Qa­pı­la­rı­nı qa­dın­la­rın üzü­nə açan ilk elm mə­bə­di – III Hissə (Son)

… Lyu­çi­ya Qa­leatt­si. XVIII əs­rin or­ta­la­rın­da Bo­lo­ni­ya Uni­ver­si­te­ti­nin ən is­te­dad­lı tə­lə­bə­lə­ri sı­ra­sın­da pro­fes­sor Qa­leatt­si­nin qı­zı Lyu­çi­ya­nın adı hə­mi­şə bi­rin­ci olub. Bu­nun­la be­lə, müa­si­ri olan di­gər qa­dın tə­lə­bə­lər­dən fərq­li ola­raq Lyu­çi­ya­nın adı alim­lər sı­ra­sın­da heç vaxt çə­kil­mə­yib. Ata­sı­nın və əri Lui­ci Qal­va­ni­nin Bo­lo­ni­ya Uni­ver­si­te­tin­də­ki, elə­cə də ümu­mən cə­miy­yət­də­ki nü­fuz­la­rı mü­qa­bi­lin­də bu bir qə­dər pa­ro­dok­sal gö­rün­sə də, Lyu­çi­ya­nın elm ul­duz­la­rı sı­ra­sın­da par­la­ma­ma­sı­nın əsl sə­bə­bi də elə əri ilə bağ­lı­dır. Mə­sə­lə bun­da­dır ki, Lyu­çi­ya öz se­vim­li müəl­li­mi, ana­to­mi­ya ka­fed­ra­sı­nın mü­di­ri, aku­şer­lik el­mi­nin ba­ni­si Qal­va­ni ilə ev­lən­dik­dən son­ra hə­ya­tı­nı bü­tün­lük­lə ai­lə­si­nə həsr et­mə­yə, da­hi alim ki­mi də­yər­lən­dir­di­yi əri­nə hər­tə­rəf­li yar­dım­çı ol­ma­ğa qə­rar ver­miş­di. Onun fik­rin­cə, Qal­va­ni el­mə da­ha çox xe­yir ve­rə bi­lər­di və bu sə­bəb­dən də özü müs­tə­qil şə­kil­də elm­lə məş­ğul ol­maq­dan kö­nül­lü şə­kil­də im­ti­na edə­rək, əri­ni məi­şət qay­ğı­la­rın­dan mak­si­mum azad et­mə­yə, onun el­mi ax­ta­rış­la­rı­nı ra­hat­lıq­la da­vam et­dir­mə­si üçün mak­si­mum şə­rait ya­rat­ma­ğa ça­lı­şır­dı. Bu, sö­zün müt­ləq an­la­mın­da bir in­sa­ni fə­da­kar­lıq idi, sev­gi yo­lun­da özü­nü qur­ban ver­mək idi. Bu­nun­la be­lə, müa­sir­lə­ri­nin şa­hid­li­yi­nə gö­rə, ai­lə qay­ğı­la­rın­dan ba­şı açı­lan ki­mi, Lyu­çi­ya on­suz da az olan asu­də vax­tı­nı da bü­tün­lük­lə əri­nə həsr edir, onun el­mi eks­pe­ri­ment­lər­də ona as­sis­tent­lik edir­di. Hət­ta bə­zi mən­bə­lər­də bil­di­ri­lir ki, “ə­zə­lə­lər­də­ki elekt­rik yü­kü”­nü məhz Lyu­çi­ya kəşf edib, am­ma əri­nə də­rin hör­mət na­mi­nə Qal­va­ni­nin adı­na yaz­dı­rıb. Müa­sir elekt­ro­fi­zio­lo­gi­ya­nın ba­ni­si sa­yı­lan Er­nest Byü­bua Rey­mo­nun əsər­lə­rin­dən bi­rin­də də bu mə­sə­lə­yə to­xu­nu­la­raq, Lyu­çi­ya­nın şə­rə­fi­nə ya­zıl­mış bir so­na­ta­dan nü­mu­nə gə­ti­ri­lir. O so­na­ta­da açıq mətn­lə de­yi­lir ki, “U­lu Ya­ra­dan ən bö­yük sir­lə­rin­dən bi­ri­ni, ölü qur­ba­ğa­nın tim­sa­lın­da məhz sə­nə açıb, in­cə qəlb­li mü­ha­zi­rə­çi xa­nım”. Bə­dii ədə­biy­yat­da yer al­mış bu ver­si­ya­nı rəs­mən təs­diq­lə­yə­cək heç bir sü­but ol­ma­sa da, Lyu­çi­ya­nın Qal­va­ni­nin üç as­sis­ten­tin­dən bi­ri ol­du­ğu və onun ölü­mü­nün Qal­va­ni­ni çı­xıl­maz dep­res­si­ya­ya sal­dı­ğı ta­ri­xi sə­nəd­lər­də ək­si­ni tap­mış real­lıq­dır. Bə­li, o, Lau­ra Bas­si­dən də, müa­si­ri ol­muş di­gər dörd aka­de­mik­dən də çox şöh­rət­lə­nə bi­lər­di. Hər hal­da di­gər­lə­rin­dən fərq­li ola­raq, Lyu­çi­ya­ya hər­tə­rəf­li kö­mək edə bi­lə­cək pro­fes­sor ata­sı qa­baq­day­dı. Am­ma Lyu­çi­ya Ulu Tan­rı­nın qa­dın­lı­ğın ali mə­ziy­yə­ti ki­mi təs­nif­lə­di­yi səa­də­ti­-a­na­lıq şə­rə­fi­ni, ila­hi sev­gi­ni və onun ən üm­də də­yə­ri olan ai­lə mü­qəd­dəs­li­yi­ni da­ha üs­tün tut­du.

­Gen­der bə­ra­bər­li­yi bu gün də ən çox mü­za­ki­rə olu­nan möv­zu­lar­dan­dır. Bu ba­rə­də da­nı­şan­da Lyu­çi­ya Qal­va­ni­nin nü­ma­yiş et­dir­di­yi fə­da­kar­lıq nü­mu­nə­si­nə da­ha çox diq­qət ye­tir­mək heç də pis ol­maz­dı…

 Odər Fa­teh

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: