rə­cə sərt, in­san­la­ra mü­na­si­bət ba­xı­mın­dan isə qib­tə edi­lə­cək də­rə­cə­də hu­ma­nist və qay­ğı­keş bir in­san ob­raz­la­rı­nın ən mü­kəm­məl cə­hət­lə­ri­ni ən mü­kəm­məl şə­kil­də özün­də bir­ləş­di­rən bir da­hi şəx­siy­yə­ti to­pa tut­maq üçün əl­də tu­tar­lı əsas­lar, konk­ret ta­ri­xi fakt­lar ol­ma­lı­dır. Bu qə­bil şəx­siy­yət­lər ba­rə­də fər­di, şəx­si dü­şün­cə­lə­ri küt­lə­vi­ləş­dir­məz­dən əv­vəl on­la­rın nə də­rə­cə­də əsas­lı olub­-ol­ma­ma­sı­na ay­dın­lıq gə­ti­ril­mə­li­dir. Am­ma təəs­süf­lər ol­sun ki, “da­hi­lə­rə di­van tut­maq eş­qi”­nə düş­müş özün­dən­fi­lo­sof­cu­ğa­zın ve­ri­li­şin­də hər şey cə­miy­yə­tin ya­zıl­mış və ya­zıl­ma­mış qa­nu­nauy­ğun­luq­la­rı­nın ək­si­nə­dir. Əv­vəl xəs­tə tə­fək­kür­lü “ə­dib-­fi­lo­sof-­si­ya­sət­çi”­lər ağız­la­rı­na gə­lən həd­ya­nı efi­rə tul­la­yır, mil­lə­tin mə­nə­vi sər­vət­lə­ri sı­ra­sın­da əbə­di­ləş­miş da­hi­lə­rə qa­ra ya­xır, son­ra isə bu na­dan­la­rın nə də­rə­cə­də haq­lı ol­du­ğu­nu sü­but et­mə­yə mə­na­sız cəhd­lər gös­tə­rir­lər. Baş­qa söz­lə, da­hi­lə­rə di­van tut­maq is­tə­yən di­va­nə sö­zün müt­ləq an­la­mın­da XX əs­rin əv­vəl­lə­ri­nin fran­sız de­ka­dent­lə­ri­nə məx­sus bir stil sı­rı­yır cə­miy­yə­tə: “Mən de­dim, siz ək­si­ni sü­but edin!”

­Da­hi­lə­rə di­van tut­maq eş­qi­nə dü­şən za­val­lı­lar, da­ha də­qiq ifa­də et­sək, mil­lə­tin mil­lət ki­mi for­ma­laş­ma­sın­da müs­təs­na xid­mə­ti ol­muş in­san­la­ra qar­şı qə­rəz­li kam­pa­ni­ya apa­ran, on­la­rı aşa­ğı­la­maq­la öz­lə­ri­ni “o­bı­va­tel” dü­şün­cə­yə “in­til­li­qent­şi­na” ki­mi təq­dim et­mək is­tə­yən na­dan­lar konk­ret ola­raq Mir­zə Cə­li­li nə­də it­ti­ham edir, nə­yi ona irad tut­ma­ğa ça­lı­şır­lar? Da­hi­lə­rə di­van tut­maq aşiq­lə­ri­nin məc­li­si”­nin təş­ki­lat­çı­sı olan iba­rə­ba­zın özün­dən də sə­viy­yə­siz bir psev­do­ya­zı­çı qa­dı­nın efir­dən üfür­dü­yü küf­rün ümu­mi­ləş­miş mo­ti­vi be­lə­dir ki, Mir­zə Cə­lil da­hi yox, sa­də­cə və sa­də­cə “Hə­mi­də xa­nı­mın sa­yə­sin­də ta­ri­xə düş­müş bir məi­şət na­qis­lik­lə­ri ilə zən­gin, ira­də­siz və qor­xaq bir adam olub”. Be­lə bir iddia Mir­zə Cə­li­lin hə­yat və ya­ra­dı­cı­lı­ğın­dan bi­xə­bər­lik­dən da­ha çox ta­ri­xin təh­ri­fi, ümu­miy­yət­lə, Azər­bay­can ic­ti­mai fik­ri­nin in­qi­la­bi də­yi­şik­lik­lər mər­hə­lə­si­nin bü­tün­lük­lə in­ka­rı, Azər­bay­can ki­şi­si­nin ümu­mi­ləş­miş ob­ra­zı­na dair tə­səv­vür­lər komp­lek­si­nin, yum­şaq de­sək, təh­qir olun­ma­sı­dır. Hal­bu­ki real­lıq, real­lı­ğı eti­va edən ta­ri­xi fakt­lar ta­mam baş­qa mət­ləb­lər­dən xə­bər ve­rir.

­

Əv­və­la, Mir­zə Cə­li­li bir qa­dın düş­kü­nü, ya­xud al­fons ki­şi ki­mi qə­lə­mə ver­mək cəh­di ən azı tər­bi­yə­siz­lik, hə­ya­tı elə məi­şət poz­ğun­la­rı­nın dü­şün­cə tər­zin­də qav­ra­maq nü­mu­nə­sin­dən sa­va­yı bir şey de­yil. Əs­lin­də, qəm Mir­zə Cə­li­lin ta­le qis­mə­tiy­di. San­ki ulu ya­ra­dan hə­lə gənc­li­yin­dən şəx­si fa­ciə­lə­rin hər üzü­nü ya­şat­maq­la onu bö­yük an­lam­da fa­ciə­lə­ri duy­ma­ğa və o fa­ciə­lə­rin ça­rə­si­ni ax­tar­ma­ğa ha­zır­la­yır­mış. İlk hə­yat yol­da­şı Hə­li­mə­nin ev­li­lik­lə­rin­dən cə­mi bir il son­ra, do­ğuş za­ma­nı dün­ya­sı­nı də­yiş­mə­si Mir­zə Cə­li­lin­mi gü­na­hıy­dı? Doğ­ru­dan­mı Mir­zə Cə­lil ilk öv­la­dı Mü­nəv­və­rin ye­tim bö­yü­mə­sin­dən məm­nun idi? O, bü­tün şüur­lu hə­ya­tı bo­yu Mü­nəv­vər yü­kü çək­di, ona həm ata, həm ana, həm də bö­yük qar­daş ol­du. İkin­ci hə­yat yol­da­şı Naz­lı xa­nım Kən­gər­li­nin vax­tın­dan əv­vəl ölü uşaq do­ğa­raq əsəb xəs­tə­li­yi­nə dü­çar ol­ma­sı Mir­zə Cə­li­lin ci­na­yə­tiy­di­mi? Hə­mi­də xa­nı­mın xa­ti­rə­lə­rin­dən bəl­li olur ki, Naz­lı xa­nı­mın hə­ya­tı­nı xi­las et­mək üçün Mir­zə Cə­lil hər şe­yin­dən keç­mə­yə ha­zır imiş. Əs­lin­də, onu Nax­çı­van­dan Tif­li­sə gə­ti­rən də Naz­lı xa­nı­mın hə­ya­tı­nı xi­las et­mək is­tə­yi olub. Am­ma nə ya­zıq ki, Naz­lı xa­nı­mı aman­sız xəs­tə­li­yin cən­gin­dən qo­par­maq­da o döv­rün tə­ba­bə­ti aciz olub və Mir­zə Cə­lil o za­ma­nın bü­tün qay­da­la­rı­na zidd ola­raq se­vim­li zöv­cə­si­nin qəb­ri üzə­rin­də abi­də ucalt­dı­rıb, düz üç il hər gün onun son mən­zi­li­ni zi­ya­rət edib.

­

İ­kin­ci­si, Mir­zə Cə­lil Hə­mi­də xa­nım­la nəin­ki ev­lə­nən­də, hət­ta bu niy­yə­ti ba­rə­də dost­la­rı va­si­tə­si ilə is­ma­rıc yol­la­yan­dan çox-­çox əv­vəl özü­nü mü­tə­rəq­qi zi­ya­lı, xalq müəl­li­mi, ye­ni tip­li no­va­tor ya­zı­çı, kə­sər­li qə­lə­mi olan pub­li­sist, alov­lu və­tən­pər­vər, ən nə­ha­yət, sö­zün müt­ləq an­la­mın­da şəx­siy­yət ki­mi təs­diq­lə­miş­di. Be­lə ki, hə­lə 20 ya­şın­da olar­kən “Çay dəst­ga­hı” ki­mi mü­kəm­məl bir al­le­qo­rik dram, 23 ya­şın­da “Kiş­miş oyu­nu” ki­mi tək­mil bir pyes, 25 ya­şın­da “Da­na­baş kən­di­nin əh­va­lat­la­rı” ki­mi xəl­qi bir po­vest ya­rat­mış Mir­zə Cə­lil 35 ya­şın­da ar­tıq mü­tə­rəq­qi zi­ya­lı­lar ara­sın­da xü­su­si çə­ki­si olan bir pub­li­sist, “Qey­rət” ad­lı mətbəə­nin şə­rik­lə­rin­dən bi­ri olan ki­fa­yət qə­dər nü­fuz­lu bir iş ada­mı idi. 1906-­cı il­də 37 ya­şı olar­kən isə o özü­nün şah əsə­ri­ni – “Mo­la Nəs­rəd­din” dər­gi­si­ni ər­sə­yə gə­tir­miş­di. Hə­mi­də xa­nım, özü­nün də eti­raf et­di­yi ki­mi, Mir­zə Cə­li­lin onun­la ev­lən­mək is­tə­di­yi ba­rə­də is­ma­rı­cı 1906-­cı ilin de­kab­rın­da alıb, kə­bin­lə­ri isə yal­nız 1907-­ci il iyu­nun 15-­də Qu­zan­lı kən­di­nin mol­la­sı tə­rə­fin­dən kə­si­lib. Və san­ki ta­le­yin bir iro­ni­ya­sı­dır ki, Hə­mi­də xa­nım xa­ti­ra­tın­da Mir­zə Cə­lil­lə ai­lə hə­ya­tı qur­maz­dan əv­vəl məs­lə­hə­ti­nə eh­ti­yac duy­du­ğu bir şəx­sin – ata­sı­nın ya­xın dos­tu hə­kim Kə­rim bəy Meh­man­da­ro­vun töv­si­yə­lə­ri­nə də yer ayı­rıb: “…­Mir­zə Cə­lil bö­yük is­te­da­dı olan bir şəx­siy­yət­dir, onun par­laq gə­lə­cə­yi var­dır. La­kin… hə­mi­şə bir yer­də ya­şa­sa­nız, bir-­bi­ri­ni­zə ma­ne olar­sı­nız. Zi­ya­lı qa­dın­lar adə­tən öz ər­lə­ri­nə qar­şı tə­ləb­kar olur, hər iş­də on­lar­dan haqq-­he­sab tə­ləb edir­lər. Bu isə on­la­rı sı­xıb bəd­bəxt edir. Eh­ti­yat­lı olun, onu qo­ru­maq və çox şey­də gü­zəş­tə get­mək la­zım­dır”. Bə­li, Hə­mi­də xa­nım san­ki dün­ya­nın gər­di­şi­ni du­yub, XX əs­rin əv­vəl­lə­rin­də ca­hil or­du­su­nun qə­zə­bi­nə dü­çar ol­muş Mir­zə Cə­li­lin nə vaxt­sa kim­sə­siz qa­la­raq XXI əs­rin əv­vəl­lə­ri­nin na­dan sü­rü­sü­nün hə­də­fi­nə çev­ri­lə­cə­yi­ni hiss edib­miş ki­mi məhz bu epi­zo­da öz xa­ti­rə­lə­rin­də xü­su­si yer ayı­rıb…

­Fakt­lar­dan bəl­li olur ki, Mir­zə Cə­lil Hə­mi­də xa­nı­ma ev­lən­mək tək­lif edən­də in­di­ki na­dan­lar sü­rü­sü­nün şüu­ral­tı­la­ra ye­rit­mək is­tə­di­yi ki­mi, onun nü­fu­zun­dan is­ti­fa­də niy­yə­tin­də ol­ma­yıb. Ək­si­nə, bəl­kə də öz doğ­ma­ca əmoğ­lu­la­rı ilə daim tor­paq və mülk mü­ba­hi­sə­lə­rin­də olan, hö­ku­mət ida­rə­lə­rin­də­ki iş­lə­ri­ni yo­lu­na qoy­maq­da çə­tin­lik çə­kən Hə­mi­də xa­nım onun nü­fu­zu­na sı­ğın­ma­ğa eh­ti­yac du­yub. Tə­bii ki, bu, Hə­mi­də xa­nı­mın Mir­zə Cə­li­lin hə­ya­tın­da­kı müs­təs­na ro­lu­na, onu qo­ru­maq yö­nün­də­ki səy­lə­ri­nin ta­ri­xi əhə­miy­yə­ti­nə əs­la xə­ləl gə­tir­mir. O cüm­lə­dən in­di­ki na­dan­lar sü­rü­sü­nün “Mir­zə Cə­li­lin Hə­mi­də xa­nı­ma meh­ri­nin ar­xa­sın­da bu bəy qı­zı­nın mad­di im­kan­la­rın­dan öz iş­lə­ri­nin nə­fi­nə is­ti­fa­də et­mək is­tə­yi da­yan­dı­ğı” ba­rə­də iddia­la­rı tam əsas­lı ol­muş ol­sa be­lə, bu da Mir­zə Cə­li­lin da­hi­li­yi­nə, is­te­da­dı­na, azər­bay­can­lı­la­rın bir mil­lət ki­mi for­ma­laş­ma­sı yö­nün­də­ki müs­təs­na ta­ri­xi xid­mət­lə­ri­nə əs­la köl­gə sa­la bil­məz. Ən azı ona gö­rə ki, ta­rix­də yüz­lər­lə, min­lər­lə bu qə­bil iz­di­vac olub və bu qə­bil iz­di­vac­lar müəy­yən mə­na­da bə­şə­ri tə­rəq­qi­yə mi­sil­siz tə­kan ve­rib. Na­dan­lar sü­rü­sü­nün, xü­su­sən də öz ai­lə­si­ni qo­ru­yub sax­la­ma­ğı ba­car­ma­yan, ic­ti­mai­ləş­mə­yin ye­ga­nə yo­lu­nu ər­siz­lik­də gö­rən bir qa­dı­nın bir ne­çə ev­li­li­yə, ya­xud da nis­bə­tən im­kan­lı bir qa­dın­la ai­lə hə­ya­tı qur­ma­ğa is­ti­na­dən Mir­zə Cə­li­li məi­şət poz­ğu­nu ki­mi qə­lə­mə ver­mək is­tə­yi ab­surd, ab­surd ol­du­ğu qə­dər də tər­bi­yə­siz bir hə­rə­kət­dir. Ey­ni iner­si­ya ilə bu və ya di­gər mil­lə­tin ta­ri­xi in­ki­şa­fın­da müs­təs­na xid­mət­lə­ri ilə fərq­lən­miş, sö­zün hə­qi­qi mə­na­sın­da bə­şə­ri tə­rəq­qi­yə tə­kan ver­miş ta­ri­xi şəx­siy­yət­lə­rin ha­mı­sı­nı təf­tiş, tən­qid, təh­qir et­mək olar. Bu ev­li­lik­lər za­ma­nı hə­min ta­ri­xi şəx­siy­yət­lə­rin han­sı prin­sip­lər­dən çı­xış et­dik­lə­ri­ni və han­sı məq­səd­lər güd­dü­yü­nü də­qiq­ləş­di­rən­də isə mə­lum olur ki, bu iz­di­vac­la­rın öz­lə­ri də müəy­yən mə­na­da hu­ma­nist məq­səd­lə­rə he­sab­la­nıb; hər bi­ri da­hi­li­yə də­la­lət edən hə­rə­kət­lər olub. Mə­sə­lən, dün­ya­nın ən bö­yük dü­ha­sı sa­yı­lan Mə­həm­məd pey­ğəm­bə­rin 12 də­fə ev­lən­di­yi sirr de­yil. Am­ma bu real ta­ri­xi fakt heç bir hal­da onun da­hi­li­yi­nə xə­ləl gə­ti­rə bil­məz. Ən azı ona gö­rə ki, bu ev­li­lik­lə­rin hər bi­ri han­sı­sa bir xoş niy­yət­dən qay­naq­la­nıb, han­sı­sa bir hu­ma­nist ənə­nə­nə üçün baş­lan­ğıc olub. Həz­rə­ti Pey­ğəm­bər Zey­nəb bin Çahş­la ai­lə qur­maq­la o za­ma­na qə­dər ərəb dün­ya­sın­da qə­ti hökm ki­mi qə­bul edi­lən “bo­şan­mış qa­dın­la ev­lən­mək ha­ram­dır” şə­kil­li ya­zıl­ma­mış qa­nu­na son qo­yub. Pey­ğəm­bə­rin 60 ya­şı olar­kən Um­mu Sə­lə­mə ilə ev­lən­mə­si də han­sı­sa şəh­və­ti mə­qam­lar­la əla­qə­lən­di­ri­lə bil­məz: məq­səd ço­xu­şaq­lı kim­sə­siz bir qa­dı­na ha­va­dar dur­ma­ğın əsl mü­səl­man üçün vic­dan bor­cu ol­ma­sı­nı an­lat­maq idi. O bö­yük da­hi Rəm­lə bin­ti əbi Süf­yan­la ev­lən­mək­lə üm­mə­ti­nə qan düş­mən­çi­lik­lə­ri­ni ba­ğış­la­ma­ğın sa­vab ol­du­ğu­nu an­lat­maq is­tə­miş, Sə­fiy­yə bin­ti Hü­yey ilə ai­lə qur­maq­la din­lər ara­sın­da fər­qin ol­ma­dı­ğı­nı ba­şa sal­maq is­tə­miş­di.

O ki qal­dı Mir­zə Cə­li­lin qor­xaq­lı­ğı ba­rə­də həd­yan­la­ra, bu­nu da real ta­ri­xi fakt­lar in­kar edir. Mir­zə Cə­li­lin türk ord­su ilə bir­gə Əs­gə­ran dö­yü­şü­nə yol­la­nan kö­nül­lü­lər sı­ra­sın­da ol­du­ğu da­nıl­ma­sı müm­kün ol­ma­yan ta­ri­xi ger­çək­lik­dir. Hə­mi­də xa­nı­mın bir eti­ra­fı isə Mir­zə Cə­li­lin sö­zün əsl mə­na­sın­da ta­le­yin zər­bə­lə­ri­ni öz üzə­ri­nə gö­tür­mə­yə qa­bil olan bir cə­sa­rət sa­hi­bi ol­du­ğu­nu təs­diq­lə­yir. 1918-­ci ilin ya­yın­da Qa­ra­ba­ğın aran his­sə­sin­də və­ba xəs­tə­li­yi ya­yı­lan­da Mir­zə Cə­lil Tif­lis­də­ki iş-­gü­cü­nü bu­ra­xa­raq Kəh­riz­li­yə gəl­miş, ai­lə­si­ni da­ha təh­lü­kə­siz ye­rə – Şu­şa­ya gön­də­rə­rək özü kənd­də iş­lə­rə rəh­bər­lik et­miş, ey­ni za­man­da küt­lə­vi xa­rak­ter al­mış bu xəs­tə­lik­lə mü­ba­ri­zə­nin təş­ki­lat­çı­sı ol­muş­du.

­Bü­tün bu xır­da­lıq­lar­dan söh­bət aç­maq­la məq­sə­di­miz heç də Mir­zə Cə­li­li mü­da­fiə et­mək de­yil. Mir­zə Cə­li­lin be­lə bir mü­da­fiə­yə əs­la eh­ti­ya­cı yox­dur: fə­zi­lə­tin ali mə­qa­mı­na yet­miş in­san­lar gü­nəş tim­sa­lın­da­dır­lar, on­lar kim­sə­nin ira­də­sin­dən ası­lı ol­ma­dan möv­cud­dur­lar və bu möv­cu­diy­yət­də heç nə­yi də­yiş­mək müm­kün de­yil. On­lar­dan yal­nız bəh­rə­lən­mək olar, tə­bii ki, əgər be­lə bir is­tək var­sa…

­

Am­ma nə ya­zıq ki, çağ­daş Azər­bay­can in­for­ma­si­ya mə­ka­nı­nın do­mi­nan­tı­na çev­ril­miş bir pa­ra psev­do­zi­ya­lı­cıq­lar ümu­mən cə­miy­yə­tin zöv­qü­nü kor­la­maq­da, mə­nə­vi aşın­ma­nı küt­lə­vi ten­den­si­ya­ya çe­vir­mək­də, mil­lə­tin özü­nə ina­mı­nı qır­maq­da is­rar­lı gö­rü­nür­lər.

­Məq­səd nə­dir? Han­sı yön­dən ba­xıl­sa, xoş mə­ram, ül­vi niy­yət, hu­ma­nist məq­səd gör­mək müm­kün de­yil. Bu ya­lan­çı və­tən­pər­vər­lər, kəm­sa­vad fi­lo­sof­lar öz­lə­ri­ni cə­miy­yə­tə çox­bil­miş ki­mi gös­tər­mək üçün da­hi­lə­rin üs­tü­nə yü­rü­yür­lər, bəl­kə də bu söz­də­ki ilk hər­fin “h” sə­si ilə əvəz­lən­mə­si­nin eh­ti­va et­di­yi bir hə­rə­kət edir­lər. Am­ma bu “p­sev­do­zi­ya­lı­cıq­lar” unu­dur­lar ki, sa­də­cə cis­mən di­ri olan­lar ölü­lə­rə heç nə öy­rət­mək iq­ti­da­rın­da de­yil­lər; cis­mən öl­müş mə­nə­vi di­ri­lər isə əbə­di müəl­lim­lər­dir. Məhz bu ele­men­tar hə­qi­qə­ti qav­ra­maq ki­fa­yət­dir ki, ta­ri­xi şəx­siy­yət­lə­rin təf­ti­şi­nin ta­rix üçün gə­rək­li bir əməl ol­ma­dı­ğı aksio­ma­sı­nın bü­tün za­man­lar üçün də­yiş­məz ol­du­ğu­nu dərk və qə­bul edə­sən. Nə ya­zıq ki, özü­nü da­hi gö­rən xəs­tə tə­xəy­yül­lü psev­do­zi­ya­lı dü­şün­cə­si bu ele­men­tar hə­qi­qə­ti qav­ra­maq gü­cün­də de­yil; o, zir­və­də­ki hər şe­yi ayaq­lar al­tı­na al­maq­la hər şey­dən uca gö­rün­mək­də, bu yol­la özü­nü ta­ri­xə pər­çim et­mək­də ma­raq­lı­dır. Zir­və­lə­ri ayaq al­tı­na al­maq isə heç də asan mə­sə­lə de­yil; bu, əda­lə­tə söy­kə­nən saf niy­yət­dən qay­naq­la­nan gər­gin zəh­mət­lə güc­lü ira­də­nin mən­ti­qi ye­ku­nu­dur. Psev­do­zi­ya­lı­la­rın­sa tə­bii ki, saf niy­yə­ti, güc­lü ira­də­si ol­mur. Ye­ga­nə niy­yə­ti öz mə­ni­ni təs­diq­lə­mək olan bu bi­nə­va­la­rın el­mi ar­qu­ment­lə­ri kü­çə de­di-­qo­du­la­rın­dan o ya­na keç­mir. Məhz bu sə­bəb­dən də on­lar ən xır­da de­tal­lar­dan ya­pı­şır, “rə­qib­lər­”i­ni göz­dən sal­maq üçün ən in­tim mə­qam­la­rı, to­xu­nul­ma­sı qə­ba­hət olan möv­zu­la­rı qa­bar­dır­lar. Bu, ən azı tər­bi­yə­siz­lik­dir, şə­rəf­siz­lik­dir. Bu qə­bil ya­naş­ma ilə bü­tün bə­şə­ri nai­liy­yət­lə­rin üs­tün­dən qa­ra qə­ləm çək­mək olar.

Am­ma bə­şə­riy­yə­tin qa­ra rən­gə bo­yan­ma­sı, da­hi­lə­rin “da­hi­lik sta­tu­su­nun əl­lə­rin­dən alın­ma­sı” bu psev­do­qey­rət sa­hib­lə­ri­ni da­hi­ləş­di­rə­cək­mi? Ta­rix­də bu qə­bil sər­səm­lər çox olub. Cə­la­ləd­din Ru­mi­nin ki­çik oğ­lu kon­ya­lı na­dir­lə­rin, meh­ri­ban və­zir­lə­rin de­di-­qo­du­la­rı­na uya­raq Şəms Təb­ri­zi­ni cis­mən məhv et­di. Am­ma ta­rix­də da­hi ki­mi yox, bir na­dan ki­mi, iki elm da­hi­si­nin bir-­bi­ri­nə ila­hi sev­gi­si­ni “ə­caib cin­si bağ­lı­lıq ki­mi” dəyr­lən­di­rən, ata­sı­nın da­hi­li­yi­ni gö­rə, Şəms Təb­ri­zi uca­lı­ğı­nı du­ya bil­mə­yən bir na­dan ki­mi qal­dı. O da­hi­lə­rin or­ta əsr­lər Kon­ya­sı­nın meh­ri­ban və­zir dü­şün­cə­li küt­lə­si­nin şüb­hə­lə­ri­nə əsas ola bi­lə­cək qü­sur­la­rı ol­muş ol­sa be­lə, bu, heç nə­yi də­yi­şə bil­məz­di, də­yiş­mə­di də. Çün­ki da­hi­li­yin me­ya­rı məi­şət tər­zi və “o­bı­va­tel” dü­şün­cə üçün xa­rak­te­rik olan pri­mi­tiv əx­laq an­la­yı­şı yox, bə­şə­ri tə­rəq­qi­yə xid­mət edən əməl və dü­şün­cə­lər­dir. Or­ta əsr­lər Kon­ya­sı­nın meh­ri­ban və­zir dü­şün­cə­də olan şi­kəst tə­xəy­yül­lü­lə­ri­nin “mi­zan-­tə­rə­zi­si” ilə ya­na­şıl­sa, on­da Fü­zu­li­ni də, Nə­si­mi­ni də, baş­da Şah İs­ma­yıl Xə­tai ol­maq­la bü­tün Sə­fə­vi hökm­dar­la­rı­nı da, Məs­hə­ti Gən­cə­vi­ni də, Mol­la Pə­nah Va­qi­fi də, Se­yid Əzim Şir­va­ni­ni də, Mir­zə Şə­fi Va­ze­hi də, Ca­vad xa­nı da, Məm­məd Əmin Rə­sul­za­də­ni də ta­rix­dən si­lib at­ma­lı­yıq.

A­di bir epi­zod. Gən­cə qa­la­sı­nın Si­sia­no­vun qar­şı­sın­da tab­la­ma­ya bil­mə­mə­si­nin sə­bəb­lə­rin­dən bi­ri Ca­vad xa­nın “e­ti­bar­la dost”­la­rın­dan bi­ri­nin – to­vuz­lu Nəsib Sul­ta­nın düş­mə­nə kö­mək et­mə­si idi. Sə­bəb? Sə­bəb adi məi­şət epi­zo­du: qüd­rət­li Ca­vad xan nə vaxt­sa şey­ta­na uyub Nə­sib Sul­ta­nın ar­va­dı Cə­va­hir xa­nı­ma eşq elan et­miş­di. Ca­vad xa­nın öl­dü­rül­mə­si yö­nün­də­ki “xid­mə­ti­nə gö­rə” çar­dan mül­kə­dar ta­la­qa­sı al­mış hə­min Nə­sib Sul­tan Qa­la­kənd­də 40 rus əs­gə­ri­ni öl­dür­dü­yü üçün sür­gün edil­miş­di. Bu epi­zod doğ­ru­dan­mı Ca­vad xa­nın ta­ri­xi xid­mət­lə­ri­nin üs­tün­dən qa­ra xətt çə­kib, onun adı­nı ta­rix­dən sil­mə­yə, ya­xud to­vuz­lu Nə­sib Sul­ta­nın nə­sil şə­cə­rə­si­ni xain ad­lan­dır­ma­ğa əsas ve­rir? Bu cür qiy­mət­lən­dir­mə cəh­di çox təəs­süf ki, bir ne­çə il ön­cə də ol­muş­du. Mər­hum şair Akif Sə­məd har­dan­sa əl­də et­di­yi bir sə­nə­də is­ti­na­dən Qa­çaq Nə­bi­nin Hə­cə­ri haq­qın­da mətbuat da hay-­kü­yü qal­dır­mış­dı. Onun iddia­sın­ca, Hə­cər bir go­rus­lu dı­ğa­sı­na “ə­rə get­di­yi” üçün adı ta­rix­dən və ədə­bi əsər­lər­dən çı­xa­rıl­ma­lı idi. O za­man mə­sə­lə et­nik müs­tə­vi­yə en­di­ril­di və Akif Sə­məd üzr is­tə­mə­yə məc­bur edil­di. Akif Sə­mə­də təp­gi gös­tə­rən­lər tam haq­lı idi­lər. Hə­cə­ri it­ti­ham et­məz­dən əv­vəl onun ya­şa­dı­ğı döv­rün real­lıq­la­rı­nı və Hə­cə­rin bir in­san ola­raq düş­dü­yü və­ziy­yət­də­ki psi­xo­lo­ji ya­şan­tı­la­rı­nı tam təf­si­la­tı ilə öy­rən­mək la­zım idi. Əv­və­la, Hə­cə­rin bu hə­rə­kə­ti Nə­bi ki­mi bir ki­şi­yə, öm­rü­nü el­-o­ba­sı­na bəxş et­miş bir qəh­rə­ma­na qıy­mış eloğ­lu­la­rı­na qar­şı səs­siz üs­yan ola bi­lər­di. İkin­ci bir tə­rəf­dən, Nə­bi­nin bəd­xah­la­rı baş­sız qal­mış Hə­cə­rin is­mə­ti­nə to­xun­maq­la məhz Nə­bi­nin ru­hu­nu təh­qir et­mək, onun uca adı­na xə­ləl gə­tir­mək niy­yə­tin­dəy­di­lər. Be­lə bir mə­qam­da Hə­cə­rin həm­yer­li­lər­dən ki­mə­sə ərə get­mə­si növ­bə­ti qan düş­mən­çi­lik­lə­ri­nə də rə­vac ve­rə bi­lər­di. Tək­ba­şı­na isə özü­nü mü­da­fiə et­mək im­kan­la­rı yox idi onun. Hə­min ta­ri­xi si­tua­si­ya­da Hə­cər bəl­kə də ən düz­gün qə­rar qə­bul et­miş­di; Nə­bi­nin sağ­lı­ğın­da ol­du­ğu ki­mi son­ra­lar da Hə­cə­rin nö­kə­ri ol­muş bir adam­la “for­mal ai­lə” qu­ra­raq Nə­bi­nin bəd­xah­la­rı­na çir­kin niy­yət­lə­ri­ni real­laş­dır­maq im­ka­nı ver­mə­miş­di. Bu qə­bil ta­ri­xi real­lıq­la­ra bu gü­nün ger­çək­lik­lə­ri priz­ma­sın­dan qiy­mət ver­mək na­dan­lıq­dan sa­va­yı bir şey de­yil ki, özü­nü da­hi­lə­rə di­van tut­maq sə­viy­yə­sin­də yük­sək in­tel­lekt sa­hi­bi ki­mi gö­rən psev­do­zi­ya­lı­lar da məhz bu key­fiy­yə­ti sər­gi­lə­yir­lər. Am­ma unu­dur­lar ki, çağ­daş in­sa­nın en­sik­lo­pe­dik mə­lu­mat­lı­lı­ğı min il əv­və­lin da­hi­lə­ri­nin el­mi sə­viy­yə­lə­ri­nin da­yaz­lı­ğı­na də­la­lət et­mir. Bu gü­nün or­ta mək­təb şa­gir­di­nin fi­zi­ka el­mi­nə dair mə­lu­mat­la­rı əha­tə­li­lik də­rə­cə­si­nə gö­rə Pas­ka­lın, Nyu­to­nun bu el­mə dair bi­lik­lə­ri­nin ümu­mi həc­mi­ni qat-­qat üs­tə­lə­yir. Bu o de­mək­dir­mi ki, hər al­tın­cı si­nif şa­gir­di Nyu­ton­dan da­ha bö­yük da­hi­dir. Bu qə­bil pa­ra­lel­lər apar­maq fi­zi­ki və psi­xo­lo­ji pa­ra­metr­lər­lə şərt­lə­nən elə bir əmə­lin əla­mə­ti­dir ki, o əmə­lin adı­nı mətbuat­da çək­mək etik nor­ma­la­ra sığ­mır. Və nə ya­zıq ki, adı­nın çə­kil­mə­si etik nor­ma­la­ra sığ­ma­yan o əmə­lə efir­də rə­vac ve­ri­lir. Ən dəh­şət­li­si isə odur ki, bu əmə­li za­man-­za­man sər­gi­lə­yən­lər ey­ni adam­la­rı­dır və cə­miy­yət bu əcaib əməl sa­hib­lə­ri­nin hoq­qa­la­rı­na dö­zür. Bu adam­lar ilk də­fə 1988-­ci ilin qa­rı­şıq­lı­ğın­da üzə çıx­mış­dı­lar: bi­ri ai­lə­si­ni atıb Tür­ki­yə­də qal­maq is­tə­yir, bi­ri te­le­vi­zi­ya­nın dəh­liz­lə­rin­də ki­min­sə xey­ri­nə im­za top­la­yır, bi­ri gə­lə­cək xa­nı­mı­nı sə­la­hiy­yət sa­hib­lə­ri­nə min­nət­çi sa­lır­dı. Az son­ra, 90-­cı ilin əv­vəl­lə­ri­nin ey­fo­ri­ya­sın­da bu psev­do­fi­lo­sof­lar “Qa­ra ka­bi­net­”ə top­laş­dı­lar. Fi­lo­sof­luq bir nə­ti­cə ver­mə­yən­də ha­mı­sı si­ya­sət­çi­lə­rin qol­tu­ğu­na, ora­dan da missio­ner təş­ki­lat­la­rın ağu­şu­na dı­ğır­lan­dı­lar. İn­di də gö­rü­nür ki, “q­rant təş­ki­lat­la­rı” pər­də­si al­tın­da­kı o missio­ner qu­rum­lar­la ödəş­mək vax­tı­dır. O təş­ki­lat­lar­la ki, hə­lə 90-­cı il­lə­rin or­ta­la­rın­da Azər­bay­can mək­təb­lə­rin­də Şah İs­ma­yı­la qar­şı nif­rət his­si aşı­la­ma­ğa, onu di­ni və mil­li bir­li­yə ölüm­cül zər­bə vu­ran na­dan ki­mi qə­lə­mə ver­mə­yə ça­lı­şır­dı­lar. On­da hə­qi­qi mə­na­da və­tən­pər­vər müəl­lim­lər bu təh­lü­kə­nin qar­şı­sı­nı fə­da­kar­ca­sı­na al­dı­lar. “Da­hi­lə­rin di­va­nı” ad­lı la­yi­hə də əs­lin­də 90-­cı il­lər­də baş tut­ma­mış o ci­na­yə­tin da­va­mın­dan baş­qa bir şey de­yil. Ma­hiy­yət yox, sa­də­cə vi­zual gö­rün­tü və ic­ra­çı­lar də­yi­şib. Öz fi­kir­lə­ri­ni cə­miy­yə­tə öz di­liy­lə ye­ri­də bil­mə­yən missio­ner dai­rə­lər söz­lə­ri­ni “muzd­lu alət­lə­ri” va­si­tə­si ilə de­yir­lər. Əs­lin­də, bu­ra­da təəc­cüb­lü heç nə yox­dur. On­lar öz iş­lə­rin gör­mək­də tam sər­bəst­dir­lər. Təəc­cüb­lü olan cə­miy­yə­tin bun­ca həs­sas bir mə­sə­lə­yə son də­rə­cə eti­na­sız­lı­ğı­dır. Son döv­rün ta­ri­xi şəx­siy­yət­lə­ri, ya­xud da ədə­biy­yat­da cü­zi xid­mət­lə­ri ol­muş bir ədib haq­qın­da hət­ta haq­lı tən­qid ya­zı­lan­da onun sağ olan tö­rə­mə­lə­ri və qo­hum­la­rı in­for­ma­si­ya mə­ka­nın­da elə bir tu­fan qo­pa­rır­lar ki, tən­qid­çi­lə­rin san­ki yer kü­rə­si­ni məh­və­rin­dən qo­par­dıq­la­rı təəs­sü­ra­tı ya­ra­nır. Fü­zu­li, Xə­tai, Mir­zə Cə­lil ki­mi da­hi­lə­rə böh­tan atı­lan­da isə…

­

A.S.­Puş­kin de­yir­di ki, “sə­ləf­lə­rə hör­mət­siz­lik vəh­şi­li­yin və mə­nə­viy­yat­sız­lı­ğın ilk və ən qa­ba­rıq əla­mə­ti­dir”. Bir də unut­ma­yaq ki, keç­mi­şi­ni qo­ru­ma­yan mil­lət­lə­rin gə­lə­cə­yi ol­mur.

S.VİLAYƏTOĞLU

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: