Çir­kab ba­taq­lı­ğın­da “ay­dan arı, su­dan du­ru” gö­rün­mək is­tə­yi

­

Ö­tən söh­bə­ti­miz­də çağ­daş Azər­bay­can döv­lət­çi­li­yi­nin ba­ni­si və şə­rik­siz qu­ru­cu­su Hey­dər Əli­ye­vin təh­si­lə, el­mə, zi­ya­lı­lı­ğa və zi­ya­lı­ya mü­na­si­bə­tin­dən söh­bət aç­mış, onun mü­na­si­bə­ti­nin mən­ti­qi da­va­mı ola­raq bu gün təh­sil sis­te­mi­nin ha­kim si­ya­si qüv­və­nin hər­tə­rəf­li qay­ğı­sı ilə əha­tə olun­du­ğu­nu söy­lə­miş­dik. Bəs bun­ca yük­sək qay­ğı mü­qa­bi­lin­də Azər­bay­can co­cu­ğu mək­təb­lər­də han­sı real­lıq­lar­la üz­-ü­zə­dir; ha­kim si­ya­si qüv­və­nin təh­sil­lə bağ­lı st­ra­te­ji plan­la­rı­nı real­laş­dır­ma­lı olan Təh­sil Na­zir­li­yi öz üzə­ri­nə dü­şən və­zi­fə­nin öh­də­sin­dən nə də­rə­cə­də pe­şə­kar­lıq­la gə­lir?

­Bu sua­la bu gün bir­mə­na­lı ca­vab ver­mək sa­də­cə, müm­kün de­yil. Bir­mə­na­lı qə­bul olu­nan ye­ga­nə müt­ləq hə­qi­qət odur ki, Təh­sil Na­zir­li­yi hər­tə­rəf­li dün­ya­gö­rü­şə ma­lik in­san, pe­şə­kar­lıq sə­viy­yə­si şüb­hə do­ğur­ma­yan mü­tə­xəs­sis, in­tel­lektual sə­viy­yə­si ilə se­çi­lən zi­ya­lı, ya­ra­dı­cı tə­fək­kü­rə ma­lik ka­mil şəx­siy­yət ha­zır­lı­ğı üçün zə­ru­ri olan tex­no­lo­ji pro­ses­lə­ri elə mü­kəm­məl sə­viy­yə­də qur­ma­lı, bu pro­ses­lə­rə nə­za­rə­ti hə­ya­ta ke­çir­mə­li olan kadr­la­rı elə seç­mə­li­dir ki, nə­ti­cə nəin­ki qa­nee­di­ci, hət­ta gə­lə­cə­yə tə­mi­nat ve­rə­cək qə­dər uğur­lu və fun­da­men­tal ol­sun. O da sirr de­yil ki, tə­lim-­təd­ris-­tər­bi­yə pro­se­sin­də uğu­ru şərt­lən­di­rən baş­lı­ca amil­lər­dən bi­ri KADR, konk­ret hal­da müəl­lim-­pe­da­qoq, tər­bi­yə­çi-p­si­xo­loq ami­li­dir. Nə ya­zıq ki…Çağ­daş Azər­bay­can mək­təb­lə­rin­də, sö­zün müt­ləq an­la­mın­da müəl­lim adı­na la­yiq olan­lar bir ya­na, ümu­mi­lik­də müəl­lim pe­şə­si­nin ma­hiy­yə­ti­nin nə­dən iba­rət ol­du­ğu­nu özü üçün müəy­yən­ləş­di­rə bi­lə­cək kadr­la­rın xü­su­si çə­ki­si heç 10 faiz həd­di­ni be­lə keç­mir. Bu, FAKT­dır. Sü­bu­tu­na ar­tıq eh­ti­yac ol­ma­yan, tək­zi­bi müm­kün­süz, acı bir fakt! Am­ma bu fakt heç bir hal­da ümu­mən müəl­lim­lə­rin hey­siy­ya­tı­nın aşa­ğı­lan­ma­sı ma­hiy­yə­ti kəsb et­mə­yə­rək, ümu­mi­lik­də təh­sil si­ya­sə­ti­ni real­laş­dır­ma­lı olan­la­rın ta­ri­xi mə­su­liy­yət­lə­ri­nə əla­və sü­but funk­si­ya­sı da­şı­yır. Bəs bun­ca ağ­rı­lı real­lı­ğı şərt­lən­di­rən sə­bəb­lər han­sı­lar­dır? Müəl­lim pe­şə­si­nin müt­ləq an­lam­da­kı ma­hiy­yə­tin­dən bi­xə­bər “müəl­lim”­lə­rin kə­miy­yət çox­lu­ğu nə­yin nə­ti­cə­si­dir? Bu real­lı­ğı şərt­lən­di­rən amil­lər, tə­bii ki, çox­dur və konk­ret za­man kə­sik­lə­rin­də konk­ret mə­kan­lar­da bir sı­ra pa­ra­metr­lə­rin də­yiş­kən­li­yi sə­bə­biy­lə bun­lar­dan han­sı bi­ri­nin­sə da­ha çox aktual­laş­ma­sı, ana­lo­ji ola­raq nə vaxt­sa aktual gö­rü­nən bir ami­lin baş­qa bir za­man­da, ya­xud mə­kan­da ar­xa pla­na keç­mə­si is­tis­na de­yil. Bu sı­ra­da “so­vet sis­te­min­də­ki məc­bu­ri plan­lı kadr ha­zır­lı­ğı” ami­lin­dən baş­la­ya­raq, “müəl­lim dip­lo­mu al­mış sa­vad­sız­lar­”ın fər­di xa­rak­ter­lə­ri­nə qə­dər yüz­lər­lə ami­lin adı­nı çək­mək müm­kün­dür. Am­ma bu amil­lə­rin say çox­lu­ğu ma­hiy­yət­cə heç nə de­mək de­yil. Çün­ki sə­bə­bi şərt­lən­di­rən amil­lə­rin sa­yı­nın ço­xal­dıl­ma­sı qəs­dən or­ta­ya atıl­mış xü­su­si bir fənd­dir. Elə bir fənd ki, diq­qə­tin mü­za­ki­rə olu­nan mə­sə­lə­nin ma­hiy­yə­tin­dən ya­yın­dı­rıl­ma­sı­na, konk­ret mə­sə­lə­də konk­ret gü­nah­kar­la­rın, ya­xud da ka­ta­li­za­tor ro­lu oy­na­yan yar­dım­çı qüv­və­lə­rin mə­su­liy­yət­dən kə­nar­da qal­ma­sı­na xid­mət edir. Ona gö­rə də əl­la­mə­çi­lik­dən, sub­yek­tiv mü­la­hi­zə­lər­dən qa­ça­raq bir­mə­na­lı şə­kil­də eti­raf et­mək la­zım­dır ki, XXI əs­rin bi­rin­ci onil­li­yin­də Azər­bay­can təh­sil sis­te­mi­nin bər­bad və­ziy­yə­tə düş­mə­si real­lı­ğı­nı şərt­lən­di­rən bi­rin­ci və ən aq­res­siv amil təh­sil si­ya­sə­ti­nin real­laş­dı­rıl­ma­sı ki­mi mə­su­liy­yət­li bir işi öz üzə­ri­nə gö­tür­müş mə­su­liy­yət­siz sə­la­hiy­yət sa­hib­lə­ri­dir. O şəxs­lər ki, mək­tə­bə tə­lim-­təd­ris-­tər­bi­yə pro­se­si­nin real­laş­dı­ğı, və­tən­pər­vər­lik hiss­lə­ri­nin, o cüm­lə­dən mil­li hey­siy­yat və mil­li qü­rur ki­mi ali duy­ğu­la­rın aşı­lan­dı­ğı mü­qəd­dəs mə­kan ki­mi yox; ümu­mən təh­sil sis­te­mi­nə, sö­zün müt­ləq mə­na­sın­da ba­zar şə­bə­kə­si, təh­sil ocaq­la­rı­na “tol­kuç­ka”, di­rek­tor, rek­tor və­zi­fə­lə­ri­nə “ba­zar­kom” sta­tu­su, müəl­li­mə sa­tı­cı, me­to­dis­tə dəl­lal, şa­gird­lə­rə ma­ya­sız qa­zanc gə­ti­rən itaət­kar qul, tə­lə­bə­lə­rə si­zif əmə­yi ye­ri­nə ye­ti­rən təh­kim­li, at­tes­ta­ta əs­ki­nas, dip­lo­ma is­tiq­raz və­rə­qi, döv­lət he­sa­bı­na xa­ri­ci təh­sil müəs­si­sə­lə­ri­nə gön­də­riş­lə­rə isə vek­sel ki­mi ba­xır­lar. Ümu­mən təh­sil sis­te­mi­nin bu­gün­kü bər­bad və­ziy­yə­ti­ni şərt­lən­di­rən di­gər bü­tün amil­lə­rin bir­lik­də­ki mə­su­liy­yət pa­yı Təh­sil Na­zir­li­yi­nin rəh­bər he­yət­lə­ri­nin ilk on­lu­ğu­na dü­şən adam­la­rın və bu yön­də qa­nun­ve­ri­ci­lik ba­za­sı­nı tək­mil­ləş­dir­mə­yə borc­lu olan mü­va­fiq ko­mis­si­ya­nın mə­su­liy­yə­ti ilə mü­qa­yi­sə­də 1:99 nis­bə­ti qə­dər anor­mal­dır. Baş­qa söz­lə, Azər­bay­can təh­sil sis­te­mi­nin XXI əs­rin bi­rin­ci onil­li­yin­də­ki və­ziy­yə­ti­nin bir­ba­şa ta­ri­xi və hü­qu­qi mə­su­liy­yə­ti Mil­li Məc­li­sin hu­ma­ni­tar mə­sə­lə­lər­lə bir­ba­şa məş­ğul olan qu­rum­la­rı­nın, ilk növ­bə­də isə təh­sil müs­tə­vi­sin­də ba­zar mü­na­si­bət­lə­ri­nin bər­qə­rar ol­ma­sı­na im­kan ver­miş təh­sil na­zi­ri­nin boy­nun­da­dır.

­Zə­ru­ri bir ha­şi­yə. Ola bi­lər ki, KİM­SƏ sırf psi­xo­lo­ji ins­tinkt və özü­nü­mü­da­fiə ref­lek­si ilə bü­tün bu de­yi­lən­lə­ri öz ün­va­nı­na səs­lən­miş qə­rəz­li it­ti­ham, təq­sir­siz­lik pre­zump­si­ya­sı­na mə­həl qo­yul­ma­dan hü­quq­la­rı­nın po­zul­ma­sı ki­mi də­yər­lən­dir­sin. Ola bi­lər! Tə­bii ki, hər kəs öz dü­şün­cə­sin­də tam sər­bəst­dir və hər kə­sin də qa­nun­la təs­bit olun­muş özü­nü­mü­da­fiə hü­qu­qu var. O da sirr de­yil ki, yu­xa­rı­da səs­lən­miş fi­kir­lər­də “təq­sir­siz­lik pre­zump­si­ya­sı”­na hə­qi­qə­tən də mə­həl qo­yul­ma­yıb. Am­ma bu, heç bir hal­da səs­lən­di­ri­lən fik­rin əsas­sız­lı­ğı­na də­la­lət et­mir, ic­ti­mai it­ti­ha­mın kə­sə­ri­ni azalt­mır. Çün­ki ana­lo­ji hal­lar­da mü­ba­hi­sə­lər hü­qu­qi yox, ic­ti­mai pre­sen­dent müs­tə­vi­sin­də çö­zü­lür. Yə­ni ana­lo­ji əməl­lər hü­qu­qi qiy­mə­tin­dən ön­cə ic­ti­mai qiy­mə­ti­ni alır. Da­ha də­qi­qi, hü­qu­qi qiy­mə­ti ic­ti­mai rəy müəy­yən­ləş­di­rir. Bu pre­sen­dent dün­ya­nın bü­tün ta­ri­xi ər­zin­də for­ma­la­şıb və dün­ya dur­duq­ca ya­şa­ya­ca­ğı­na da şüb­hə yox­dur. Bu­nun məhz be­lə ol­du­ğu­nu tam ay­dın­lı­ğı ilə dərk et­mək üçün bir nü­mu­nə­yə diq­qət ye­tir­mək ki­fa­yət­dir. Azər­bay­can və­tən­da­şı Ro­bert Kö­çər­ya­nın “təq­sir­siz­lik pre­zump­si­ya­sı”­nın əha­tə dai­rə­si­nə dü­şən hü­quq­la­rı bir ya­na, hət­ta Er­mə­nis­tan pre­zi­den­ti qis­min­də to­xu­nul­maz­lıq, şə­rəf və lə­ya­qə­ti­nin qo­run­ma­sı ki­mi ali sta­tus­la­rı var. Bu­nun­la be­lə, hər kəs, o cüm­lə­dən bir az ön­cə qeyd olun­muş irad­la­rı oxu­yar­kən öz­lə­ri­nin mü­da­fiə­si xa­ti­ri­nə hü­qu­qi an­la­yış­la­rı qal­xa­na çe­vir­mək is­tə­yi­nə dü­şən­lər, yə­ni təh­sil sis­te­mi­nə ba­zar tə­fək­kü­rü ilə ya­naş­dıq­la­rı­nı bi­lə-­bi­lə “təh­sil sis­te­mi­ni ba­za­ra çe­vir­dik­lə­ri­nin məh­kə­mə sü­bu­tu” ol­ma­dan hər han­sı it­ti­ha­mı sün­gü ilə qar­şı­la­yan­la­rın öz­lə­ri be­lə R.­Kö­çər­ya­na ci­na­yət­kar de­mək­dən çə­kin­mir­lər. Əs­lin­də, çə­kin­mə­lə­ri­nə eh­ti­yac be­lə yox­dur, çün­ki bu mə­sə­lə­də də hü­quq ic­ti­mai rə­yin ar­xa­sın­ca sü­rü­nür. Bə­li, “mək­tə­bin ba­za­ra çev­ril­mə­si ilə bağ­lı ci­na­yət” fak­tın­da da hü­quq qiy­mət ic­ti­mai rəy­dən bi­la­va­si­tə və bil­va­si­tə ası­lı və­ziy­yət­də­dir. Çün­ki təh­sil si­ya­sə­ti­ni ku­luar­la­rar­xa­sı mü­ba­ri­zə va­si­tə­si­nə çe­vi­rən­lər­dən fərq­li ola­raq, ic­ti­mai rəy real ya­şan­tı­la­ra söy­kə­nir və İC­Tİ­MAİ GÖZ gö­rür ki, or­ta mək­təb­lə­rin bi­rin­ci sin­fin­dən uni­ver­si­tet­lə­rin döv­lət im­ta­han­la­rı­na qə­dər bü­tün ins­tan­si­ya­lar­da hər şe­yi sa­də­cə PUL həll edir. Nə mək­təb­lər­də, nə döv­lə­tə məx­sus ali təh­sil müəs­si­sə­lə­rin­də, nə də “ö­zəl uni­ver­si­tet”­lər ad­lan­dı­rı­lan le­qal soy­ğun­çu­luq şə­bə­kə­sin­də “bi­lik”, “qa­bi­liy­yət”, “is­te­dad” ki­mi me­yar­lar iş­lə­mir. Hə­lə­lik mü­şa­hi­də olu­nan real­lıq hər­ra­ca çı­xa­rıl­mış, al­qı-­sat­qı pred­me­ti­nə çev­ril­miş hey­siy­yat­lar, iti­ri­lən əx­laq, aşı­nıb də­yər­siz­lə­şən mə­nə­viy­yat­dır. İc­ti­mai göz onu da gö­rür ki, çağ­daş AZƏR­BAY­CAN MÜƏL­Lİ­Mİ­nin dü­şün­cə­si ki­mə­sə nə­yi­sə öy­rət­mə­yə yox, döv­lə­tin ver­di­yi əmək haq­qı mü­qa­bi­lin­də heç nə et­mə­dən, da­ha doğ­ru­su, re­pe­ti­tor xid­mə­ti­ni zə­ru­ri­ləş­di­rən mü­hit ya­rat­maq­la əla­və gə­lir mən­bə­yi qa­zan­maq haq­qın­da fi­kir­ləş­mə­yə sə­fər­bər­dir. Və hər kəs, hət­ta təh­sil na­zi­ri be­lə bu­nu do­la­nı­şı­ğın çə­tin­li­yi ilə izah­la­maq­da ma­raq­lı gö­rü­nür. Bəl­kə də bu gün Azər­bay­can müəl­li­mi­nin əmək haq­qı əmə­yi­nə və tə­lə­ba­tı­na uy­ğun de­yil. Am­ma nə bu, nə də bu qə­bil­dən baş­qa bir sə­bəb müəl­lim­lə­rə rüş­və­tə qur­şan­maq, mək­təb­lər­də təd­ris proq­ra­mı­nı if­lic edə­rək, şa­gird­lə­ri re­pe­ti­tor xid­mə­tin­dən is­ti­fa­də­yə təh­rik et­mək haq­qı ver­mir. Sö­zün müt­ləq an­la­mın­da MÜƏL­LİM olan şəxs mək­tə­bin ba­za­ra çev­ril­mə­si, qü­ru­ru­nun tap­dan­ma­sı, va­li­dey­nin təh­qir­lə­ri ilə üz­-ü­zə qal­maq, şa­gird­lə­rin ya­nın­da gö­zü­köl­gə­li ol­maq ki­mi mis­kin bir qis­mət­lə heç bir şərt da­xi­lin­də ba­rış­maz. Bu, ya­zıl­ma­mış qa­nun­dur, AKSİO­MA­dır. Və Azər­bay­can mək­təb­lə­ri­nin üz­ləş­di­yi fa­ciə­vi real­lıq­la­rın əsl sə­bəb­lə­ri­nin aş­kar­lan­ma­sın­da məhz bu aksio­ma həl­le­di­ci rol oy­na­ma­lı­dır. Bə­li, öz “MƏN”­li­yi­ni bü­tün mə­nə­vi və mad­di də­yər­lər­dən üs­tün tut­maq əsl müəl­li­min pe­şə şə­rə­fi­dir. Mə­sə­lə on­da­dır ki, Azər­bay­ca­nın pe­da­qo­ji tə­ma­yül­lü ali mək­təb­lə­rin­də müəl­lim­lər ha­zır­lan­mır; adı­nı-­so­ya­dı­nı yaz­ma­ğı ba­car­ma­yan­la­ra, əx­la­qi ba­xım­dan nə­sil­bə­nə­sil lə­nət­lən­miş­lə­rə, piş­tax­ta ar­xa­sın­da hər cür rə­zil­li­yə yu­var­la­nan­la­ra “müəl­lim­li­yi təs­diq­lə­yən dip­lom”­lar sa­tı­lır. Bə­li, məhz sa­tı­lır! Tə­bii ki, dip­lom­la­rın al­qı-­sat­qı pred­me­ti­nə çev­ril­mə­sin­də mil­li men­ta­li­tet­lə bağ­lı mə­sə­lə­lər də var: yə­ni “dip­lom sa­tı­lır ona gö­rə ki, al­maq is­tə­yən var” açıq­la­ma­sı bu mə­qam­da ən çox ye­ri­nə dü­şən te­zis­dir. Şüb­hə­siz ki, bu prob­le­min or­ta­ya çıx­ma­sın­da tə­ləb-­tək­lif ba­lan­sı­nın ro­lu da da­nıl­maz­dır. Am­ma or­ta­da baş­qa bir hə­qi­qət də var: sa­vad­sı­za dip­lom al­maq, adı­nı be­lə yaz­ma­ğa çə­tin­lik çə­kən əq­li şi­kəst­lə­ri cə­miy­yə­tə müəl­lim, hü­quq­şü­nas, hə­kim, ya­xud da si­ya­sət­çi ki­mi sı­rı­maq müm­kün ol­ma­sa, on­da o dip­lom­la­rı al­maq hə­və­si­nə dü­şən də ol­ma­ya­caq. De­mə­li, “tax­ta baş­la­rı zi­ya­lı qals­tu­ku ilə bə­zə­mək” is­tə­yi­ni cə­miy­yə­tin sa­vad­sız­la­ra qar­şı mü­qa­vi­mət əm­sa­lı­nın zəif­li­yi şərt­lən­di­rir və bu ami­li heç bir za­man diq­qət­dən ya­yın­dır­maq ol­maz. Bu, ge­niş bir söh­bə­tin möv­zu­su ol­du­ğun­dan, hə­lə­lik diq­qə­ti məhz sa­vad­sız dip­lom­lu­la­rın kə­miy­yət ar­tı­mı­nın sə­bəb­lə­ri­nə yö­nəl­dək. Bu mə­qa­ma ay­dın­lıq gə­ti­rər­kən “təh­sil baş­bi­lən­lə­ri” yal­nız bir ar­qu­ment­lə ya­xa­la­rı­nı kə­na­ra çək­mə­yə ça­lı­şır­lar: qə­bul mə­sə­lə­si Təh­sil Na­zir­li­yi­nin sə­la­hiy­yə­tin­də ol­ma­dı­ğın­dan, sa­vad­sız­la­rın ali mək­təb­lə­rə düş­mə­si­nə gö­rə mə­su­liy­yət bu qu­ru­mun üzə­ri­nə dü­şə bil­məz. Hə­qi­qə­tən də ar­tıq 14 il­dir ki, Azər­bay­can­da qə­bul pro­se­si mər­kəz­ləş­miş qay­da­da test üsu­lu ilə apa­rı­lır. Əs­lin­də, Təh­sil Na­zir­li­yi­nin mə­su­liy­yət­dən ya­yın­ma­sı üçün si­zif əmə­yi sərf et­mək­dən yo­rul­ma­yan “muzd­lu və­kil­lər­”in ye­ga­nə ar­qu­men­ti məhz bu real­lı­ğa söy­kə­nir. Am­ma… Bu əm­ma­lar və on­la­rı şərt­lən­di­rən real­lıq­lar ba­rə­də növ­bə­ti söh­bə­ti­miz­də.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: