“Öz gö­zün­də­ki ti­ri gör­mə­mək” xis­lə­tin­dən “öz­gə bos­ta­nı­na daş at­maq” vər­di­şi­nə qə­dər cı­lız­laş­ma

­

Ö­tən söh­bə­ti­miz­də Təh­sil Na­zir­li­yi, xü­su­sən bu qu­ru­mun rəh­bə­ri­nin öz sə­la­hiy­yət­lə­ri­nə da­xil olan bü­tün mə­sə­lə­lə­rin, o cüm­lə­dən ali mək­təb tə­lə­bə­lə­ri­nin təh­si­lə az ma­raq gös­tər­mə­si­nin, hət­ta mə­zun­la­rın key­fiy­yət əm­sa­lı­nın aşa­ğı ol­ma­sı­nın gü­na­hı­nı Tə­lə­bə Qə­bu­lu üz­rə Döv­lət Ko­mis­si­ya­sı­nın üzə­ri­nə at­maq­da ma­raq­lı ol­du­ğu­nu qeyd et­miş­dik. Bəs əsl hə­qi­qət ne­cə­dir: doğ­ru­dan­mı Təh­sil Na­zir­li­yi­nin heç bir təq­si­ri yox­dur? Təh­sil Na­zir­li­yi­nin özü­nü­sı­ğor­ta ma­hiy­yət­li can­fə­şan­lı­ğı nə qə­dər in­ten­siv ol­sa da, sə­mi­miy­yət­dən bir o qə­dər uzaq­dır. Çün­ki bu yön­lü təb­li­ğat əs­lin­də bir sı­ra in­cə­lik­lə­rin diq­qət­dən ya­yın­dı­rıl­ma­sı­na he­sab­la­nıb. Kim­sə­yə sirr de­yil ki, so­sia­list iq­ti­sa­diy­ya­tı plan­lı iq­ti­sa­diy­yat idi. SS­Rİ ümu­mi­lik­də im­pe­ri­ya ol­du­ğu və qey­ri-s­lav­yan mil­lət­lə­rin in­tel­lektual eli­ta­sı­nın rus­laş­dı­rıl­ma­sı bu im­pe­ri­ya­nın ümu­mi da­xi­li si­ya­sə­tin­də prio­ri­tet is­ti­qa­mət­lər­dən bi­ri ol­du­ğu üçün bir sı­ra ali mək­təb­lə­rin əya­lət­lər­də, o cüm­lə­dən Ba­kı­da və ümu­mən Azər­bay­can­da yer­ləş­di­ril­mə­si prin­sip­cə Azər­bay­ca­nın ma­raq­la­rı­na xid­mət et­mir­di, sa­də­cə, rus-­so­vet si­ya­sə­ti­nin real­laş­ma­sı üçün əla­və amil ro­lu oy­na­yır­dı. Tə­bii ki, o ali mək­təb­lər­də Azər­bay­can üçün la­zım olan kadr­lar­dan da­ha çox nə­həng so­vet ağır sə­na­ye­si üçün mü­tə­xəs­sis­lər ha­zır­la­nır­dı: ali mək­təb­lər­də möv­cud olan ix­ti­sas­la­rın 70 fai­zə qə­də­ri Azər­bay­ca­nın pers­pek­tiv­lə­ri­nə yox, Bö­yük Ru­si­ya­nın uc­qar re­gion­la­rı­nın pers­pek­ti­vi­nə he­sab­lan­mış­dı. O ix­ti­sas­lar üz­rə mü­tə­xəs­sis ki­mi ye­tiş­miş in­tel­lektual Azər­bay­can gənc­li­yi də məhz Ru­si­ya uc­qar­la­rın­da iş­lə tə­min edi­lir, on­la­rın da müt­ləq ək­sə­riy­yə­ti tə­qaü­də məhz ilk də­fə “gənc mü­tə­xəs­sis” ki­mi ayaq bas­dıq­la­rı o uc­qar qə­sə­bə­lə­rin “u­şaq­la­rı rus olan fəx­ri və­tən­daş­la­rı” ki­mi yol­la­nır­dı­lar.

Ar­tıq 15 il­dir ki, nə­həng SS­Rİ im­pe­ri­ya­sı da yox­dur, onun plan­lı iq­ti­sa­diy­ya­tı da, qüd­rət­li ağır sə­na­ye­si də. Ru­si­ya iq­ti­sa­diy­ya­tı­na isə öz mü­tə­xəs­sis­lə­ri ki­fa­yət edir. Azər­bay­can Təh­sil Na­zir­li­yi isə o ix­ti­sas­lar üz­rə təh­si­li hə­lə də da­vam et­di­rir. “P­res­tij” ix­ti­sas­la­rın dip­lom­la­rın­dan əli­ni üz­müş küt­lə bu ix­ti­sas­la­rın dip­lom­la­rı ilə təc­hiz olu­nur. Məq­səd nə­dir? Dip­lom­la­rın kə­miy­yət çox­lu­ğu Azər­bay­ca­nı in­tel­lektual ya­rış­da li­der öl­kə­yə­mi çe­vi­rə­cək? Əs­la! Bə­ri baş­dan “san­dıq­da çü­rü­mə­yə məh­kum olan dip­lom­lar” cə­miy­yə­tin müəy­yən tə­bə­qə­si üçün uşa­ğı­nı hər­bi xid­mət­dən ya­yın­dır­maq va­si­tə­si­dir. Bu iner­tiv təh­si­lə rə­vac ve­rən­lər üçün­sə bu “dip­lom”­lar gə­lir mən­bə­yi­dir. İx­ti­sas­lar­la bağ­lı da­ha bir mə­qam. Bu gün, tə­yi­na­tın­dan ası­lı ol­ma­ya­raq, Azər­bay­ca­nın az qa­la bü­tün uni­ver­si­tet­lə­rin­də “göm­rük fa­kul­tə­si”, “hü­quq” və “bey­nəl­xalq iq­ti­sa­di əla­qə­lər” ix­ti­sas­la­rı, “me­nec­ment” və “tibb” qrup­la­rı var. Bu nə de­mək­dir? Yə­ni doğ­ru­dan­mı Kənd Tə­sər­rü­fa­tı Aka­de­mi­ya­sın­da, ya­xud Gən­cə Tex­no­lo­gi­ya İns­ti­tu­tun­da göm­rük işi­nin nə­zə­ri əsas­la­rı­nı ye­tə­rin­cə mə­nim­sə­miş alim-­pe­do­qoq­lar var? Ya­xud Xə­zər Uni­ver­si­te­ti, Bey­nəl­xalq Uni­ver­si­tet “hə­kim on­ko­loq­lar”, “cər­rah kardio­loq­lar” ha­zır­la­maq qə­dər mü­kəm­məl mad­di-­tex­ni­ki ba­za­ya ma­lik­dir? Yə­ni doğ­ru­dan­mı Azər­bay­can­da “Bey­nəl­xalq hü­qu­qu”, “Bey­nəl­xalq iq­ti­sa­di əla­qə­lə­ri” təd­ris et­mə­yə qa­dir olan pe­şə­kar pe­da­qoq­la­rın sa­yı hər uni­ver­si­tet­də bir ka­fed­ra təş­kil et­mə­yə im­kan ve­rir? Kənd Tə­sər­rü­fa­tı Aka­de­mi­ya­sı­nın bay­tar, aq­ro­nom, zoo­tex­nik mə­zun­la­rı­nın, Tibb Uni­ver­si­te­ti­nin ge­niş tex­ni­ki im­kan­la­rı mü­qa­bi­lin­də 7 il­də ha­zır­lan­mış hə­kim­lə­rin, Döv­lət Uni­ver­si­te­ti­nin hü­quq fa­kul­tə­si­nin 70 il­lik ənə­nə­lə­ri mü­qa­bi­lin­də ha­zır­kı hü­quq­şü­nas­la­rın sə­viy­yə­si­nə ba­xan­da yu­xa­rı­da səs­lən­miş sual­la­ra müs­bət ca­vab ver­mə­yin müm­kün­süz­lü­yü tam qa­ba­rıq­lı­ğı ilə çı­xır or­ta­ya. Sa­də­cə, növ­bə­ti “qa­zanc şə­bə­kə­si” ya­rat­maq xa­ti­ri­nə Təh­sil Na­zir­li­yi­nin “xe­yir-dua­sı” ilə təş­kil olun­muş bu fa­kul­tə­lər­də, ix­ti­sas qu­rup­la­rın­da dərs de­yən­lə­rin müt­ləq ək­sə­riy­yə­ti hət­ta təd­ris et­dik­lə­ri fən­lə­rin ma­hiy­yə­ti­ni ye­tə­rin­cə qav­ra­ma­ğa qa­bi­liy­yə­ti çat­ma­yan di­le­tant­lar­dır. On­la­rın “ye­tir­mə­lə­ri”­nin öz­lə­rin­dən də sə­viy­yə­siz ola­ca­ğı şək­siz­dir. Nə­ti­cə­də isə Azər­bay­can, hət­ta bir döv­lət ki­mi eh­ti­yac duy­du­ğu sa­hə­lər üz­rə be­lə, la­yiq­li kadr ala bil­mir, bü­tün sa­hə­lər ya­rım­çıq mü­tə­xəs­sis­lər­lə, prin­sip­cə ba­zar al­ver­çi­si psi­xo­lo­gi­ya­sın­dan yu­xa­rı qal­xa bil­mə­yən dip­lom­lu “zi­ya­lı­lar”­la yük­lə­nir. Bu isə o de­mək­dir ki, hə­qi­qi mə­na­da pe­şə­kar­la­rın, hə­qi­qi mə­na­da zi­ya­lı­la­rın öz la­yiq ol­duq­la­rı möv­qe­lə­ri tut­maq im­kan­la­rı gün­bə­gün çə­tin­lə­şir. Çün­ki pu­lun gü­cü­nə “p­res­tij ix­ti­sas”­la­rın dip­lom­la­rı­nı al­mış sa­vad­sız­lar elə pu­lun gü­cü­nə də bü­tün müm­kün post­la­rı iş­ğal edir­lər və tə­bii ki, pe­şə­kar­la­rın, hə­qi­qi mə­na­da zi­ya­lı­la­rın hə­min st­ruk­tur­lar­da hər han­sı bir möv­qe­yə yük­səl­mə­sin­də əs­la ma­raq­lı ol­mur­lar. Bu da tə­bii­dir: dü­şün­cə ha­kim möv­qe­də da­yan­ma­yan­da hər şey “CƏN­GƏL­LİK QA­NUN­LA­RI”­na ta­be olur. Bu anor­mal ten­den­si­ya­nın na­tu­ral nə­ti­cə­lə­ri­nin do­ğur­du­ğu fa­ciə­lə­ri isə Azər­bay­can cə­miy­yə­ti, Azər­bay­can döv­lə­ti ya­şa­ya­caq. Müt­ləq ya­şa­ya­caq!!! O­la bil­sin o fa­ciə­lər tam şid­də­ti ilə üzə çı­xan­da bu gün Azər­bay­can təh­sil sis­te­mi­ni bər­bad ha­la sa­lan­lar nəin­ki və­zi­fə­də, heç hə­yat­da be­lə ol­ma­sın­lar. Am­ma on­la­rın əməl­lə­ri­nin fa­ciə­vi nə­ti­cə­lə­ri­ni ya­şa­ma­ğa cə­miy­yət məh­kum­dur. Məhz bu sə­bəb­dən də cə­miy­yət öz gü­cü­nü məhz bu gün sə­fər­bər et­mə­li, tə­mə­li bu gün qo­yu­lan la­büd fa­ci­lə­rin qar­şı­sı­nın alın­ma­sı yö­nün­də cid­di ad­dım­lar at­ma­lı­dır. Əks təq­dir­də Azər­bay­ca­nı ya­xın pers­pek­tiv­də tək­cə mə­nə­vi aşın­ma yox, həm də iq­ti­sa­di böh­ran göz­lə­yir ki, bu­na da heç ki­min şüb­hə­si ol­ma­sın. Çün­ki “sa­vad­sız dip­lom­lu­lar” bir ya­na, hət­ta bir­tə­rəf­li pe­şə­kar­lar, yə­ni öz ix­ti­sa­sın­dan sa­va­yı heç nə­dən xə­bə­ri ol­ma­yan “zi­ya­lı­lar” da ümu­mən tə­rəq­qi üçün ən­gəl­dir. Hen­ri FORD az qa­la 100 il ön­cə bu prob­le­mə diq­qət çə­kə­rək de­yir­di ki, “rə­qib­lə­ri çök­dür­mə­yin ən asan, ən ef­fekt­li yo­lu on­la­ra dar­çər­çi­və­li, məh­dud dün­ya­gö­rüş­lü, ya­rım­çıq mü­tə­xəs­sis­lər sı­rı­maq­dır”. Bu qə­bil mü­tə­xəs­sis­lər ya­ra­dı­cı tə­fək­kür sa­hi­bi ol­ma­dıq­la­rı, heç bir pro­se­sə ya­ra­dı­cı ya­na­şa bil­mə­dik­lə­ri üçün pers­pek­tiv nə­ti­cə­lə­ri he­sab­la­maq iq­ti­da­rın­da ol­mur­lar. Bu isə ən mü­kəm­məl, ən müa­sir tex­no­lo­gi­ya­la­ra sa­hib olan müəs­si­sə­nin za­ma­nın tə­lə­bi ilə ayaq­la­şa bil­mə­mə­si, da­xil­dən çök­mə­si de­mək­dir. Ana­lo­ji təh­lü­kə bü­töv­lük­də cə­miy­yət­lə­ri, xalq­la­rı, döv­lət­lə­ri də təh­did edir. Tə­bii ki, söh­bət müəs­si­sə, şir­kət, hol­dinq sə­viy­yə­sin­dən çı­xa­raq bü­tün­lük­lə cə­miy­yə­tə, döv­lə­tə şa­mil olun­duq­da təh­lü­kə­nin miq­ya­sı da pro­porsio­nal şə­kil­də ar­tır. Ta­ri­xi təc­rü­bə də təs­diq­lə­yir ki, pe­şə­kar­lıq ba­xı­mın­dan qa­nee­di­ci ha­zır­lı­ğı olan, am­ma bir şəx­siy­yət ki­mi for­ma­laş­ma­yan adam­lar cə­miy­yət üçün ən təh­lü­kə­li ün­sür­lər­dir. Bu təh­lü­kə cə­miy­yət­lə­ri bir qay­da ola­raq in­qi­lab­lar­dan son­ra­kı dövr­lər­də tam cid­diy­yə­ti ilə təh­did edir. Mə­sə­lən, dün­ya­nın ilk və son so­sia­list im­pe­ri­ya­sı­nın, SS­Rİ-­nin ilk il­lə­rin­də bir çox sa­hə­lər üz­rə pe­şə­kar kadr­lar ha­zır­lan­dı, am­ma o pe­şə­kar mü­tə­xəs­sis­lə­rin heç bi­ri heç vaxt şəx­siy­yət bü­töv­lü­yü ilə fərq­lən­mə­di; heç bi­ri də “vic­dan ağ­rı­la­rın­dan bol­şe­vik prin­si­pial­lı­ğı sind­ro­mu ilə azad ol­maq is­tə­yən xə­bər­çi­lər, do­nos­çu­lar, çu­ğul­lar sü­rü­sü­nün nü­ma­yən­də­si ol­maq aqi­bə­tin­dən qur­ta­ra bil­mə­di”. Bə­li, “dip­lom al­maq” zi­ya­lı­lıq, “pe­şə­kar mü­tə­xəs­sis ol­maq” sa­vad­lı­lıq, hər han­sı bir sa­hə­də “yük­sək möv­qe tut­maq” şəx­siy­yət ki­mi ka­mil­ləş­mək de­yil. Bu, ol­duq­ca zid­diy­yət­li bir mə­qam və konk­ret an­la­yış­la­ra mü­na­si­bət­də xü­su­si ya­naş­ma tə­ləb edən bir prob­lem­dir ki, ya­ra­dı­cı tə­fək­kür sa­hib­lə­ri onu heç vaxt diq­qət­dən ya­yın­dır­ma­yıb­lar. Çün­ki “pe­şə təh­si­li alan, am­ma şəx­siy­yət ki­mi for­ma­laş­ma­yan in­san­”ın ümu­mən İN­SAN­LIQ üçün bəd­xas­sə­li şiş ol­ma­sı hə­qi­qə­ti aqil­lə­rin bir­mə­na­lı şə­kil­də qə­bul et­di­yi hə­qi­qət­lər sı­ra­sın­da­dır. Bu mə­qa­ma diq­qət ye­ti­rən N.­ÇER­NI­ŞEVS­Kİ 8 av­qust 1888-­ci il­də İ.­Ba­rı­şe­və yaz­dı­ğı mək­tub­da pe­şə ha­zır­lı­ğı­nı zi­ya­lı­lıq­la qa­rış­dır­ma­ğın zə­rər­li bir ten­den­si­ya ol­du­ğu­na işa­rə vu­ra­raq de­yir­di ki, “u­ni­ver­si­tet sa­vad yox, xü­su­si sa­hə­lər üz­rə bi­lik ve­rir… Siz sis­tem­siz oxu­mu­su­nuz; oxu­du­ğu­nu­zun ço­xu da lü­zum­suz və la­zım­sız ki­tab­lar­dır. Gə­rək­li olan­la­rın ək­sə­riy­yə­ti isə oxun­ma­mış qa­lıb”. Hə­qi­qə­tən də sis­tem­siz oxu­maq, yal­nız hər han­sı bir sa­hə­nin mü­tə­xəs­si­si ol­maq üçün ça­lış­maq və bu za­man şəx­siy­yət ki­mi for­ma­laş­ma­ğın qay­ğı­sı­na qal­ma­maq ya­ra­dı­cı tə­fək­kü­rü küt­ləş­di­rir. Nə­ti­cə­də in­san ət­raf mü­hit­lə mə­nə­vi və in­tel­lektual tə­mas­dan təc­rid ola­raq, K.­Mark­sın tə­bi­rin­cə, “pe­şə­kar­lıq kre­ti­niz­mi” mən­gə­nə­si­nə dü­şür, yə­ni in­di­vi­din ən qüd­rət­li si­la­hı olan AĞIL sərt stan­dart­lar çər­çi­və­sin­də her­me­tik izol­ya­si­ya­ya mə­ruz qa­la­raq, kə­sə­ri­ni iti­rir. Təəs­süf ki, Marks və Çer­nı­şevs­ki­nin 150 il ön­cə ba­şa düş­dü­yü hə­qi­qə­ti Azər­bay­ca­nın XXI əsr­də­ki ilk təh­sil na­zi­ri heç ya­xı­na da bu­rax­maq is­tə­mir. Onun fəa­liy­yə­ti kadr­la­rın sə­viy­yə­si­nin aşa­ğı ol­ma­sın­dan tut­muş mək­təb­lə­rin yu­xa­rı si­nif­lə­rin­də dərs pro­ses­lə­ri­nin ümu­miy­yət­lə, ara­dan çı­xa­rıl­ma­sı real­lı­ğı­na qə­dər hər şe­yin gü­na­hı­nı ai­diy­yə­ti ol­ma­yan qu­rum­la­rın üzə­ri­nə yük­lə­mə­yə yö­nə­lib. Bə­li, təh­sil na­zi­ri çox ra­hat vic­dan­la bə­yan edir ki, ali mək­təb mə­zun­la­rı­nın sə­viy­yə­si onu qa­ne et­mir, or­ta mək­təb mə­zun­la­rı­nın ins­ti­tut­la­ra yer­ləş­di­ril­mə­si düz­gün apa­rıl­mır, müəl­lim­lə­rin sə­viy­yə­si aşa­ğı­dır və sair və bu qə­bil­dən olan di­gər mə­sə­lə­lər. Bu eti­raf­dır­mı, yox­sa özü­nü­sı­ğor­ta cəh­di­mi? İlk növ­bə­də ağı­la gə­lən odur ki, na­zir eti­raf gö­rün­tü­sü ilə özü­nü­sı­ğor­ta ba­rə­də da­ha çox dü­şü­nür. Yə­ni ki, nə vaxt­sa konk­ret sual­la­ra ca­vab ver­mək məc­bu­riy­yə­tin­də qa­lan­da “mən vax­tın­da de­miş­dim” şə­kil­li bə­ha­nə ilə mə­su­liy­yət­dən ya­yın­maq üçün ayaq ye­ri sax­la­yır. Ona gö­rə də o sual­la­rın ca­va­bı bu gün tə­ləb olun­ma­lı­dır. Təh­sil na­zi­rin­dən so­ru­şul­ma­lı­dır ki, sə­viy­yə­si hət­ta onu qa­ne et­mə­yən mə­zun­lar han­sı əsas­la dip­lom­lar­la təc­hiz olu­nur­lar? XİN-­nin, Pro­ku­ror­lu­ğun, Əd­liy­yə Na­zir­li­yi­nin, Və­kil­lər Kol­le­gi­ya­sı­nın test üsu­lu ilə ke­çir­di­yi mü­sa­bi­qə­lə­rin cə­miy­yə­tə bəl­li nə­ti­cə­lə­rin­dən son­ra ix­ti­sa­sı üz­rə mi­ni­mum­la­rı be­lə ödə­yə bil­mə­yən “kadr­lar­”a dip­lom ver­miş “u­ni­ve–r­si­tet­lər” haq­qın­da na­zir gö­rə­sən, han­sı təd­bir­lər pla­nı hə­ya­ta ke­çir­di? At­tes­ta­tı beş­lər­lə do­lu olan, am­ma qə­bul­da 200 bal mi­ni­mu­mu­nu top­la­ya bil­mə­miş; ya­xud ək­si­nə, at­tes­ta­tın­da dər­man üçün bir­cə dör­dü be­lə ol­ma­dan ins­ti­tu­ta 600-­dən yu­xa­rı bal­la da­xil olan şa­gird­lə­rin oxu­duq­la­rı mək­təb­lə­rin di­rek­tor­la­rın­dan han­sı ilə cid­di söh­bət apa­rıl­dı ki, di­gər­lə­ri bun­dan nə­ti­cə çı­xar­ma­dı­lar? Ma­gist­ra­tu­ra­ya im­ta­han ve­rən hər yüz ba­ka­lavr­dan dox­san doq­qu­zu­nun mən­ti­qi­nin sı­fır ol­ma­sı real­lı­ğı gö­rə­sən, na­zi­rə öz fəa­liy­yə­ti ba­rə­də cid­di-­cid­di dü­şün­mə­yə əsas ver­mir­mi? Müəl­lim­lə­rin sa­yı­nın “nor­ma­tiv­dən çox ol­ma­sı­nı” bə­yan edən na­zir bu prob­le­mi “yaş­lı müəl­lim­lə­rin tə­qaü­də gön­də­ril­mə­si” yo­lu ilə həll edə­cə­yi­ni bə­yan edər­kən, gö­rə­sən, nə ba­rə­də dü­şü­nür­müş və nə­yi əsas tu­tur­muş? Bu prob­lem ni­yə prin­si­pial at­tes­ta­si­ya yo­lu ilə yox, yaş sen­zi ilə həll olun­ma­lıy­mış? Bəl­kə na­zir be­lə bir tək­lif­lə çı­xış edər­kən yaş­lı, təc­rü­bə­li müəl­lim­lə­rin öz ya­şa­yış­la­rı­nı on­suz da re­pe­ti­tor xid­mə­ti yo­lu tə­min et­dik­lə­ri­ni nə­zər­də tu­ta­raq, onun na­zir­li­yi döv­rün­də dip­lom al­mış küt­be­yin­lə­rin maaş­la tə­mi­na­tı­nı yax­şı­laş­dır­maq qay­ğı­sı­na qa­lır­mış? Ca­va­bı­nı göz­lə­yən bü­tün bu sual­lar fo­nun­da təh­sil na­zi­ri­nin hər il qə­bul ön­cə­si sə­ti­ral­tı cüm­lə­pər­daz­lıq­la TQDK-­nın bos­ta­nı­na daş at­ma­sı doğ­ru­dan da gü­lünc­dür. Və bu mə­qam­da na­zi­rin nə­zə­ri­nə çat­dır­maq la­zım gə­lir ki, YU­NES­KO-­nun rəs­mi açıq­la­ma­sın­da Azər­bay­can TQDK-­sı­nın işi pe­da­qo­ji möh­tə­kir­li­yə və təh­sil­də kor­rup­si­ya­ya qar­şı mü­ba­ri­zə ba­xı­mın­dan bü­tün dün­ya­ya nü­mu­nə ki­mi gös­tə­ri­lir. Baş­qa söz­lə, ic­ti­mai diq­qət hər şe­yə ob­yek­tiv qiy­mət ve­rir və hər han­sı na­zir, o cüm­lə­dən də təh­sil na­zi­ri baş­qa­sı­nın gö­zün­də tük ax­tar­maz­dan ön­cə öz gö­zün­də­ki tir­lə­ri gör­mə­li­dir. O tir­lər, ümu­mən təh­si­lin in­ki­şa­fı ba­xı­mın­dan ef­fek­tiv­li­yi mi­ni­mum, mə­ra­mı-­məq­sə­di müəm­ma­lı, eks­pe­ri­ment­lə­ri isə ki­fa­yət qə­dər­dir. Bu ba­rə­də növ­bə­ti söh­bə­ti­miz­də.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: