Qa­pı­la­rı­nı qa­dın­la­rın üzü­nə açan ilk elm mə­bə­di – II Hissə

­Do­ro­te­ya Buk­ki­nin əsa­sı­nı qoy­du­ğu yo­lun ikin­ci ən məş­hur yol­çu­su Lau­ra Bas­si ol­du. 1711-­ci il­də ana­dan olan bu xa­nı­mın el­mə hə­və­si­ni Bo­lo­ni­ya Uni­ver­si­te­tin­də mü­ha­zi­rə­çi olan xa­la­sı qı­zı, həm də ada­şı Lau­ra yön­lən­dir­miş­di. Bas­si el­min çə­tin yol­la­rı ilə mi­sil­siz sü­rət­lə irə­li­lə­yə­rək, 1752-­ci il­də ar­tıq aka­de­mik ti­tu­lu və uni­ver­si­te­tin “Fəl­sə­fə-­fi­zi­ka” ka­fed­ra­sı­na rəh­bər­lik hü­qu­qu qa­zan­ma­ğa mü­vəf­fəq ol­muş­du. Öm­rü­nün so­nu­na, 1787-­ci ilə qə­dər bu və­zi­fə­də ça­lı­şan Lau­ra Bas­si ital­yan qa­dın­la­rı­nın hə­ya­tın­da sö­zün hə­qi­qi mə­na­sın­da dö­nüş ya­rat­dı; qa­dın­la­rın təh­sil hü­qu­qu­nun bü­tün cə­miy­yət tə­rə­fin­dən bir­mə­na­lı şə­kil­də ta­nın­ma­sın­da onun xid­mət­lə­ri da­nıl­maz­dır. Onun ka­fed­ra mü­di­ri ol­du­ğu 25 il ər­zin­də Bo­lo­ni­ya Uni­ver­si­te­ti­nin qa­dın mə­zun­la­rı­nın və müəl­lim­lə­ri­nin sa­yı fan­tas­tik sü­rət­lə ar­tır­dı. Lau­ra­nın bu xid­mə­ti­ni həm­yer­li­lə­ri də la­yi­qin­cə də­yər­lən­dir­di­lər. Bas­si­nin ölü­mün­dən son­ra qa­dın hə­rə­ka­tı fəal­la­rı­nın tə­şəb­bü­sü ilə İta­li­ya­nın hər ye­rin­də onun hey­kə­li üçün ia­nə­lər top­lan­dı və zə­ma­nə­si­nin ən ün­lü sə­nət­ka­rı sa­yı­lan Dio­ni­ni Lau­ra Bas­si­nin hey­kə­li­ni qı­sa müd­dət­də ha­zır­la­dı. İn­di hə­min hey­kəl Bo­lo­ni­ya Uni­ver­si­te­ti­nin ki­tab­xa­na­sı­na və mu­ze­yi­nə qal­xan pil­lə­lə­rin zir­və­si­ni bə­zə­yir.

Lau­ra Bas­si sö­zün hə­qi­qi mə­na­sın­da bu şə­rə­fə la­yiq bir in­san idi. Çün­ki Bo­lo­ni­ya Uni­ver­si­te­ti­nin “Lau­ra Bas­si epo­xa­sı” hə­qi­qə­tən də şə­rəf­li bir dövr­dür. Ən azı ona gö­rə ki, hə­min dövr­də onun özün­dən baş­qa da­ha dörd qa­dın aka­de­mik ti­tu­lu qa­zan­ma­ğa mü­vəf­fəq ol­muş­du. Bu sı­ra­da fi­zik-­fi­lo­sof Kris­ti­na Ro­kat­ti­nin adı elm hə­vəs­kar­la­rı­na da­ha çox ta­nış ol­sa da, Ma­ri­ya dal­le Don­na­nın tə­ba­bət el­mi qar­şı­sın­da­kı xid­mət­lə­ri da­nıl­maz­dır. Cə­sa­rət­li el­mi hi­po­tez­lə­ri və ağ­la­sığ­maz risk­li eks­pe­ri­ment­lə­ri ilə məş­hur­la­şan Ma­ri­ya tək­cə ağ­lı ilə el­mi dai­rə­lə­rin yox, ey­ni za­man­da gö­zəl­li­yi və zə­rif­li­yi ilə zə­ma­nə­si­nin ün­lü si­ya­sət­çi­lə­ri­nin, döv­lət xa­di­lə­ri­nin də diq­qə­ti­ni çək­miş­di. Na­po­leon I Bo­na­part onun dər­din­dən də­li ol­sa da, Ma­ri­ya­nın məğ­rur ba­şı dün­ya­ya mey­dan oxu­yan bu zəhm­li sər­kər­də­nin önün­də heç za­man əyil­mə­di.

“Lau­ra Bas­si epo­xa­sı”­nın ün­lü ye­tir­mə­lə­rin­dən bi­ri də Gae­te­na Aq­ne­zi idi ki, bu xa­nım da ana­li­tik hən­də­sə­nin ən mü­kəm­məl bi­li­ci­lə­rin­dən bi­ri ki­mi təs­nif­lə­nir­di və uzun za­man ey­ni ad­lı ka­fed­ra­ya rəh­bər­lik et­miş­di. Pro­fes­sor Mo­ran­di­nin qı­zı An­na Mant­so­li­ni isə zə­ma­nə­si­nin ən ün­lü ano­tom­la­rın­dan bi­ri ki­mi məş­hur­laş­mış­dı və risk­li eks­pe­ri­ment­lər us­ta­sı, ey­ni za­man­da, qey­ri­-or­di­nar müa­li­cə me­tod­la­rı­nın tət­biq­çi­si ki­mi ta­nı­nır­dı. Bə­li, on­la­rın hər bi­ri-­hə­lə XVIII əsr­də aka­de­mik şə­rə­fi­nə la­yiq gö­rül­müş Lau­ra Bas­si, Kris­ti­na Ro­kat­ti, Ma­ri­ya dal­le Don­na, Gae­te­na Aq­ne­zi, An­na Mant­so­li­ni elm fə­dai­lə­ri ol­maq­la ya­na­şı, həm də qa­dın hü­quq­la­rı­nın qo­run­ma­sı yö­nün­də fə­də­kar­lıq nü­ma­yiş eti­dən alov­lu və­tən­pər­vər­lər idi­lər. On­la­rın müa­si­ri olan baş­qa bir alim də var ki, o da öz növ­bə­sin­də baş­qa bir yön­dən-­qa­dın sə­da­qə­ti­nin və ai­lə mü­ha­fi­zə­kar­lı­ğı­nın ali nü­mu­nə­si ki­mi dü­şüb ta­ri­xin yad­da­şı­na…

Ardı var…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: