“Sa­vad üçün yox, sa­vad­sız­lıq üçün pul xərc­lə­mək” ki­mi ana­loq­suz mə­rə­zin ümu­mil­li bə­la­ya çev­ril­mə­si­ni kim­lər sti­mul­laş­dı­rır?

­

Ö­tən söh­bə­ti­miz­də Təh­sil Na­zir­li­yi­nin konk­ret iş­lə yox, fay­da­lı­lıq əm­sa­lı mi­ni­mum, bir qrup ada­mın əla­və gə­lir əl­də et­mə­si ba­xı­mın­dan ef­fek­tiv­li­yi mak­si­mum olan gə­rək­siz eks­pe­ri­ment­lər­lə məş­ğul ol­ma­sın­dan da­nı­şa­raq be­lə bir qə­naə­tə gəl­miş­dik ki, cə­miy­yət bü­tün ya­ra­dı­cı tə­fək­kü­rü­nü sə­fər­bər edə­rək təh­sil sis­te­mi­ni “ba­zar dü­şün­cə­si­nin əsa­rə­ti”n­dən çı­xar­ma­lı­dır: mək­təb­lə­ri fun­da­men­tal-­sis­tem­li bi­lik müəs­si­sə­si­nə; uni­ver­si­tet­lə­ri “məh­dud dü­şün­cə­li sax­ta zi­ya­lı se­xi” imi­cin­dən qur­ta­ra­raq, hu­ma­nist ya­ra­dı­cı tə­fək­kür­lü şəx­siy­yət tər­bi­yə edən mü­qəd­dəs oca­ğa çe­vir­mə­li­dir. Bir söz­lə, hər şey: təd­ris proq­ram­la­rı da, dərs­lik­lər də, şa­gird-müəl­lim, müəl­lim-­va­li­deyn mü­na­si­bət­lə­ri də kö­kün­dən də­yiş­mə­li­dir. Mü­na­si­bət­lə­rin də­yiş­mə­si üçün­sə ilk növ­bə­də təh­si­lin ma­hiy­yə­ti­nə dair dü­şün­cə­lər ye­ni­ləş­mə­li­dir. Hər kəs dərk et­mə­li­dir ki, təh­sil ali mək­tə­bə da­xil ola­raq əs­gər­lik­dən ya­yın­maq für­sə­ti əl­də et­mək, dip­lom alıb rüş­vət im­kan­la­rı olan və­zi­fə tut­maq, sax­ta zi­ya­lı imi­ta­si­ya­sı ilə si­ya­si dəl­lal­lıq et­mək, mə­su­liy­yət­dən ya­yın­maq və sair bu qə­bil na­qis­lik­lər üçün tramp­lin yox, in­san ol­maq, şəx­siy­yət ki­mi ka­mil­ləş­mək, bə­şə­ri tə­rəq­qi­yə xid­mət et­mək üçün va­si­tə­dir. Am­ma nə ya­zıq ki, çağ­daş Azər­bay­can cə­miy­yə­ti­nin müt­ləq ək­sə­riy­yə­ti təh­si­lə məhz na­qis əməl­lər­dən fay­da­lan­maq şan­sı ki­mi ba­xır və be­lə bir mü­hi­tin for­ma­laş­ma­sı­nın baş­lı­ca sə­bəb­ka­rı məhz təh­si­lin “baş­bi­lən­lə­ri”­dir. Məhz on­la­rın “cid­di səy­lə­ri” sa­yə­sin­də çağ­daş Azər­bay­can gən­ci hər­tə­rəf­li bi­lik al­maq şan­sın­dan məh­rum ola­raq, yal­nız bir pro­fil üz­rə ha­zır­la­şıb han­sı­sa ali mək­tə­bə da­xil ol­maq və nə­ti­cə­də ya­rım­çıq mü­tə­xəs­sis qis­mə­ti ilə ba­rış­maq məc­bu­riy­yə­tin­də qa­lır. Ən dəh­şət­li­si isə odur ki, hət­ta bu bir­tə­rəf­li ha­zır­lıq müs­tə­vi­sin­də də re­pe­ti­tor xid­mə­tin­dən is­ti­fa­də et­mə­dən ke­çin­mək, hər han­sı bir fən­ni müs­tə­qil şə­kil­də sis­tem­li öy­rən­mək müm­kün de­yil. Çün­ki dərs və­sait­lə­ri ha­zır­la­nar­kən nə uşaq­la­rın yaş sə­viy­yə­si, nə də qav­ra­ma im­kan­la­rı nə­zə­rə alı­nır. Bu da bir real­lıq­dır, acı nə­ti­cə­lə­ri is­tis­na olun­ma­yan acı bir real­lıq. Dərs­lik əs­lin­də heç bir əla­və kö­mək və amil ol­ma­dan qav­ra­nı­lan, konk­ret bi­lik­lə­rin mə­nim­sə­nil­mə­si­ni tə­min edən bir və­sait­dir. Da­ha doğ­ru­su, bu tə­ləb­lə­rə ca­vab ver­mə­li­dir. Am­ma təəs­süf ki, nəin­ki or­ta sta­tis­tik Azər­bay­can mək­təb­li­si, hət­ta dip­lom­lu “müəl­lim”­lə­rin bö­yük ək­sə­riy­yə­ti “hər il döv­lət büd­cə­si­nin 7-8 mil­yon ma­na­tı ba­ha­sı­na ba­şa gə­lən yük­sək sə­viy­yə­li dərs­lik­lər”­də­ki “mol­ta­nı cüm­lə­lə­ri”­ni qav­ra­maq­da aciz­dir. Bu “dərs­lik­lər”­də hər­dən elə “tə­rif”­lə­rə rast gə­li­nir ki, on­la­rın nə­yi eh­ti­va et­di­yi­ni kim­sə bir­mə­na­lı şə­kil­də izah edə bil­məz; tə­bii ki, o “dərs­li­yin müəl­li­fi”n­dən sa­va­yı. Ni­yə? Çün­ki o “dərs­lik­lər” kim­lər üçün­sə sa­də­cə “ya­şam va­si­tə­si”­dir. Be­lə ki, hə­min “dərs­lik”­lə­rin ha­zır­lan­ma­sı pro­se­si­nə nə ge­niş pe­da­qoq kon­tin­gen­ti, nə dil­çi­lər, nə də psi­xo­loq­lar cəlb edil­mir. “Dərs­lik”­lə­rin ha­zır­lan­ma­sı han­sı­sa “av­to­ri­tet ali­min ye­tir­mə­lə­rin­dən bi­ri”­nə hə­va­lə olu­nur və müt­ləq “şə­rik­li müəl­lif”­lə­rin bir ne­çə­si­nin im­za­sı ilə nəşr olu­nur. Tə­bii ki, ay­rıl­mış qo­no­ra­rın “av­to­ri­tet im­za” sa­hi­bi­nin xey­ri­nə 90:10 nis­bə­tin­də bö­lün­mə­si şər­ti ilə. Ən fa­ciə­vi mə­qam­sa odur ki, “şə­rik­li müəl­lif şə­rə­fi”­nə la­yiq gö­rül­müş o “ba­şıa­şa­ğı ye­tir­mə”­lə­rin bö­yük ək­sə­riy­yə­ti­nin, ümu­miy­yət­lə, pe­da­qo­ji sta­jı yox­dur. Ən yax­şı hal­da on­lar­dan kim­sə han­sı­sa ins­ti­tu­tun ştat­dan­kə­nar müəl­li­mi, ya da han­sı­sa el­mi-­təd­qi­qat müəs­si­sə­si­nin əmək­da­şı olur. Uşaq psi­xo­lo­gi­ya­sın­dan, müx­tə­lif yaş qrup­la­rı­nın qav­ra­ma im­kan­la­rın­dan bi­xə­bər olan bu qə­bil müəl­lif­lə­rin ha­zır­la­dıq­la­rı dərs­lik­lə­rin key­fiy­yə­tin­dən da­nış­maq ab­surd­dur. Çün­ki “ki­mə­sə qo­no­rar qa­zan­dır­maq və öz pa­yı­nı qo­par­maq üçün qə­lə­mə sa­rı­lan o müəl­lif­lə­rin” öz ürək­lə­ri­nin hə­ra­rə­ti­ni, pe­şə şə­rə­fin­dən qay­naq­la­nan ali duy­ğu­la­rın şərt­lən­dir­di­yi mü­qəd­dəs hiss­lə­ri dərs­lik­lə­rə hop­dur­ma­sı, ne­cə de­yər­lər “dərs­lik üs­tün­də can qoy­ma­sı” sa­də­cə müm­kün­süz­dür. Ən azı ona gö­rə ki, bu sa­yaq müəl­lif­lə­rin müt­ləq ək­sə­riy­yə­tin­də o hə­ra­rət sa­də­cə yox­dur.

­Bu mə­qam­da çox da uzaq ol­ma­yan keç­mi­şin dərs­lik müəl­lif­lə­rin­dən bi­ri­ni – Alek­sandr Va­sil­ye­viç PE­RIŞ­Kİ­Ni xa­tır­la­ma­maq gü­nah olar… Bu im­za bu gün yə­qin ki, çox­la­rı­na ta­nış de­yil. Am­ma za­man var­dı ki, onun ki­tab­la­rı mil­yon­la­rın pe­şə se­çi­min­də həl­le­di­ci rol oy­na­yır­dı. Mosk­va Pe­da­qo­ji İns­ti­tu­tu­nun pro­fes­so­ru olan bu də­yər­li ali­min ha­zır­la­dı­ğı “Fi­zi­ka” dərs­lik­lə­ri de­tek­tiv ki­mi oxu­naq­lı, na­ğıl ki­mi an­laq­lı, ey­ni za­man­da fəl­sə­fi trak­tat ki­mi mün­tə­zəm mü­ta­liə tə­ləb edən sə­nət nü­mu­nə­lə­ri idi. Və o dərs­lik­lər dün­ya­nın nə az, nə çox-­düz 12 öl­kə­sin­də qeyd-­şərt­siz qə­bul edil­miş­di. Elə bu gün də “Fi­zi­ka” fən­nin­dən is­tə­ni­lən bəh­si onun ki­tab­la­rın­dan oxu­yan şa­gird ey­ni bəh­si müa­sir Azər­bay­can dərs­lik­lə­rin­dən öy­rə­nən şa­gird­dən azı 100 də­fə sü­rət­li və fun­da­men­tal mə­nim­sə­yir. Çün­ki Pe­rış­kin alim­lik­dən ön­cə pe­şə­kar müəl­lim, yük­sək eru­di­si­ya­lı me­to­dist, ən əsa­sı, sö­zün müt­ləq an­la­mın­da zi­ya­lı idi. O, bir dərs­li­yi ha­zır­la­maq üçün ay­lar­la, il­lər­lə vaxt sərf edə­rək, pay­taxt­dan tut­muş ən uc­qar əya­lət mək­təb­lə­ri­nə qə­dər hər yer­də açıq dərs­lər ke­çi­rir; möv­zu­nun təq­dim me­to­do­lo­gi­ya­sı­nın hər han­sı si­nif sə­viy­yə­sin­də­ki kon­tin­gen­tin 90 fai­zi üçün qa­nee­di­ci ol­du­ğu­na əmin ol­ma­yın­ca ma­te­ria­lı tək­rar-­tək­rar iş­lə­mək­dən çə­kin­mir­di. Çün­ki o, gə­lə­cə­yə nə­sə ver­mək is­tə­yir­di. Çün­ki onun gə­lə­cə­yə ver­mə­yə nə­yi­sə var­dı. Və nə xoş ki, Pe­rış­kin qə­bil­dən olan MÜƏL­LİM­lər az de­yil­di… Məş­hur ri­ya­ziy­yat­çı A.­Mİ­NA­KOV hər il tə­zə qə­bul olu­nan tə­lə­bə­lər­lə ilk gö­rü­şün­də de­yir­di: “…­Siz, yə­qin ki, mən­dən ali ri­ya­ziy­ya­tın ali mə­ziy­yət­lə­ri ba­ra­də pa­fos­lu nitq göz­lə­yir­si­niz. Mən ilk növ­bə­də baş­qa bir mət­lə­bi ay­dın­laş­dır­maq is­tə­yi­rəm. İs­tə­yi­rəm Siz bi­lə­si­niz ki, mən nə üçün bu­ra­da­yam…

­Mən bu au­di­to­ri­ya­ya ona gö­rə gəl­mi­şəm ki, Si­zə ya­ra­dı­cı el­mi tə­fək­kü­rün üfüq­lə­ri­ni, mə­nə­vi gü­cü­nü, ca­zi­bə qüv­və­si­ni gös­tə­rim. Bu də­yər­lər ba­rə­də düz­gün tə­səv­vür­lə­ri olan hər kə­sin əsl İN­SAN, öz işi­ni vic­dan­la ye­ri­nə ye­ti­rən, öz mis­si­ya­sı­nı lə­ya­qət­lə hə­ya­ta ke­çi­rən İN­SAN ol­maq şan­sı var. Mən bu­ra gəl­mi­şəm ki, Si­zi məhz bu də­yər­lə­rin şərt­lən­dir­di­yi ma­raq və hə­yə­ca­nın ali fa­za­sı­na kök­lə­yəm; hər bi­ri­ni­zi ül­vi ide­ya­la­ra, vic­dan­lı əmə­yə, ya­ra­dı­cı dü­şün­cə­yə is­ti­qa­mət­lən­di­rəm…

­Mən gəl­mi­şəm, hər də­fə də on­dan öt­rü gə­lə­cə­yəm ki, Si­zi öz hə­ya­tı­mın qa­yə­si olan ri­ya­ziy­yat el­mi­nin ən ali mə­qam­la­rı­na qo­vuş­du­ram; bu elm­də öy­rə­nə bil­di­yim mü­qəd­dəs nə var­sa ha­mı­sı­nı Si­zə ve­rəm. Və tək el­mi ba­xım­dan yox, ümu­miy­yət­lə, bir in­san ki­mi özüm­də olan, mə­nim DA­Xİ­Lİ MƏ­Nİ­Mə də­yər gə­ti­rən mü­qəd­dəs nə­yim var­sa, ha­mı­sı­nı Si­zə ver­mək üçün çı­xı­ram gənc­li­yin qar­şı­sı­na. Ta­le­yin im­kan ver­di­yi qə­dər, hə­mi­şə də gə­lə­cə­yəm!” Qə­ri­bə səs­lə­nir de­yil­mi?!. Əs­lin­də isə nə Pe­rış­ki­nin, nə də Mi­na­ko­vun hə­ya­ta ba­xış­la­rın­da, fəa­liy­yət tərz­lə­rin­də, işə mü­na­si­bət­lə­rin­də qey­ri­-a­di heç nə yox­dur. Bu sa­də­cə və sa­də­cə MÜƏL­LİM MƏ­SU­LİY­YƏ­Tİ­nin şərt­lən­dir­di­yi, zə­ru­ri­ləş­dir­di­yi hal­lar­dır. Bun­ca adi hə­yat ger­çək­lə­ri­ni qey­ri­-a­di­lik təəs­sü­ra­tı ilə əha­tə­lə­yən bi­zim adət­ka­rı ol­du­ğu­muz real­lıq­lar­dır; bi­zi əha­tə­lə­yən mü­hit­də dərs­lik ya­zı­lı­şı­na, mü­ha­zi­rə oxu­nu­şu­na mü­na­si­bə­tin if­rat də­rə­cə­də mə­su­liy­yət­siz­lik həd­din­də ol­ma­sı və məhz bu mə­su­liy­yət­siz­li­yin ar­tıq hə­yat nor­ma­sı­na çev­ri­lə­rək adi­ləş­mə­si­dir. Am­ma bu, heç də o de­mək de­yil ki, çağ­daş Azər­bay­can cə­miy­yə­tin­də bu iş­lə­ri pe­şə­kar sə­viy­yə­də və mə­su­liy­yət­lə gö­rə bi­lə­cək şəxs­lər yox­dur. Əs­la! Bu qə­bil şəx­siy­yət­lər, hər bir Azər­bay­can co­cu­ğu­na öz doğ­ma öv­la­dı ki­mi bax­ma­ğı ba­ca­ran və hər bi­ri­nin la­yiq­li və­tən­daş, sö­zün müt­ləq an­la­mın­da in­san ol­ma­sı na­mi­nə hər cür məh­ru­miy­yə­tə ha­zır olan müəl­lim­lər ki­fa­yət qə­dər­dir. De­mə­li, mə­sə­lə la­yiq­li­lə­rin ol­ma­ma­sın­da yox, la­yiq­li­lər­dən is­ti­fa­də olun­ma­ma­sın­da­dır. La­yiq­li­lər­dən, lə­ya­qət­li­lər­dən is­ti­fa­də olun­mur ona gö­rə ki, vic­dan­lı alim, is­te­dad­lı pe­da­qoq, pe­şə­kar me­to­dist olan bu in­san­lar min bir əziy­yət­lə ər­sə­yə gə­ti­rə­cək­lə­ri və­sait­lər­də “kim­lə­rin­sə ad­la­rı­nın həmmüəl­lif ki­mi, həm də bi­rin­ci sı­ra­da ya­zıl­ma­sı­na” heç bir şərt da­xi­lin­də ra­zı ol­ma­ya­caq­lar. Çün­ki vic­dan­la­rı bu­na yol ver­mə­yə­cək. Çün­ki “mə­nə­vi tə­miz­lik­dən, əx­la­qi saf­lıq­dan, in­sa­ni ha­lal­lıq­dan bəhs edən dərs­lik­lər­”in elə be­şik­də­cə, hə­lə işıq üzü gör­mə­dən mur­dar­lan­ma­sı­na döz­mə­yə­cək­lər. Çün­ki zəh­mət­lə­ri mü­qa­bi­lin­də on­la­ra ça­ta­caq qo­no­ra­ra im­za atıb, 90 fai­zi­nin “şe­fə ça­ta­caq pay qis­min­də” xə­zi­nə­dar­lıq­da sax­lan­ma­sı­nı öz­lə­ri üçün təh­qir sa­ya­caq­lar. Çün­ki… Çün­ki… Son­suz­lu­ğa qə­dər sı­ra­la­na bi­lə­cək bu “ÇÜN­Kİ”­lər öm­rü­nü gə­lə­cək nə­sil yo­lun­da şam ki­mi ərit­mə­yə qa­dir və qa­bil olan əsl müəl­lim­lə­ri sı­xış­dı­rıb mey­dan­dan çı­xa­rır. Və bu gün təh­sil na­zi­ri­nin “ya­şı keç­miş qo­ca müəl­lim­lər” qis­min­də tə­qaü­də çı­xar­maq is­tə­di­yi kon­tin­gen­tin bö­yük ək­sə­riy­yə­ti­ni məhz o vic­dan­lı­lar təş­kil edir. Mey­dan­da qal­maq üçün “mey­dan sa­hib­lə­ri”­nin şərt­lə­ri­ni qə­bul et­mək la­zım­dır. Öm­rün­də bir­cə gün be­lə or­ta mək­təb­lər­də dərs de­mə­yən, bir tə­lə­bə­si be­lə özün­dən yük­sək sə­viy­yə­yə qalx­ma­yan, men­tal də­yər­lə­rə say­ğı­sı bir ya­na, hət­ta ya­şam tər­zi be­lə şüb­hə do­ğu­ran “mey­dan sa­hib­lə­ri”­nin şərt­lə­ri­ni qə­bul et­mək, tə­bii ki, əsl müəl­lim­lər üçün ölüm­dən be­tər­dir. Odur ki, əsl müəl­lim­lər acın­dan ölü­mü “təh­sil baş­bi­lən­lə­ri”­nin diq­tə­si­nə uy­ğun ki­tab­lar ya­za­raq ya­şam im­ka­nı qa­zan­maq­dan şə­rəf­li bir iş ki­mi də­yər­lən­di­rir­lər… Bü­tün bun­lar nə qə­dər acı ol­sa da, tək­zi­bi­müm­kün­süz real­lıq­lar­dır. Bu­nun­la be­lə, Azər­bay­can mək­təb­lə­ri­nin ger­çək ya­şan­tı­la­rı­nı tam mə­na­da əks et­di­rən bu anor­mal­lıq­lar, tə­bii ki, ümu­mən mək­təb an­la­yı­şı­nın tu­tu­mu­na, onun eh­ti­va et­di­yi mü­qəd­dəs də­yər­lə­rə əs­la xə­ləl gə­ti­rə bil­məz. Bə­li, çağ­daş Azər­bay­can cə­miy­yə­ti­nin ya­şa­dı­ğı real­lı­ğın na­qis­lik­lə­ri­nə rəğ­mən MƏK­TƏB sö­zün hər­fi və müt­ləq an­la­mın­da elə bir mü­qəd­dəs ocaq­dır ki, bu ocaq­da İN­SAN nü­mu­nə və ör­nək­lə­rin tə­si­ri al­tın­da mün­tə­zəm su­rət­də ye­ni ça­lar­lar kəsb edir, püx­tə­lə­şir, mo­dern­lə­şir: mə­zəm­mət və tən­be­hə sə­bəb olo bi­lə­cək hə­rə­kət­lər­dən çə­ki­nir, təq­di­rə­la­yiq əməl­lə­ri tək­rar­la­ma­ğa ça­lı­şır… Və ya­xud TAM ƏK­Sİ­NƏ! Nə ya­zıq­lar ki, “tam ək­si­nə” qri­fi ilə şif­rə­lən­mə­yə la­yiq əməl­lə­rin xü­su­si çə­ki­si gün­bə­gün hən­də­si sil­si­lə ilə ar­tır… “Xa­di­mə pu­lu”, “tə­mir pu­lu”, “fond pu­lu” ödə­mək im­ka­nı ol­ma­yan şa­gird­lə­rin si­nif rəh­bər­lə­ri tə­rə­fin­dən təh­qi­ri, gö­züm­çıx­dı­ya sa­lın­ma­sı bü­tün im­kan­lı şa­gird­lə­ri o za­val­lı­la­ra qar­şı ey­ni mü­na­si­bət sər­gi­lə­mə­yə təh­rik edir. IX-­XI si­nif­lər­də re­pe­ti­tor xid­mə­tin­dən ya­rar­lan­maq məq­sə­di­lə dər­sə gəl­mə­mək üçün di­rek­tor­la­ra haqq ödə­yən şa­gird­lə­rin on­la­ra rüb­lük qiy­mət yaz­maq is­tə­mə­yən müəl­lim­lə­ri təh­qir et­mə­si hə­yat nor­ma­sı­na çev­ri­lir. Be­lə­cə, hə­lə or­ta mək­təb par­ta­la­rı ar­xa­sın­da­ca uşaq­la­rın sin­fi tə­bə­qə­ləş­mə­si ge­dir, bir-­bi­ri­nə qar­şı dö­züm­süz­lük mü­hi­ti for­ma­la­şır. Təh­sil Na­zir­li­yi isə bun­lar ba­rə­də dü­şün­mək fik­rin­dən çox uzaq­dır; onun qay­ğı­sı “tə­mir üçün və­sait böl­gü­sü” və ye­ni dərs­lik­lə­rin nəş­ri üz­rə pla­nı dol­dur­maq­dır. Am­ma o tə­mir­lər və nəşr­lər üz­rə ten­der­lə­rin qa­li­bi də nə­dən­sə hər il ey­ni qu­rum­lar olur; bax­ma­ya­raq ki, hər il də gör­dük­lə­ri iş­lər “key­fiy­yət­siz” qri­fi ilə işa­rə­lə­nir. Və nə­ti­cə­də “na­zir­lik­dən asan və yax­şı və­zi­fə” yox­dur fik­ri ümu­mən cə­miy­yə­tin şüu­ral­tı­sı­na ha­kim kə­si­lir. Bəl­kə sax­ta dip­lom, sax­ta alim­lik də­rə­cə­si, qon­dar­ma pro­fes­sor ad­la­rı uğ­run­da küt­lə­vi yü­rü­şün əsas sə­bə­bi­ni də qey­ri-­pe­şə­kar na­zir­lə­rin nü­mu­nə­sin­də ax­ta­raq?! Hər gün müəl­lim­lə­rə “fond pu­lu”, “tə­mir pu­lu” da­şı­yan, bay­ram­lar­da, müəl­li­min ad gü­nün­də mək­tə­bə hə­diy­yə­siz ge­də­cə­yi təq­dir­də təh­qir olu­nan uşaq onun gö­zü­nün içi­nə ba­xa-­ba­xa “mək­təb­lər­də pul yı­ğıl­ma­sı ba­rə­də söz-­söh­bət­lər ağ ya­lan­dır” de­yən­dən han­sı mü­qəd­dəs key­fiy­yət­lə­ri əxz edə bi­lər axı?!. Hər hal­da bu ba­rə­də dü­şün­mə­yə də­yər…

­

O­dər FATEH

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: