“­Zi­ya­lı qals­tu­ku” ilə bə­zə­dil­miş küt­be­yin­lər kon­ve­ye­ri : II hissə

Bio­lo­ji tə­rəq­qi to­xu­mun sağ­lam­lı­ğı, mə­nə­vi yük­sə­liş mək­tə­bin saf­lı­ğı ilə şərt­lə­nir

Ö­tən söh­bə­ti­miz­də bə­şə­ri tə­ka­mü­lün ən son və ən ötə­ri epo­xa­sı­nın – so­sia­liz­min ba­ni­lə­ri­nin qur­maq is­tə­dik­lə­ri cə­miy­yə­tin il­kin­li­yin­də zi­ya­lı­la­ra aq­res­siv mü­na­si­bət­lə­ri­nə rəğ­mən II Dün­ya mü­ha­ri­bə­sin­dən son­ra öz si­ya­sət­lə­rin­də cid­di kor­rek­tə­lər et­mə­lə­ri­nə ta­ri­xi fakt­la­ra is­ti­na­dən diq­qət ye­ti­rə­rə­rək be­lə bir qə­naət ha­sil et­miş­dik ki, 1950-1980-­ci il­lər­də SS­Rİ im­pe­ri­ya­sın­da in­san ami­li hər şey­dən ön­də idi. Şəx­siy­yə­tin for­ma­laş­ma­sı­nın bü­növ­rə­si sa­yı­lan tə­lim-­tər­bi­yə, elm-­təh­sil komp­leks­lə­ri­nin tək­mil­ləş­di­ril­mə­si mün­tə­zəm nə­za­rət­dəy­di və bu fa­si­lə­siz nə­za­rət sis­te­min­də ib­ti­dai, sək­ki­zil­lik və or­ta təh­sil müəs­si­sə­lə­ri­nə xü­su­si diq­qət ye­ti­ri­lir­di. Ni­yə? “O­bı­va­tel” dü­şün­cə­nin ilk ba­xış­da pri­mi­tiv bir nəs­nə ki­mi qə­bul edə­cə­yi bu sua­la tam dol­ğun­lu­ğu ilə ca­vab ver­mək üçün bir sı­ra fəl­sə­fi ka­te­qo­ri­ya­la­ra ta­ri­xi, psi­xo­lo­ji, mə­nə­vi­-əx­la­qi yön­lər­dən diq­qət ye­tir­mək la­zım gə­lir. Ən azı ona gö­rə ki, şəx­siy­yə­tin for­ma­laş­ma­sı­nın il­kin mər­hə­lə­si­nin me­xa­ni­ki sı­ra­lan­ma­nın adi bir pil­lə­si ol­ma­ya­raq bü­növ­rə ro­lu oy­na­dı­ğı hə­qi­qə­ti kim­sə­yə sirr de­yil. Bu da bir hə­qi­qət­dir ki, şəx­siy­yət tə­biət­lə, cə­miy­yət­lə və özü­-ö­züy­lə dai­mi can­lı ün­siy­yət­də ye­ti­şir. Şəx­sin ət­raf mü­hit­lə mü­na­si­bə­tin­də baş ve­rən mün­tə­zəm də­yi­şik­lik­lər­dən do­ğan min­lər­lə si­tua­si­ya in­sa­nı dü­şün­mə­yə, op­ti­mal va­riant­lar ax­tar­ma­ğa va­dar edir ki, ka­mil­li­yə apa­ran yol da in­sa­nın əq­li po­tensia­lı­nın prak­ti­ki təc­rü­bə­yə çev­ril­di­yi bu mə­qam­dan baş­la­yır. Be­lə ki, in­san nə­yin­sə xa­ti­ri­nə ki­min­sə qəl­bi­nə to­xun­maq, ya­xud ək­si­nə, ki­min­sə xa­ti­ri­nə nə­lə­ri­sə qur­ban ver­mək zə­ru­rə­ti qar­şı­sın­da qal­dı­ğı­nı dərk et­dik­dən son­ra on­da mə­su­liy­yət his­si tə­şək­kül ta­pır və za­man-­za­man bu şəx­si mə­su­liy­yət his­si cə­miy­yət, bə­şə­riy­yət, ta­rix qar­şı­sın­da mə­su­liy­yət his­si sə­viy­yə­si­nə yük­sə­lir. Tər­bi­yə­çi­lə­rin və cə­miy­yə­tin ən üm­də və­zi­fə­si in­san­da mə­su­liy­yət his­si­nin rü­şeym­ləş­mə­si­ni məhz fər­din özü­-ö­zü ilə dia­lo­qu­nun, fərd-­cə­miy­yət ün­siy­yə­ti­nin, fərd-­tə­biət tə­ma­sı­nın komp­leks sin­te­zin­də tə­min et­mək­dir. ­Tər­bi­yə­nin il­kin mər­hə­lə­sin­də be­lə bir komp­lek­si, tə­bii ki, yal­nız və yal­nız mək­təb­də tə­min et­mək olar. Hə­qi­qə­tən də mək­təb elə bir ecaz­kar dün­ya­dır ki, bö­yük hə­ya­ta qə­dəm qo­yan in­san ilk se­vin­ci də, kə­də­ri də; ilk qə­lə­bə­ni də, acı məğ­lu­biy­yə­ti də; ilk mə­həb­bə­ti və və­fa­sız­lı­ğı da; uğu­ru və uğur­suz­lu­ğu da məhz bu­ra­da da­dır – hə­yat­la ilk real tə­ma­sı bu­ra­da hiss edir. Say­sız-­he­sab­sız ma­raq­la­rın, xa­siy­yət­lə­rin gün­də­lik tə­mas­-ün­siy­yət mə­ka­nı olan və ey­ni za­man­da dü­şün­cə­lə­rin el­mə, xe­yir­xah­lı­ğa yön­lən­di­ril­di­yi bu mər­kəz sö­zün hə­qi­qi mə­na­sın­da cə­miy­yə­tin ilk ələ­yi ro­lu­nu oy­na­yır. Elə bir ələk ki, ilk an­dan­ca hər bir fər­din da­xi­li alə­mi­nin, ma­raq dai­rə­si­nin açıl­ma­sı­na şə­rait ya­ra­dır; fər­din öz gü­cü­nü hiss et­mə­si, özü­nə ina­mı­nın il­kin rü­şeym­lə­ri­nin for­ma­laş­ma­sı – özü­nün dərk et­di­yi şə­kil­də li­der­lik iddia­sı­na düş­mə­si, bu zə­min­də il­kin rə­qa­bət hə­və­si­nin üzə çıx­ma­sı yö­nün­də plat­for­ma ro­lu­nu oy­na­yır. Düz­dür, bu ecaz­kar aləm­də gə­lə­cə­yin in­sa­nı id­ra­ki qə­rar­lar­dan da­ha çox hiss­lə­rin tə­si­ri­nə ta­be olur. Tə­bii ki, bu kor­tə­bii­li­yin özün­də də bir qa­nu­nauy­ğun­luq var, am­ma…

Or­ta sta­tis­tik Azər­bay­can co­cu­ğu­nun bu gün Azər­bay­can mək­tə­bin­də gör­dü­yü real­lı­ğın, o real­lı­ğın do­ğur­du­ğu hiss­lə­rin və o hiss­lə­rə kor­tə­bii təs­lim­çi­li­yin tə­bii qa­nu­nauy­ğun­luq­la­ra, tə­bii pro­ses­lə­rə heç bir ai­diy­yə­ti yox­dur. Çağ­daş Azər­bay­can co­cu­ğu­nun hiss­lə­ri­nə ha­kim kə­si­lən real­lıq heç bir şərt da­xi­lin­də “mək­təb real­lı­ğı”, ya­xud “tə­lim-­tər­bi­yə pro­se­si” ad­lan­dı­rı­la bil­məz. Onun dü­şün­cə­sin­də ha­kim möv­qe­də da­ya­nan real­lı­ğın adı “mək­təb anar­xi­ya­sı”, “tə­lim-­tər­bi­yə sti­xi­ya­sı”­dır. Ni­yə? Çox­ça­lar­lı və əha­tə­li ca­vab tə­ləb edən bu sual­dan ya­yın­maq gə­lə­cək qar­şı­sın­da, mil­lət qar­şı­sın­da ta­ri­xi mə­su­liy­yət­dən ya­yın­maq cəh­din­dən baş­qa bir şey de­yil. Odur ki, özü­nü bu Mil­lə­tin öv­la­dı, bu Və­tə­nin və­tən­da­şı sa­yan hər kəs, nə­ha­yət, özün­də bir tə­pər, bir cə­sa­rət ta­pıb bir an­lıq ayaq sax­la­ma­lı, bu­gün­kü “təh­sil” sis­te­mi­nin bu xal­qa han­sı müəm­ma­lı gə­lə­cək vəd et­di­yi ki­mi va­cib bir sua­la ayıq nə­zər­lər­lə ca­vab ax­tar­ma­lı­dır. Biz, bir xalq ola­raq, bir mil­lət ola­raq bu ca­va­bı ara­ma­ğa sa­də­cə, məh­ku­muq. Yə­ni bu­gün­kü or­ta mək­təb­lər şə­bə­kə­si­nin və ali təh­sil cən­gəl­li­yi­nin məc­hul­lu­ğa apa­ran tə­nəz­zül yo­lu­na is­ti­qa­mət­lən­mə­si ki­mi ta­ri­xi mə­su­liy­yə­ti-­mək­tə­bin öz il­kin mü­qəd­dəs­li­yi­ni iti­rə­rək rüş­vət do­ğa­na­ğı­na çev­ril­mə­si, ba­zar qa­nun­la­rı­na bo­yun əy­mə­si, ən fa­ciə­vi­si, mək­tə­bin “gə­lə­cə­yi­miz say­dı­ğı­mız kör­pə­lə­ri­mi­zi” bir-­bi­ri­nə qar­şı qa­tı düş­mən­çi­lik həd­di­nə qə­dər aman­sız bir əh­va­la kök­lə­yən so­sial tə­bə­qə­ləş­mə po­li­qo­nu­na dön­də­ril­mə­si ki­mi ağır nə­ti­cə­li real­lıq­la­rı şərt­lən­di­rən əsl sə­bəb­lə­ri müəy­yən­ləş­dir­mək hər kə­sin bor­cu­dur. Təd­ris proq­ram­la­rı­nın ra­bi­tə­siz­li­yi və da­ya­nıq­sız­lı­ğı, təd­ris və­sait­lə­ri­nin məq­səd­dən yay­ğın­lı­ğı və mən­tiq­siz­li­yi, bir­tə­rəf­li ha­zır­lıq müs­tə­vi­sin­də məh­dud dün­ya­gö­rüş­lü mə­zun­lar or­du­su və bu­nun mən­ti­qi da­va­mı ola­raq ya­rım­çıq mü­tə­xəs­sis­lər ye­tiş­di­ril­mə­si, tət­biq sa­hə­si ol­ma­yan ix­ti­sas­la­rın kə­miy­yə­ti­nin ilbəil ar­tı­rıl­ma­sı ki­mi ci­na­yət xa­rak­ter­li və qəsd ma­hiy­yət­li əməl­lə­rin tam mə­su­liy­yə­ti­ni, la­büd cə­za­sı­nı hər­fi və müs­tə­qim mə­na­da dərk et­mək üçün bir sı­ra in­cə­lik­lə­rə diq­qət ye­tir­mək la­zım gə­lir. Mək­təb in­sa­nın bə­şə­ri tə­ka­mül bo­yun­ca əl­də et­di­yi ne­mət­lə­rin is­tis­na­sız ola­raq ən mü­qəd­də­si, ey­ni za­man­da fay­da­lı­lıq ba­xı­mın­dan al­ter­na­tiv­siz bi­rin­ci­si­dir. Ən azı ona gö­rə ki, bə­şə­ri tə­ka­mü­lün bü­töv bir epo­xa­sı­nın mən­ti­qi məh­su­lu olan mək­təb ey­ni za­man­da di­gər epo­xa­lar üçün ba­zis ro­lu oy­na­yıb. Bə­li, mək­təb ana­lo­qu ol­ma­yan elə bir fəa­liy­yət sa­hə­si­dir ki, bu­ra­da “baş­lan­ğıc” və “son” kri­te­ri­ya­la­rı yox­dur; bu­ra­da hər son ye­ni­nin baş­lan­ğı­cı, hər baş­lan­ğıc əv­vəl­ki so­nun mən­ti­qi da­va­mı­dır. Baş­qa söz­lə, mək­təb müs­tə­vi­sin­də “SON” ifa­də­si heç bir şərt da­xi­lin­də “da­ya­na­caq” an­la­mı­na gəl­mir; bu müs­tə­vi­də “SON” sö­zü ilə ifa­də olu­nan mə­qa­mı əbə­di bir pro­se­sin konk­ret za­man kə­si­yin­də­ki pro­yek­si­ya­sı ki­mi qə­bul et­mək da­ha mən­ti­qi nə­ti­cə­dir. Çün­ki mək­təb elə bir “is­teh­sa­lat mey­da­nı”­dır ki, bu­ra­da­kı hər “məh­sul”- ye­tiş­di­ri­lən hər bir in­san baş­qa bir “is­teh­sa­lat mey­da­nı”n­da tə­kan­ve­ri­ci qüv­və­yə, sti­mul­laş­dı­rı­cı ami­lə çev­ri­lir. Bir müt­ləq hə­qi­qət də var: hər han­sı bir məh­su­lun tə­yi­na­tı üz­rə is­ti­fa­də za­ma­nı key­fiy­yə­ti­nin ye­ga­nə qa­ran­tı hə­min məh­su­lun ha­zır­lıq pro­se­sin­də tex­no­lo­ji tə­ləb­lə­rə tam mə­na­da ria­yət edil­mə­si­dir. Mək­tə­bin “məh­sul­”u in­san, məq­sə­di in­sa­nın şəx­siy­yət ki­mi for­ma­laş­dı­rıl­ma­sı; o “məh­sul­”un tə­yi­na­tı isə cə­miy­yə­tə və ümu­mən bə­şə­riy­yə­tə xid­mət ol­du­ğun­dan, bu­ra­da tex­no­lo­ji pro­ses­lə­rə tam cid­diy­yət­lə ria­yət və nə­za­rət edil­mə­si bü­tün di­gər sa­hə­lər­də­kin­dən, hət­ta ən cü­zi yan­lış­lı­ğı ümu­mən pla­ne­ti­mi­zin məh­vi­nə sə­bəb ola bi­lə­cək kos­mik proq­ram­la­ra ria­yət və nə­za­rət­dən də cid­di ol­ma­lı­dır. Bü­tün dövr­lər­də, bü­tün öl­kə­lər­də ol­du­ğu ki­mi, XX əs­rin so­nu, XXI əs­rin bi­rin­ci onil­lik­lə­ri­nin Azər­bay­ca­nın­da da sö­zün hə­qi­qi mə­na­sın­da in­san, sö­zün müt­ləq mə­na­sın­da şəx­siy­yət, sö­zün pe­şə­kar an­la­mın­da mü­tə­xəs­sis ha­zır­lı­ğı­na tə­mi­nat ve­rən si­ya­sə­tin müəy­yən­ləş­di­ri­ci­si də, yön­lən­di­ri­ci­si də, o cüm­lə­dən ümu­mən öl­kə­də­ki tə­lim-­tər­bi­yə ba­za­sı­nın müt­ləq çox­lu­ğu­nun sa­hi­bi də döv­lət­dir. Məhz bu real­lıq in­san ye­tiş­di­ril­mə­si, şəx­siy­yət for­ma­laş­dı­rıl­ma­sı, mü­tə­xəs­sis ha­zır­lan­ma­sı pro­se­sin­də mə­su­liy­yə­tin əsas ağır­lı­ğı­nı döv­lə­tin üzə­ri­nə qo­yur. Bəs fak­ti­ki hal­da döv­lət bu işin öh­də­sin­dən ne­cə gə­lir? Son on ilin sta­tis­ti­ka­sı­nın xro­no­lo­ji ar­dı­cıl­lı­ğı­na ötə­ri ba­xış be­lə Azər­bay­can döv­lə­ti­nin təh­si­lin in­ki­şa­fı­na, təh­sil müəs­si­sə­lə­ri­nin mad­di-­tex­ni­ki ba­za­sı­nın yük­səl­dil­mə­si­nə yö­nə­lik si­ya­sə­ti­nin və əmə­li təd­bir­lə­ri­nin mün­tə­zəm xa­rak­ter­li ol­du­ğu­nu söy­lə­mə­yə tam əsas ve­rir. Bu­nun məhz be­lə ol­du­ğu­nu tam ay­dın­lı­ğı ilə dərk et­mək üçün bir ne­çə mə­qa­ma diq­qət ye­tir­mək ki­fa­yət­dir. 1992-1993-­cü il­lər­də elə bir mü­hit ya­ran­mış­dı ki, “o­bı­va­tel” dü­şün­cə so­sial ri­fa­hın yo­lu­nun el­mi-­tex­ni­ki tə­rəq­qi­dən yox, “cəb­hə­çi” mun­di­ri ilə si­lah­la­nıb di­gər­lə­ri­nin haq­qı­nı mə­nim­sə­mək­dən keç­di­yi ba­rə­də yan­lış bir ov­qa­ta kök­lən­miş­di və bu ten­den­si­ya hən­də­si sil­si­lə ilə ge­niş­lə­nə­rək ümu­mən cə­miy­yət­də hökm­ran möv­qe­yə yük­səl­mək ərə­fə­sin­də idi. Bu­nun mən­ti­qi son­lu­ğu müəl­lim­lə­rin küt­lə­vi su­rət­də mək­təb­lə­ri tərk et­mə­si, bo­şal­mış yer­lə­rin sax­ta dip­lom­lu­lar he­sa­bı­na dol­du­rul­ma­sı, mək­təb­lə­rin ştat cəd­vəl­lə­rin­də “ö­lü can­lar­”ın xü­su­si çə­ki­si­nin dur­ma­dan art­ma­sı ki­mi acı bir real­lıq­da əks olu­nur­du. Ye­ri gəl­miş­kən, YU­NES­KO bu prob­lem­lə­ri in­ki­şaf et­mək­də olan öl­kə­lə­rin təh­sil sis­tem­lə­ri­nin ümu­mi bə­la­sı ki­mi xa­rak­te­ri­zə edir. Mə­sə­lən, bu təş­ki­la­tın ötən ayın əv­vəl­lə­rin­də ya­yım­la­dı­ğı rəs­mi mə­lu­mat­da gös­tə­ri­lir ki, Hon­du­ras­da müəl­lim kor­pu­su­nun 5, Pa­pua-­Ye­ni Qvi­ne­ya­da isə 15 fai­zi “ö­lü can­lar”­dır. Bu ba­xım­dan 1990-1993-­cü il­lər Azər­bay­ca­nın­da ana­lo­ji prob­le­min ya­şan­ma­sı bəl­kə də tə­bii idi. Am­ma bu və­ziy­yə­ti tə­bii pro­ses ki­mi də­yər­lən­dir­mək və heç bir təd­bir gör­mə­dən hər şe­yi za­ma­nın öh­də­si­nə bu­rax­maq ab­surd­dur. Təc­rü­bə­li döv­lət xa­di­mi Hey­dər Əli­yev 1993-­cü il iyu­nun 15-­də döv­lət ida­rə­çi­li­yi­nin mə­su­liy­yə­ti­ni xal­qın tə­lə­bi ilə öz üzə­ri­nə gö­tür­dük­dən son­ra bu mə­sə­lə­ni xü­su­si nə­za­rət­də gö­tür­dü və… 1993-2003-­cü il­lər ər­zin­də ümu­mən təh­si­lə ay­rı­lan və­sait öl­kə büd­cə­si­nin beş­dən bi­ri həd­din­dən də yu­xa­rı qalx­dı və bu, müəl­lim­lə­rin əmək haq­la­rı­nın mün­tə­zəm su­rət­də ar­tı­rıl­ma­sı­na real im­kan­lar ya­rat­dı. Hər hal­da Hey­dər Əli­yev öz pre­zi­dent­li­yi döv­rün­də, döv­lət baş­çı­sı ola­raq da­ğı­dıl­mış iq­ti­sa­diy­ya­tın bər­pa­sı və prin­sip­cə ye­ni is­teh­sal mü­na­si­bət­lə­ri müs­tə­vi­sin­də ye­ni­dən qu­rul­ma­sı­na, hər­bi mü­xa­li­fət­çi­lik ənə­nə­lə­ri­nin ara­dan qal­dı­rıl­ma­sı və xa­ri­ci hər­bi si­ya­si təz­yiq­lə­rin qar­şı­sı­nın alın­ma­sı ki­mi cid­di si­ya­si əhə­miy­yət­li mə­sə­lə­lə­rin həl­li­nə da­ha çox vaxt ayır­maq, so­sial mə­sə­lə­lə­rin həl­li­ni da­ha mü­na­sib za­ma­na qə­dər tə­xi­rə sal­maq məc­bu­riy­yə­tin­dəy­di. Bu­nun­la be­lə, si­ya­si ha­ki­miy­yət­də ol­du­ğu on il ər­zin­də onun təh­sil iş­çi­lə­ri­nin so­sial və­ziy­yə­ti­ni yax­şı­laş­dır­maq üçün 20-­dən çox sə­rən­cam im­za­la­ma­sı, büd­cə ayır­ma­la­rı ilə qa­ne ol­ma­ya­raq or­ta və ali mək­təb­lə­rin, o cüm­lə­dən el­mi-­təd­qi­qat ins­ti­tut­la­rı­nın mad­di-­tex­ni­ki ba­za­sı­nın yax­şı­laş­dı­rıl­ma­sı üçün bey­nəl­xalq kre­dit­lər­dən sər­ma­yə ki­mi is­ti­fa­də et­mə­si, bu yön­də xey­riy­yə­çi­lik təd­bir­lə­ri­nə xü­su­si önəm ver­mə­si, hə­qi­qi zi­ya­lı­la­rın, pe­şə­kar mü­tə­xəs­sis­lə­rin cə­miy­yət­də­ki nü­fu­zu­nu ar­tır­maq məq­sə­di ilə on­lar üçün xü­su­si tə­qaüd fond­la­rı ya­rat­ma­sı və bir sı­ra im­ti­yaz­lar­dan is­ti­fa­də üçün hü­qu­qi ba­za for­ma­laş­dı­rıl­ma­sı­nın qay­ğı­sı­na qal­ma­sı, əs­lin­də, möv­cud si­ya­si kur­sun təh­sil­lə bağ­lı is­ti­qa­mət­lə­ri­nin əmə­li tə­za­hür­lə­ri ki­mi də­yər­lən­di­ril­mə­li­dir. 2003-­cü il­dən son­ra ar­tan neft gə­lir­lə­ri büd­cə­nin im­kan­la­rı­nı da­ha da ge­niş­lən­dir­di­yi üçün ana­lo­ji ad­dım­la­rın sfe­ra­sı və əha­tə dai­rə­si bir ne­çə də­fə ge­niş­lə­nib. Tək­cə son iki il­də YU­NES­KO-­nun xoş­mə­ram­lı sə­fi­ri, mil­lət və­ki­li Meh­ri­ban Əli­ye­va­nın tə­şəb­bü­sü ilə Hey­dər Əli­yev Fon­du­nun bu yön­də gör­dü­yü iş­lər bir çox post­so­vet öl­kə­lə­rin­də on il ər­zin­də gö­rül­müş iş­lər­dən yüz də­fə­lər­lə çox­dur ki, elə bu da döv­lə­tin təh­si­lə mü­na­si­bə­ti­nin ba­riz ifa­də­si­dir. Bir söz­lə, döv­lə­tin st­ra­te­ji və ca­ri hə­dəf­lə­ri­ni, bu hə­dəf­lə­rə yet­mək üçün xa­ri­ci və da­xi­li si­ya­sə­ti­ni müəy­yən­ləş­di­rən ha­kim si­ya­si qüv­və­nin təh­si­lə mü­na­si­bə­ti göz qa­ba­ğın­da­dır. Bəs, təh­si­lə bu ali mü­na­si­bət və qay­ğı mü­qa­bi­lin­də döv­lə­tin st­ra­te­ji və ca­ri məq­səd­lə­ri­ni müəy­yən­ləş­miş si­ya­si kur­sa uy­ğun şə­kil­də hə­ya­ta ke­çir­mə­yə borc­lu olan hö­ku­mə­tin və təh­sil mə­sə­lə­lə­rin­də hö­ku­mə­tin şə­rik­siz mü­vək­ki­li funk­si­ya­sı­nı ye­ri­nə ye­ti­rən Təh­sil Na­zir­li­yi­nin gör­dü­yü iş­lər nə də­rə­cə­də qa­nee­di­ci­dir? Bu ba­rə­də növ­bə­ti söh­bə­ti­miz­də.

SALMAN VİLAYƏTOĞLU

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: