“Ö­lü­lər­”in üs­ya­nı ­və ya­xud “Da­hi­lə­rin di­va­nı” bi­zə nə ve­rir? – III Hissə

­Xəs­tə tə­xəy­yül­lü, mə­nən şi­kəst özün­dən­da­hi­cik­lə­rin qə­zə­bi­nə ilk tuş gə­lən Şah İs­ma­yıl Xə­tai olub. O kəs ki, onun ömür yo­lu mə­nə­viy­ya­tın fa­za­la­rı ara­sın­da­kı fər­qin əya­ni nü­mu­nə­si­dir. O kəs ki, ona mü­kəm­məl təh­sil ve­ril­miş, məx­su­si ideal­lar uğ­run­da mü­ba­ri­zə­yə ha­zır­lan­mış­dı və döv­rü­nün real­lıq­la­rı ilə mü­qa­yi­sə­də ka­mil­lik mər­tə­bə­si­nə çox er­kən yaş­la­rın­da yet­miş şəx­siy­yət idi. Və məhz məx­su­si ideal­la­rın qa­pa­lı təl­qi­ni onun mə­nə­vi zən­gin­li­yi­ni şöh­rət­pə­rəst­lik zəif­li­yi­nə dü­çar edə­rək “ö­lü mə­nə­viy­yat” sə­viy­yə­si­nə qə­dər cı­lız­laş­dı­rır­dı. O, özün­dən ası­lı ol­ma­ya­raq, müş­tə­beh­lik­dən xə­bər ve­rən mis­ra­la­rı bir-­bi­ri­nə ca­la­yır­dı, özü­nü bir qo­şu­na bə­ra­bər güc sa­hi­bi, Yu­sif Pey­ğəm­bər si­fət­li, hər yer­də cü­cər­mək iq­ti­da­rın­da olan to­xum ki­mi qə­lə­mə ve­rir­di:

“­Nə yer­də ək­sən bi­tə­rəm,

­Xa­na ça­ğır­san ye­tə­rəm.

­Su­fi­lər əlin tu­ta­ram,

­Qa­zi­lər, de­yin şah mə­nəm.

­Qır­mı­zı tac­lı boz at­lı,

­A­ğır leş­kə­rə nis­bət­li.

­Yu­sif Pey­ğəm­bər si­fət­li!!!

­Qa­zi­lər, de­yin şah mə­nəm”.

­Bu, hə­ya­tı lə­lə­lə­rin­dən öy­rə­nən İs­ma­yı­lın məq­sə­di, ideal­la­rı idi: şah ol­maq, “mən­”i­nə xid­mət et­mək, şöh­rət zir­və­si­nə yet­mək is­tə­yi ilə çır­pı­nır­dı. Nə­ha­yət, onun göz­lə­di­yi mə­qam yet­di. O, lə­lə­lə­ri­nin təl­qin et­di­yi ideal­lar uğ­run­da ölüm-­di­rim sa­va­şı­na qalx­dı. İn­di onun qa­zan­dı­ğı bi­lik­lər, əq­li və mə­nə­vi po­tensia­lı Sə­fə­vi xa­nə­da­nı ya­rat­maq is­tə­yən Ər­də­bil şeyx­lə­ri­nin ali məq­sə­di­nə – şiə döv­lə­ti ya­rat­maq məq­sə­di­nə yö­nəl­dil­miş­di və İs­ma­yıl bu məq­sə­də apa­ran yol­da va­si­tə idi – şiə­li­yə gö­rə da­ha çox məh­ru­miy­yət­lə­rə dü­çar ol­muş nəs­lin da­vam­çı­sı və zən­gin bi­lik sa­hi­bi ki­mi hə­rə­ka­ta cəl­be­di­ci­lik gə­ti­rən bir va­si­tə. Və 14 yaş­lı “li­der­”in ali məq­sə­di dü­şün­cə süz­gə­cin­dən tam ke­çir­mə­mə­si üçün yön­lən­di­ri­ci­lə­ri onu qi­sas­çı­lıq hiss­lə­ri ilə yük­lə­yir­di­lər. O isə bu yü­kün tə­si­ri ilə de­yir­di:

“­Hə­nuz, Şah Hey­də­rin qa­nı qa­lıb­dır.

­Ye­zi­də bir də­xi gül­lü qə­ran var”.

­Ba­ba­sı Cü­ney­din qa­ti­li Xə­li­lul­la­hın cə­sə­di­ni qə­bir­dən çı­xa­rıb yan­dı­ran­dan, ata­sı Hey­də­rin qət­li­nə bais­kar bil­di­yi Fər­rux Yas­sa­rın kə­sil­miş ba­şı­nı ayaq­la­rı al­tın­da gö­rən­dən son­ra be­lə, o, hə­ya­tı­nın ali məq­sə­di­ni təm­sil et­di­yi züm­rə­nin – Ər­də­bil şeyx­lə­ri­nin ali məq­sə­di­nin real­laş­ma­sın­da gö­rür­dü:

“­Sə­fər qıl, dur­ma, ey Xə­tai!!!

­Ki, şəh­ri Ər­də­bil­də bir xa­nə­dan var”.

­Bu, çər­çi­və­li, məh­dud mə­nə­viy­ya­tın tə­za­hü­rü idi.

­Dün­ya­dan təc­rid qay­da­sın­da təl­qin me­to­du ilə mə­nim­sə­nil­miş ideal­lar real­laş­dıq­dan, qə­zəb-­qi­sas hiss­lə­ri so­vu­şan­dan son­ra bu ideal­la­rı real­laş­dır­maq üçün apar­dı­ğı dö­yüş­lər­də gör­dü­yü real hə­ya­tı id­rak süz­gə­cin­dən ke­çi­rən; şiə­li­yin əqi­də­yə çev­ril­mə­si yo­lun­da mü­ba­ri­zə­lər­də öm­rü­nü qoy­muş ba­ba­sı Cü­ney­din sün­ni Uzun Hə­sə­nin ba­cı­sı Xə­di­cə bə­yim­lə, Şeyx Hey­də­rin ata­sı sün­ni Uzun Hə­sən, ana­sı xristian Trab­zon hökm­da­rı­nın qı­zı Des­pi­nə xa­tun olan Mar­tay­la – Ələm­şah­bə­yim­lə ev­lən­mə­si ger­çək­lik­lə­ri mü­qa­bi­lin­də təş­viq et­di­yi tə­ri­qət fa­na­tik­li­yi­nin ma­ya­sın­da nə­lə­rin dur­du­ğu­nu özü üçün ay­dın­laş­dı­ran Şah İs­ma­yıl isə ta­mam baş­qa nəs­nə­lər­dən da­nı­şır­dı:

“­Kö­nül sey­ran­da gə­zər­kən,

­Şah gəl­di qon­du sa­ra­ya…”

­Bu, ar­tıq bir in­sa­nın təl­qin­dən öy­rən­dik­lə­ri­nin tə­biət­lə tə­mas­dan, cə­miy­yət­lə ün­siy­yət­dən son­ra ağıl süz­gə­cin­dən keç­miş ifa­də­siy­di, özü­nü­dərk mər­hə­lə­si­nin baş­lan­ğı­cı idi. Və o da ta­ri­xi real­lıq­dır ki, 14 ya­şın­da şiə­li­yi qə­bul et­mə­mə­yə gö­rə ix­ti­yar yaş­lı Ba­kı axun­du­nu di­ri-­di­ri tor­pa­ğa bas­dır­ma­ğı əmr edən, 16-17 ya­şın­da say­sız qə­lə­bə­lər­dən qa­nad­la­na­raq dün­ya fa­teh­li­yi hə­və­siy­lə alov­la­nan İs­ma­yıl qəf­lə­tən dö­yüş ru­hun­dan dü­şür, hət­ta özün­dən qat-­qat zəif olan rə­qib­lə­ri­nin hə­də­lə­ri­nə mə­həl qoy­ma­dan, hər müm­kün va­si­tə ilə mü­ha­ri­bə­dən, qan-­qa­da­dan ya­yın­ma­ğa ça­lı­şır. Şiə­li­yin alov­lu mü­ba­ri­zi Bağ­dad qul ba­za­rı­na gə­lə­rək, şiə­lik əley­hi­nə dö­yüş­lər­də əsir düş­müş və qul ki­mi ba­za­ra çı­xa­rıl­mış on nə­fə­ri sa­tın ala­raq azad­lı­ğa bu­ra­xır. Hət­ta onun ta­le­yi­nin dö­nüş nöq­tə­si olan Çal­dı­ran dö­yü­şün­dən be­lə müm­kün va­si­tə­lər­lə ya­yın­ma­ğa ça­lı­şır…

“..­.Ə­gər əv­vəl­ki dö­yüş­lər in­ti­qam al­maq hə­və­siy­lə, va­hid döv­lət ya­rat­maq və bu döv­lə­ti qo­ru­maq niy­yə­tiy­lə apa­rı­lır­dı­sa, Sul­tan Sə­lim­lə vu­ruş­maq Şah İs­ma­yı­lın nə ar­zu­suy­du, nə də məq­sə­di. Bu mü­ha­ri­bə­yə o, məc­bu­riy­yət qar­şı­sın­da gi­riş­miş­di. Sul­tan Sə­li­min təh­qi­ra­miz mək­tub­la­rı, lov­ğa əda­la­rı, ye­kə­xa­na hə­rə­kət­lə­ri ca­vab­sız qal­ma­ma­lıy­dı…

­Dö­yüş­də qa­lib gəl­mək üçün hər cür fən­də əl at­maq məq­bul­dur, Şey­ba­ni xa­nı hiy­lə ilə məğ­lub edən Şah İs­ma­yıl bu­nu yax­şı bi­lir­di. Çal­dı­ran dö­yü­şü ərə­fə­sin­də hər­bi məş­və­rət­də də be­lə tak­ti­ka­ya əl at­maq mə­sə­lə­si qal­dı­rı­lır… Şah İs­ma­yıl ge­cə bas­qı­nı tək­li­fi­ni rədd edir: “Mən kar­van yo­lu kə­sən ha­ra­mi de­yi­ləm!”

­Bu­nu kim de­yir: Şah İs­ma­yıl­mı, şair Xə­tai­mi?!

­Güc­lü düş­mən­lə dö­yüş ərə­fə­sin­də əmir­lə­rə də, qo­şu­na da hə­yat­dan zövq al­maq im­ka­nı ve­ri­lir. Bu­na yol ve­rən sər­kər­də İs­ma­yıl­dır­mı, şair Xə­tai­mi?!

­Çal­dı­ran dö­yü­şü baş­la­nan za­man, bə­zi mə­xəz­lə­rə gö­rə, Şah bir dəs­tə qo­ru­yu­cu­su ilə bir­lik­də bil­dir­çin ovu­na çı­xıb­mış… Bu, qo­şun baş­çı­sı­nın eti­na­sız­lı­ğı­dır­mı, yox­sa şair qə­ri­bə­li­yi­mi?!

­Dö­yüş vax­tı ən qiy­mət­li sə­nət­kar­lar, o cüm­lə­dən Beh­zad ma­ğa­ra­da giz­lə­di­lib­lər­miş. Şa­hın ar­vad­la­rı Bəh­ru­zə xa­nım, Tac­lı xa­nım dö­yüş­çü li­ba­sın­da sa­vaş mey­da­nın­da vu­ru­şur­du­lar. Bu­na Şah ne­cə ba­xır­dı, şair nə de­yir­di?!”

­İlk ba­xış­da bu sual­lar şəx­siy­yə­tin iki­ləş­mə­sin­dən do­ğan hey­rə­tin ifa­də­si ki­mi səs­lə­nir. Əs­lin­də isə Şah İs­ma­yı­lın xa­rak­te­rin­də heç bir ha­ça­lan­ma yox idi. Nə­zər­dən ke­çir­di­yi­miz si­tua­si­ya­la­rın ha­mı­sın­da o, bü­töv xa­rak­te­ri ilə da­ya­nır gö­zü­müz qar­şı­sın­da. Sa­də­cə, biz bi­rin­də təl­qin edil­miş ideal­la­rın da­şı­yı­cı­sı­nı, di­gə­rin­də isə ar­tıq hə­ya­ta öz ba­xış­la­rı olan, da­ğı­dı­cı tə­fək­kü­rün heç­li­yi­ni, ya­ra­dı­cı tə­fək­kü­rün əbə­di­ya­şar­lı­ğı­nı an­la­mış, qı­lınc­la qə­bul et­di­ri­lən ina­mın fa­ciə­lə­ri­ni dərk et­miş ka­mil şəx­siy­yə­ti, SAF MƏ­NƏ­VİY­YAT DA­ŞI­YI­CI­SI­nı gö­rü­rük. Onu mü­ha­ri­bə­yə sü­rük­lə­yən Sul­tan Sə­lim də zən­gin bi­lik yi­yə­siy­di, o da ha­ki­miy­yət üçün xü­su­si tə­lim gör­müş­dü, öz mil­lə­ti­nin yox, da­yı­la­rı­nın di­lin­də-­fars­ca ol­sa be­lə, o da şeir­lər ya­zır­dı… Çal­dı­ran­da o, “qə­lə­bə” də qa­zan­dı, Xə­tai­nin əsir düş­müş ar­va­dı­nı sa­ray şai­ri Cə­fər Çə­lə­bi­yə ərə ver­di. Am­ma o, ta­ri­xin yad­da­şın­da yal­nız və yal­nız ha­ki­miy­yət na­mi­nə ata­sı­nı və qar­daş­la­rı­nı qət­lə ye­ti­rən cəl­lad ki­mi əbə­di­ləş­di. Çün­ki onu ha­ki­miy­yə­tə ha­zır­la­yan ana qo­hum­la­rı­nın təl­qin et­dik­lə­ri ölü mə­nə­viy­ya­tın tə­si­rin­dən heç za­man çı­xa bil­mə­di: əl­də et­di­yi zən­gin bi­lik­lə­ri öz id­rak süz­gə­cin­dən ke­çi­rib hə­ya­tın əsl mə­na­sı­nı du­ya bil­mə­di. İN­SAN O ZA­MAN KÖ­LƏ OLUR Kİ, GÜC­LƏ ONA AŞI­LA­NAN ÖZ­GƏ FİK­Rİ­NƏ, ÖZÜ­NÜN OL­MA­YAN İDEA­LA BAŞ ƏYİR. Sul­tan Sə­lim bu ta­le­yi ya­şa­dı, özü dü­şün­mək­dən əl çə­kə­rək, öz­gə idea­lı­nın qu­lu­na, türk-­mü­səl­man bir­li­yi­nin qa­tı düş­mə­ni olan bir ovuc ana qo­hu­mu­nun ma­raq­la­rı­na xid­mət edən məh­dud çər­çi­və­li mə­nə­viy­yat sa­hi­bi qis­mə­ti­nə bo­yun əy­di. Şah İs­ma­yıl isə hə­lə Çal­dı­ran­dan çox-­çox ön­cə dün­yə­vi hə­qi­qət­lər için­dən hə­ya­tın qa­yə­si olan hə­qi­qə­ti se­çə bil­miş­di və “Şə­riət, tə­ri­qət, mə­ri­fət haq­dır; hə­qi­qət odu var on­dan içə­ri” – de­yə ha­ray çə­kir, “Sən mən­də­sən, mən sən­də­yəm; nə sən olur, nə mən olur!!!” – de­yə­rək müa­sir­lə­ri­ni hə­ya­tın ma­hiy­yə­ti­ni dərk et­mə­yə ça­ğı­rır, hər kə­si –

“­Ni­yə gəl­dik, nə gə­tir­dik ca­ha­nə,

­Nə itər­sən axi­rət ca­vi­da­nə?

­Nə idin alə­mi vəh­dət­də söy­lə,

­Bu kəs­rək evi­nə düş­dün ki, böy­lə?”

­şə­kil­li sual­la­ra ca­vab ax­tar­ma­ğa səs­lə­yir, or­to­dok­sal is­la­mın tüğ­yan et­di­yi bir dövr­də özü də di­ni ideal­lar dal­ğa­sın­da ha­ki­miy­yə­tə gəl­mə­si­nə bax­ma­ya­raq, Nə­si­mi ideal­la­rın­da­kı hə­qi­qə­ti dərk et­di­yi­ni cə­sa­rət­lə di­lə gə­ti­rir­di:

“­Sey­yid Nə­si­mi­ni za­hid­lər üz­dü,

­İn­ci­mə­di həq­dən gə­lən cə­fa­yə”.

­Bə­li, o, ar­tıq 14-15 ya­şın­da ol­du­ğu ki­mi qa­na su­sa­mış qi­sas­çı de­yil­di, o, ar­tıq dün­yə­vi tə­rəq­qi­nin ye­ga­nə yo­lu­nun elm­dən, müd­rik­lik­dən, sə­nət­dən, bir söz­lə, ya­şa­maq – dün­ya­nı duy­maq, gö­zəl­li­yi qiy­mət­lən­dir­mək qa­bi­liy­yə­tin­dən keç­di­yi­ni dərk edə­rək, –

“­Bu gün ələ al­maz ol­dum mən sa­zım,

­Ər­şə di­rək-­di­rək çı­xar ava­zım.

­Dörd şey var­dır bir qa­rın­da­şa la­zım:

­Bir elim, bir kə­lam, bir nə­fəs, bir saz”. –

­söy­lə­yir­di və de­dik­lə­ri­nə son də­rə­cə də­qiq­lik­lə əməl edir, dün­ya­nın qi­sas his­si ilə yan­dı­ğı bir dövr­də hu­ma­nist­lik sər­gi­lə­yir, din­lə­rin bir-­bi­ri­nə düş­mən kə­sil­di­yi, bir-­bi­ri­nin məh­vi­nə fit­va ver­di­yi bir əsr­də di­ni to­le­rant­lıq nü­ma­yiş et­di­rir­di. Məş­hur so­vet is­lam­şü­nas ali­mi İ.İ.­Pet­ru­şevs­ki də Şah İs­ma­yıl şəx­siy­yə­ti­nə diq­qət ye­ti­rə­rək cid­di mə­xəz­lə­rə is­ti­na­dən gös­tə­rir­di ki, “…­Şah İs­ma­yı­lın bö­yük nü­fu­zu var­dı. Av­ro­pa səy­yah­la­rı qeyd edir­di­lər ki, bü­tün öl­kə­də Al­la­hın adı unu­du­lub, dil­də-­do­daq­da yal­nız İs­ma­yı­lın adı gə­zir. Gür­cü çar­la­rı­nın xa­hi­şi ilə on­la­ra yar­dım edən Şah İs­ma­yı­lın həm ora­da­kı, həm də öz öl­kə­sin­də­ki xaç­pə­rəst­lər­lə mü­la­yim rəf­ta­rı onun nü­fu­zu­nu Av­ro­pa­da da ar­tı­rır­dı. Şah İs­ma­yı­lın ha­ki­miy­yə­ti­nin son 15 ili­ni Şərq­də el­min və in­cə­sə­nə­tin tə­rəq­qi döv­rü ki­mi sə­ciy­yə­lən­dir­mək olar. Mi­nia­tür sə­nə­ti­nin ən par­laq in­ki­şaf döv­rü də məhz bu vaxt­la­ra tə­sa­düf edir. Döv­rü­nün ən is­te­dad­lı sə­nət­kar­la­rı­na, alim­lə­ri­nə sa­ray­da hər cür şə­rait ya­ra­dıl­mış­dı, Şah İs­ma­yıl on­la­rı qo­ru­ma­ğı özü­nün bor­cu sa­yır­dı”..

­Bir da­ha tək­rar et­mə­yə də­yər ki, bu, ta­ri­xi qu­ru rə­qəm­lər və fakt­lar top­lu­su ki­mi təd­qiq edən bə­zi alim­lə­rin qə­lə­mə ver­mək is­tə­di­yi ki­mi da­xi­li tə­la­tüm­lər və xa­rak­ter­də­ki zid­diy­yət­lər sə­bə­biy­lə şəx­siy­yə­tin iki­ləş­mə­si de­yil­di. Ək­si­nə, xa­rak­te­rin və əqi­də­nin bü­töv­ləş­mə­sin­dən son­ra şəx­siy­yə­tin özü­nüi­fa­də­si idi. Özü­nü­dərk mər­hə­lə­sin­də dün­ya­ya ba­xış­lar də­qiq­ləş­dik­dən, fərd öz hə­yat kre­do­su­nu də­qiq­ləş­dir­dik­dən son­ra özü­nüi­fa­də prin­si­pial, dön­məz xa­rak­ter alır, bə­zi hal­lar­da isə sərt­lik və aman­sız­lıq tə­si­ri ba­ğış­la­yır. Əs­lin­də isə bu aman­sız­lıq heç də adi hal­lar­da ol­du­ğu ki­mi qə­zəb və qi­sas hiss­lə­ri­nin tö­rə­mə­si ol­ma­yıb, mə­nən zən­gin şəx­siy­yə­tin özü­nəi­na­mı­nın tə­za­hü­rü­dür.

­Be­lə ki, əq­li po­tensia­lı bə­şə­ri ideal­la­rın real­laş­ma­sı­na yö­nəl­miş ka­mil şəx­siy­yə­tin fəa­liy­yət prin­sip­lə­ri də məq­sə­din özü qə­dər ay­dın və konk­ret olur. Bu hal­da haqq yo­lun­da ol­du­ğu­nu dərk et­miş in­sa­nın qar­şı­sın­da da­yan­maq sa­də­cə, müm­kün de­yil; o, bü­tün ma­neə­lə­ri dəf et­mək gü­cün­də­dir. Çün­ki hə­yat qa­yə­si­nə çev­ri­lən ali məq­sə­din müəy­yən­ləş­di­ril­mə­si bir­mə­na­lı şə­kil­də dün­ya­gö­rü­şü­nə və ya­ra­dı­cı tə­fək­kü­rə söy­kə­nən şəx­si se­çim­dir. Şəx­si se­çim isə müt­ləq an­lam­da həm fəa­liy­yət üçün, həm də onun nə­ti­cə­lə­ri üçün şəx­si mə­su­liy­yət de­mək­dir. Məhz bu amil – şəx­si mə­su­liy­yət his­si saf mə­nə­viy­yat sa­hib­lə­ri­nin hə­ya­tın­da mü­hüm rol oy­na­yan mə­ziy­yət­lər­dən bi­ri, bəl­kə də bi­rin­ci­si­dir ki, Şah İs­ma­yıl da məhz bu­nu nü­ma­yiş et­dir­mək­lə da­hi­lik zir­və­si­nə yük­səl­miş­di. Nə­dəy­di onun da­hi­li­yi? İlk növ­bə­də bə­şə­ri tə­fək­kü­rü di­ni dö­züm­lü­lük məc­ra­sı­na yö­nəlt­mə­sin­də, mil­li tə­fək­kü­rü or­ta əsr­lə­rin he­ge­mon ərəb tə­si­rin­dən xi­las et­mə­sin­də və ən nə­ha­yət, da­ğı­dı­cı tə­fək­kür­dən qə­tiy­yət­lə im­ti­na edə­rək ya­ra­dı­cı tə­fək­kü­rü hə­yat tər­zi­nə çe­vir­mə­sin­də. Bun­ca ta­ri­xi xid­mət­lər gös­tər­miş bir ta­ri­xi şəx­siy­yə­ti hə­ya­tı­nın tək bir­cə epi­zo­du­na-­Sul­tan Sə­lim­lə mü­ha­ri­bə et­di­yi­nə gö­rə itt­ham et­mək ən azı mil­li mən­lik tə­fək­kü­rü­nə zər­bə vur­maq, mil­lə­tin mü­qəd­dəs də­yər­lə­ri­nə xə­ya­nət et­mək­dir. Bir­yol­luq ba­şa dü­şül­mə­li­dir ki, Xə­tai tür­kə yox, türk-­mü­səl­man bir­li­yi­ni da­ğıt­ma­ğa yö­nə­lik fars si­ya­sə­ti­ni kor-­ko­ra­nə qə­bul et­miş bir na­da­na, fars da­yı­la­rı­nın tə­si­rin­dən qo­pa bil­mə­yən Sul­tan Sə­li­min da­ğı­dı­cı tə­fək­kü­rü­nə düş­mən idi. Da­hi­lə­rə di­van tut­maq ki­mi sər­səm bir məş­ğu­liy­yə­tə qur­şan­mış psevdoa­lim­lə­rin bu qə­bil mət­ləb­lə­ri ba­şa düş­mə­si tə­bii ki, müm­kün­süz­dür. Və bu dü­şün­cə ka­sad­lı­ğı­nın nə­ti­cə­si­dir ki, bu psev­do­zi­ya­lı­lar sü­rü­sü növ­bə­ti efir vax­tın­da əv­vəl­kin­dən də be­tər qə­lə­tə yol ver­di, Mir­zə Cə­li­lin üs­tü­nə yü­rü­dü.

­Kim­di Cə­lil Məm­məd­qu­lu­za­də? Onun mil­li tə­fək­kü­rü­müz­də da­hi ki­mi sə­ciy­yə­lən­mə­si­ni şərt­lən­di­rən amil­lər han­sı­lar­dır?

SALMAN VİLAYƏTOĞLU

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: