“Ö­lü­lər­”in üs­ya­nı ­və ya­xud “Da­hi­lə­rin di­va­nı” bi­zə nə ve­rir? – II Hissə

A­zər­bay­can di­li­nin izah­lı lü­ğə­tin­də bir­mə­na­lı şə­kil­də gös­tə­ri­lir ki, “da­hi” kəl­mə­si “xa­ri­qü­la­də ağıl­lı və bi­lik­li şəxs”, “dü­ha” sö­zü isə “qey­ri­-a­di zə­ka, qey­ri­-a­di is­te­dad” mə­na­la­rı­na gə­lir. Fəl­sə­fi an­lam­da isə “dü­ha” ya­ra­dı­cı­lıq is­te­da­dı­nın ən yük­sək də­rə­cə­si, “da­hi”­lik isə in­di­vi­din ya­ra­dı­cı­lıq məh­sul­la­rı­nın müs­təs­na ye­ni­lik və ori­ji­nal­lıq­la sə­ciy­yə­lən­mə­si, bu ya­ra­dı­cı­lıq məh­sul­la­rı­nın bə­şə­ri tə­fək­kü­rün in­ki­şa­fı ba­xı­mın­dan xü­su­si əhə­miy­yət kəsb et­mə­si ki­mi eh­ti­va olu­nur. Baş­qa söz­lə, da­hi mis­tik, ya­xud da föv­qəl var­lıq de­yil; o, öz is­te­da­dı və gər­gin əmə­yi sa­yə­sin­də bə­şə­ri tə­rəq­qi­yə xid­mət edən in­san­dır. Onu za­ma­nın föv­qü­nə yük­səl­dən amil isə prin­sip və key­fiy­yət­cə özün­dən əv­vəl­ki­lər­dən tam fərq­lə­nən, yə­ni ona qə­dər mə­lum ol­ma­yan ye­ni ya­ra­dı­cı­lıq qol­la­rı tap­ma­sı, kəşf et­mə­si, ya­rat­ma­sı­dır. Psi­xo­lo­gi­ya­da dü­ha­lar, bir qay­da ola­raq, şəx­sin fər­di xü­su­siy­yət­lə­ri – psi­xi­ka­sı, qa­bi­liy­yət­lə­ri, həm­çi­nin onun ya­ra­dı­cı­lı­ğı­na tə­sir edən həm ob­yek­tiv, həm də sub­yek­tiv amil­lər nə­zə­rə alın­maq­la təd­qiq edi­lir. Bu­nun­la be­lə, da­hi­lə­rin hər han­sı ümu­mi psi­xo­lo­ji, ya­xud da psi­xo­po­to­lo­ji xü­su­siy­yət­lə­ri­ni se­çib ayır­maq cəhd­lə­ri is­tə­ni­lən nə­ti­cə­ni ver­mə­miş­dir. Yə­ni da­hi­lə­ri ümu­mi­ləş­di­rən hər han­sı bir pa­ra­metr yox­dur; on­la­rı bir­ləş­di­rən ye­ga­nə amil bə­şə­ri mə­nə­viy­yat sa­hi­bi ol­ma­la­rı, ila­hi ver­gi­si olan is­te­dad­la­rı­nı və ener­ji­lə­ri­ni bə­şə­ri hu­ma­nist ideal­la­rın real­laş­ma­sı­na sə­fər­bər et­mə­lə­ri­dir ki, bu­nu da da­hi­lə­rin öz­lə­ri heç za­man hiss et­mir­lər, bu üs­tün­lük­lə­ri ilə heç za­man öyün­mür­lər. Çün­ki on­lar heç vaxt da­hi ol­duq­la­rı­nın fər­qi­nə var­ma­ya­raq, sa­də­cə və sa­də­cə öz mis­si­ya­la­rı­nı ye­ri­nə ye­ti­rir­lər; əsl qiy­mət­lə­ri­ni isə bir qay­da ola­raq cis­ma­ni yox­luq­la­rın­dan son­ra, mə­nə­vi əbə­di­ya­şar­lıq haq­qı şək­lin­də alır­lar. Bə­li, da­hi­lər öz­lə­rin­dən əv­vəl­ki­lə­rin da­hi­li­yi­ni qə­bul et­sə­lər də, öz da­hi­lik­lə­rin­dən heç vaxt xə­bər tut­mur­lar, çün­ki da­hi­lik za­man ka­te­qo­ri­ya­sın­dan bir­ba­şa ası­lı­lıq­da olan bir nəs­nə­dir; onu ha­di­sə­lə­rin için­də müəy­yən­ləş­dir­mək ab­surd­dur. O, ta­ri­xi ger­çək­lə­rin za­man müs­tə­vi­sin­də­ki mü­qa­yi­sə­li təh­li­li şək­lin­də or­ta­ya çı­xır. Bir söz­lə, da­hi­lik bir və ya bir ne­çə şəx­sin, qu­ru­mun, hət­ta bü­töv bir mil­lə­tin is­tə­yi ilə ve­ri­lən fəx­ri ti­tul yox, müt­ləq bə­şə­ri tə­fək­kü­rün müt­ləq za­man kon­tek­sin­də gəl­di­yi mən­ti­qi nə­ti­cə­dir. De­mə­li, onu hər han­sı şə­kil­də təf­tiş et­mək, bu nə­ti­cə­ni hər han­sı şə­kil­də şüb­hə al­tı­na al­maq da fərd­lə­rin sə­la­hiy­yə­tin­də olan bir mə­sə­lə de­yil və ola da bil­məz. Bu cür sə­la­hiy­yət tə­ləb et­mək, ya­xud özü­nü be­lə bir sə­la­hiy­yət sa­hi­bi ki­mi gör­mək al­lah­lıq və pey­ğəm­bər­lik iddia­sın­da ol­maq qə­dər qey­ri-­cid­di bir əməl, ey­ni za­man­da təh­lü­kə­li bir ten­den­si­ya­dır. Təh­lü­kə­li­dir ona gö­rə ki, bu cür sə­la­hiy­yət iddia­çı­la­rı­nın sağ­lam dü­şün­cə sa­hi­bi ol­ma­dı­ğı təs­di­qi­nə eh­ti­yac du­yul­ma­yan ger­çək­lik­dir. Və bu qə­bil xəs­tə tə­xəy­yül­lü­lə­rin mə­nə­vi də­yər­lə­rə öz sə­viy­yə­lə­ri­nə uy­ğun qiy­mət ver­mə­si ümu­mən bə­şə­riy­yə­tin ni­za­mı­nı po­za bi­lər; ən azı in­qi­lab­çı­lı­ğa me­yil­li gənc­li­yin oxu­maq­dan da­ha çox eşit­mə­yə hə­vəs­kar olan qis­mi­nin ümum­bə­şə­ri mə­nə­vi də­yər­lə­rə mü­na­si­bə­ti­nin kor­lan­ma­sı­na, mil­li mə­nə­vi də­yər­lə­rə mü­na­si­bət­də eti­na­sız­laş­ma­sı­na və­si­lə ola bi­lər. Bu cür ten­den­si­ya­lar bir növ “ge­ca­çı­lan mi­na­lar­”a bən­zə­yir; on­la­rın fə­sad­la­rı bir müd­dət­dən, bəl­kə də bir nə­sil­dən son­ra üzə çı­xa bi­lər. Odur ki, bu qə­bil iddia­la­ra, mə­nə­vi də­yər­lə­rin di­le­tant­lar sə­viy­yə­sin­də təf­ti­şi­nə qə­tiy­yət­lə yox de­mək la­zım­dır.

Am­ma nə ya­zıq ki, bu mə­sə­lə­də də biz­nes ma­raq­la­rı di­gər bü­tün ma­raq­la­rı üs­tə­lə­yir. Ma­liy­yə prob­lem­lə­ri­ni bu və ya di­gər proq­ra­ma ün­van­lan­mış SMS-­lə­rin faiz­lə­ri he­sa­bı­na həll et­mə­yə ça­lı­şan te­le­vi­zi­ya­lar “da­hi­lə­rə di­van tut­maq haq­qı olan föv­qəl­da­hi­lər­”ə, əs­lin­də isə kim­lər­dən­sə qrant qo­par­maq na­mi­nə bu mil­lə­tin bü­tün mə­nə­vi də­yər­lə­ri­ni tap­da­ma­ğa ha­zır olan psev­do­zi­ya­lı­la­ra, hər cür sər­səm­lə­mə­ni fəl­sə­fə ki­mi qə­lə­mə ve­rən özün­dən­müş­tə­beh di­le­tant­la­ra can-­baş­la efir vax­tı ayı­rır­lar. Və bu za­man bir şe­yin fər­qi­nə var­mır­lar ki, özü­nü dün­ya­nın bü­tün elm­lə­ri­nə va­qif ki­mi gös­tər­mə­yə ça­lı­şan bu qə­bil “v­sez­nay­ka­lar­”a efir ve­ril­mə­si qəh­rə­man­lıq yox, mil­lət qar­şı­sın­da, ta­rix qar­şı­sın­da ən bö­yük rüs­vay­çı­lıq­dır. Çün­ki özü­nü qüd­rət­li re­jis­sor, əvə­ze­dil­məz ədib, mi­sil­siz fi­lo­sof sa­yan bu bi­nə­va­lar elə ve­ri­liş­lə­ri­nin adı ilə nəin­ki bü­tün elm­lər­dən, hət­ta Azər­bay­can di­li­nin mə­na tu­tu­mun­dan bi­xə­bər­lik­lə­ri­ni sər­gi­lə­yir­lər dün­ya qar­şı­sın­da. Be­lə ki, “Da­hi­lə­rin di­va­nı” söz bir­ləş­mə­si hər şey­dən ön­cə ve­ri­li­şin ma­hiy­yə­ti ilə uz­laş­mır. Di­van kəl­mə­si əs­lin­də haqq­-ə­da­lət ara­yan­la­rın məc­li­si an­la­mı­na gə­lir; di­van üzv­lə­ri də bu məc­lis­də əsas söz sa­hib­lə­ri sa­yı­lır­lar. Şah di­va­nın­da və­zir-­və­kil­lər, şə­riət di­van­la­rın­da qa­zi­lər müt­ləq söz sa­hi­bi olur­lar. Adı çə­ki­lən proq­ram­da isə müt­ləq söz sa­hi­bi müəl­lif­lə­rin öz­lə­ri və öz­lə­ri­sa­yaq eks­pert­lə­ri, müt­tə­him qis­min­də di­va­na çə­ki­lən­lər isə da­hi­lər­dir. Ən ma­raq­lı mə­qam isə odur ki, di­va­nın müt­ləq söz sa­hib­lə­ri hər vəch­lə sü­but et­mə­yə ça­lı­şır­lar ki, bu mil­lə­tin və ümu­mən bə­şə­riy­yə­tin əsr­lər bo­yun­ca da­hi ki­mi qə­bul et­di­yi şəxs­lər heç də da­hi ol­ma­yıb­lar. Bu mən­tiq­dən be­lə ay­dın olur ki, proq­ra­mın müəl­lif­lə­ri da­hi de­yən­də öz­lə­ri­ni nə­zər­də tu­tur, öz di­van­la­rı­na də­vət et­dik­lə­ri psev­do­zi­ya­lı­la­rın di­li ilə öz­lə­rin­dən əv­vəl bu mil­lə­tin heç bir da­hi­si­nin ol­ma­dı­ğı­nı sü­bu­ta ye­tir­mək və hə­min “daş­dan­ke­çər sü­bu­tu” o da­hi­lə­rin adı­nı be­lə eşit­mə­yən “da­hi ta­ma­şa­çı sü­rü­sü­nün SMS-­lə­ri” ba­ha­sı­na təs­diq­lə­mək is­tə­yir­lər. Be­lə­dir­sə, on­da ve­ri­li­şin adı ma­hiy­yə­ti­nə tam uy­ğun­dur; sa­də­cə, da­hi kəl­mə­si­ni bir ne­çə dır­naq­da və mi­nin­ci də­rə­cə­dən kö­kal­ma işa­rə­si al­tın­da yaz­maq la­zım gə­lir. Yox, əgər “p­roq­ra­mın bü­tün dün­ya elm­lə­ri­nin in­cə­lik­lə­ri­nə bə­ləd olan qey­ri­-a­di is­te­dad­lı müəl­lif­lə­ri” di­va­na çək­dik­lə­ri ta­ri­xi şəx­siy­yət­lə­ri for­mal da ol­sa da­hi ki­mi qə­bul edir­lər­sə, on­da da ve­ri­li­şin adı­nı ma­hiy­yə­ti­nə uy­ğun­laş­dır­maq, mə­sə­lən, “Di­le­tant­la­rın da­hi­lik da­va­sı”, ya­xud da “Ö­zü­nü da­hi ki­mi gö­rən mə­nə­vi ölü­lə­rin cis­mən ölü-­mə­nən di­ri da­hi­lə­rə di­van tut­maq­lı­ğı” (bəl­kə də “di­van tut­maq ax­maq­lı­ğı” da­ha doğ­ru olar­dı) şək­lin­də yaz­maq la­zım­dır. Bu, “qət­tə­zə özün­dən­da­hi­lər­”in qə­zə­bi­nə hə­lə­lik tuş gəl­mə­miş Azər­bay­can di­li­nin və bu “qət­tə­zə da­hi­lər­”in tə­bi­rin­cə de­yil­sə, “te­le­vi­zion­çu­lu­ğun əsas qol­la­rın­dan olan müəl­lif proq­ram­la­rı”­nın, ümu­mi­lik­də isə te­le­vi­zi­ya nə­zə­riy­yə­si­nin tə­lə­bi­dir. Proq­ra­mın adı ma­hiy­yə­ti, ma­hiy­yət adı ta­mam­la­ma­lı­dır. Bə­la­ğət­li ad al­tın­da hoq­qa­baz­lıq isə nə te­le­vi­zion­çu­luq­dur, nə də da­hi­lik nü­mu­nə­si. Bir söz­lə, bu “qət­tə­zə özün­dən­da­hi­lər­”in öz tə­bi­rin­cə de­sək, “kən­di­ni­zə dö­nün, yol­daş-­mis­ter­-a­ğa­yi­-a­bi­lər”!

­Da­hi­lər heç vaxt di­van qur­maz­lar, çün­ki on­lar da­hi­lik­lə­ri­nin fər­qin­də de­yil­lər. Da­hi­lə­rə də heç kim di­van qu­ra bil­məz, çün­ki da­hi­li­yi müt­ləq za­ma­nın ye­ga­nə əbə­di­ya­şar sub­yek­ti olan müt­ləq bə­şə­ri tə­fək­kür təs­diq­lə­yir. Da­hi­lə­rin məi­şət tər­zi­nin, ya­xud konk­ret si­tua­si­ya­da­kı dav­ra­nı­şı­nın hər han­sı ele­men­ti­nin kim­lə­rə­sə, o da­hi­lər­dən min il, yüz il, lap elə bir qə­ri­nə son­ra dün­ya­ya gəl­miş hər han­sı bir so­fis­tə xoş gəl­mə­mə­si isə bu və ya di­gər da­hi­ni aşa­ğı­la­maq, onun haq­qın­da həd­yan da­nış­maq üçün əsas ola bil­məz. Ən azı o adi mən­tiq­lə ki, da­hi­lə­rin, hət­ta ən adi bir in­sa­nın konk­ret si­tua­si­ya­da­kı hə­rə­kə­ti­nə qiy­mət ver­mək üçün hə­min anı ya­şa­maq, ən azı o anın bü­tün tə­fərrüa­tı­nı ən xır­da de­tal­la­ra qə­dər və bü­tün as­pekt­lər­dən bil­mək la­zım­dır. Yal­nız bun­dan son­ra han­sı­sa bir nə­ti­cə­yə gəl­mək olar. Söh­bət da­hi­lər­dən ge­dən­də isə hər yol­dan ötə­nin on­lar haq­qın­da fi­kir söy­lə­mə­si­nə yol ver­mək ol­maz. Ən azı o adi sə­bəb­lə ki, da­hi­lər hər şey­dən ön­cə mil­li mə­nə­vi sər­vət­dir­lər və mil­li mə­nə­vi sər­vət ka­te­qo­ri­ya­sı­na şa­mil olu­nan bü­tün də­yər­lər ki­mi da­hi­lər də to­xu­nul­maz­dır, mü­qəd­dəs­dir. Və kim­sə­nin bu mü­qəd­dəs­li­yə xə­ləl gə­tir­mək haq­qı yox­dur. Am­ma yu­xa­rı­da qeyd et­di­yi­miz ki­mi, özü­nü da­hi sa­yan bir pa­ra di­le­tant be­lə bir rə­za­lə­ti özü­nə rə­va bi­lir. Bu di­le­tant­la­rın əs­lin­də kim ol­duq­la­rı­nı sa­də­cə, əya­ni mü­şa­hi­də­lə­rə əsa­sən bir­cə kəl­mə ilə də ifa­də et­mək müm­kün­dür. Am­ma “o­bı­va­tel” dü­şün­cə bu­nu bir qə­rəz ki­mi də­yər­lən­di­rə bi­lər. Odur ki, özü­nü da­hi­lə­rə di­van tut­ma­ğa tam sə­la­hiy­yət­li he­sab edən xəs­tə tə­xəy­yül­lü bu za­val­lı­la­rın ger­çək ma­hiy­yət­lə­ri­ni tam ay­dın­lı­ğı ilə gör­mək üçün ilk növ­bə­də on­la­rın di­van tut­duq­la­rı hə­qi­qi da­hi­lə­rin kim­li­yi­nə və mil­lət, bə­şə­riy­yət, elə­cə də ta­rix qar­şı­sın­da­kı xid­mət­lə­ri­nə diq­qət ye­tir­mək la­zım gə­lir. Zən­ni­miz­cə, “di­van tut­ma aşiq­lə­ri”­nin cı­lız­lı­ğı bu kon­tekst­də, ger­çək da­hi­lə­rin ger­çək ta­ri­xi xid­mət­lə­ri fo­nun­da da­ha ay­dın gö­rü­nə­cək. Be­lə­lik­lə, di­le­tant­lar kim­lə­rə di­van tut­maq is­tə­yir­lər və han­sı əsas­lar­la?

Salman Vilayətoğlu

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: