Vəzifə məsuliyyətsizliyindən darğa dərəbəyliyinə

­Xid­mət sfe­ra­la­rın­da bər­qə­rar ol­muş mik­ro­mü­hi­ti yal­nız bu cür sə­ciy­yə­lən­dir­mək müm­kün­dür

­

İq­ti­sa­di po­tensial bu və ya di­gər döv­lə­tin in­ki­şa­fı­nı sti­mul­laş­dı­ran baş­lı­ca tə­kan­ve­ri­ci qüv­və ki­mi də­yər­lən­di­ril­sə də, ümu­mən cə­miy­yə­tin in­ki­şaf me­ya­rı möv­cud şə­rait­də əha­li­yə gös­tə­ri­lən xid­mət­lə­rin sə­viy­yə­si və key­fiy­yə­ti­dir. Bə­şə­ri tə­fək­kü­rün mi­nil­lik­lər bo­yun­ca müt­ləq hə­qi­qət ki­mi də­yər­lən­dir­di­yi bu ya­zıl­ma­mış qa­nun so­sio­lo­gi­ya­ya dair bü­tün nə­zə­ri ba­xış sis­tem­lə­ri­nin tə­məl prin­sip­lə­ri­nin önün­də da­ya­nır və tə­bii ki, sə­bəb­siz de­yil. Be­lə ki, döv­lət­lə­rin iq­ti­sa­di in­ki­şa­fı ta­raz­laş­dı­rıl­mış da­xi­li və xa­ri­ci iq­ti­sa­di si­ya­sət kur­su ilə şərt­lən­sə də, bu si­ya­sə­tin real­laş­ma­sı­nın əsas pa­ra­metr­lə­rin­dən bi­rin­ci­si­nin məhz cə­miy­yət­də qə­rar­laş­mış əmək mü­na­si­bət­lə­ri ol­du­ğu heç ki­mə sirr de­yil. Möv­cud əmək mü­na­si­bət­lə­ri­nin da­ya­nıq­lı­ğı isə xalq­la döv­lət ara­sın­da­kı mü­na­si­bət­lə­rin sə­viy­yə­si ilə düz mü­tə­na­sib­dir. O da sirr de­yil ki, döv­lə­tin xal­qa mü­na­si­bə­ti onun müəy­yən­ləş­dir­di­yi və­zi­fə­lə­ri hə­ya­ta ke­çir­mə­yə mə­sul olan xid­mət qu­rum­la­rı­nın fəa­liy­yə­tin­də əks olu­nur. Bü­tün növ xid­mət­lə­rin, xü­su­sən də əha­li­nin müt­ləq çox­lu­ğu­nun ma­raq­la­rı­na bir­ba­şa tə­sir qüv­və­si­nə ma­lik xid­mət­lə­rin key­fiy­yə­ti­nin tə­mi­nat­çı­sı isə hər bir fər­din öz hü­quq və və­zi­fə­lə­ri­nə mü­na­si­bət­də­ki mə­su­liy­yə­ti­dir. Və əs­lin­də cə­miy­yət­də baş ve­rən so­sial xa­rak­ter­li bü­tün na­ra­zı­lıq­la­rı, ra­di­kal is­la­hat və təd­bir­lə­ri zə­ru­ri­ləş­di­rən sə­bəb­lər məhz çox­lu­ğun öz hü­quq­la­rı­nı bil­mə­mə­sin­dən, xid­mət sa­hə­lə­ri­nə rəh­bər­lik edən az­lı­ğın isə hü­qu­qi sa­vad­sız­lıq real­lı­ğın­dan sui­-is­ti­fa­də edə­rək və­zi­fə­lə­ri­nin ic­ra­sı­na mə­su­liy­yət­siz­lik­lə ya­naş­ma­sın­dan qay­naq­la­nır. Tə­bii ki, so­sial na­ra­zı­lıq­la­rı şərt­lən­di­rən sə­bəb­lər sı­ra­sın­da di­gər mo­ti­va­si­ya­lı – si­ya­si, iq­ti­sa­di, mə­nə­vi, psi­xo­lo­ji yön­lü pa­ra­metr­lər də var. Am­ma so­sial na­ra­zı­lıq­la­ra və­si­lə olan di­gər mo­ti­va­si­ya­lı sə­bəb­lə­rin bir­lik­də­ki tə­si­ri xid­mət sfe­ra­sın­da­kı mə­su­liy­yət­siz­lik­dən qay­naq­la­nan sə­bəb­lər­lə mü­qa­yi­sə­də nə­zə­rəa­lın­ma­ya­caq də­rə­cə­də az­dır. Çün­ki xid­mət sfe­ra­sı cə­miy­yə­tin ümu­mi ba­lan­sın­da ən həs­sas və ən mü­hüm həl­qə­dir: ida­rəo­lu­nan­lar­la ida­rəe­dən­lər ara­sın­da əla­qə­lən­di­ri­ci funk­si­ya­sı da­şı­yan tel­lər­dir. Bu həl­qə nə qə­dər zəif olur­sa, tə­rəf­lə­rin bir-­bi­ri­ni ba­şa düş­mə­si də bir o qə­dər çə­tin­lə­şir. O adi bir sə­bəb­lə ki, ida­rəo­lu­nan­lar ida­rəe­dən­lə­rin on­la­ra mü­na­si­bə­ti­ni gös­tə­ri­lən xid­mə­tin sə­viy­yə­si ilə müəy­yən­ləş­di­rir; or­ta sta­tis­tik dü­şün­cə xid­mət sfe­ra­la­rı rəs­mi­lə­ri­ni döv­lət və hö­ku­mə­tin əha­li­yə yö­nə­lik si­ya­sə­ti­nin tə­mi­nat­çı­sı ki­mi qə­bul et­mə­yə me­yil­li­dir. Bəs bu nə­zə­ri ba­xış­lar müs­tə­vi­sin­də çağ­daş Azər­bay­can real­lı­ğı ne­cə gö­rü­nür?

­Son on il ər­zin­də əha­li­nin so­sial mü­da­fiə­si ilə bağ­lı qə­bul olun­muş qə­rar­la­rın və xid­mət sfe­ra­la­rı­nın işi­nin tək­mil­ləş­di­ril­mə­si məq­sə­di ilə hə­ya­ta ke­çi­ril­miş təd­bir­lə­rin si­ya­hı­sı­na nə­zər ye­ti­rən­də ay­dın olur ki, döv­lə­tin xal­qa qay­ğı­sı ən yük­sək sə­viy­yə­də­dir və onun hən­də­si sil­si­lə üz­rə ilbəil ar­tı­mı ar­tıq dön­məz bir pro­se­sə çev­ri­lib. Bu qay­ğı­nın sə­viy­yə­si nə qə­dər yük­sək, onu əks et­di­rən hü­qu­qi sə­nəd­lər nə qə­dər mü­kəm­məl, on­la­rın real­laş­ma­sı­na zə­min ya­ra­dan tə­li­mat və gös­tə­riş­lər nə qə­dər çox­çe­şid­li və rən­ga­rəng ol­sa da, döv­lə­tin xal­qa mü­na­si­bə­ti­nin ifa­də­çi­si funk­si­ya­sı­nı ye­ri­nə ye­tir­mə­li olan xid­mət sfe­ra­sı tə­si­sat­la­rı­nın fəa­liy­yə­ti­ni heç bir şərt da­xi­lin­də qa­nee­di­ci fəa­liy­yət ki­mi də­yər­lən­dir­mək müm­kün de­yil. Da­ha də­qi­qi, bu tə­si­sat­la­rın fəa­liy­yə­ti döv­lə­tin qay­ğı­sı­nı tam mə­na­da ifa­də et­mək bir ya­na, hət­ta qə­bul edil­miş qə­rar­la­rın əhə­miy­yə­ti­ni nə­zə­rə­çar­pa­caq də­rə­cə­də də­yər­siz­ləş­di­rən amil ki­mi sə­ciy­yə­lə­nir. Bu­nun be­lə ol­du­ğu­nu tam ay­dın­lı­ğı ilə gör­mək üçün hər kə­sin gün­də­lik hə­yat­da hər an mü­şai­yət et­di­yi bir ne­çə prak­ti­ki nü­mu­nə­yə diq­qət ye­tir­mək ki­fa­yət­dir.

­Fak­ti­ki ola­raq ra­bi­tə­çi­lər­dən baş­qa heç bir xid­mət sfe­ra­sı əha­li ilə mü­na­si­bət­lə­ri­ni tən­zim­lə­yən hü­qu­qi mü­qa­vi­lə­lər bağ­la­mır ki, bu da nə­ti­cə eti­ba­rı ilə xid­mət­gös­tə­rə­nə “xü­su­si im­ti­yaz” qa­zan­maq, özü­nü “şərt diq­tə edən” tə­rəf ki­mi apar­maq şan­sı ve­rir. Ən pis cə­hət isə odur ki, tə­rəf­lər bu boş­lu­ğun dol­du­rul­ma­sın­da yox, ək­si­nə, da­ha da də­rin­ləş­mə­sin­də ma­raq­lı gö­rü­nür­lər. Ne­cə de­yər­lər, “hü­quq­la­rı­nı yax­şı bi­lən və və­zi­fə sə­la­hiy­yət­lə­rin­dən tam gü­cü ilə is­ti­fa­də edən” xid­mət­çi­lər “və­zi­fə mə­su­liy­yət­lə­ri”­ni bir­mə­na­lı şə­kil­də yad­dan çı­xa­rır­lar. Bir da­ha tək­rar edək ki, bu prin­sip, ra­bi­tə­çi­lər is­tis­na ol­maq­la, xid­mət sa­hə­lə­ri­nin ha­mı­sı üçün xa­rak­te­rik­dir.

Ə­ha­li­nin elekt­rik ener­ji­si ilə təc­hi­za­tı­nın mə­su­liy­yə­ti­ni öz üzə­ri­nə gö­tür­müş təş­ki­lat­lar bu ba­xım­dan “li­der”­dir­lər. Bu sa­hə­də irə­li­lə­yi­şə nail ol­maq üçün döv­lət son on il­də bir ne­çə də­fə ra­di­kal təd­bir­lə­rə əl at­sa da, hə­lə­lik nəin­ki bey­nəl­xalq tə­ləb­lə­rə, heç so­vet dö­nə­mi­nə uy­ğun xid­mət­dən də söh­bət aç­maq müm­kün de­yil. Nə so­vet­lər­dən qal­ma “Ba­QES”, nə “Bar­mek”, nə də “Bay­va” bu sa­hə­də bir irə­li­lə­yi­şə nail ola bil­mə­di­lər. “Bar­mek­”i əvəz­lə­miş “Ba­kıe­lekt­rik­şə­bə­kə” də fəa­liy­yət­də ol­du­ğu müd­dət ər­zin­də sə­ləf­lə­rin­dən uza­ğa ge­də bil­mə­yib. Bü­tün bu təş­ki­lat­lar yal­nız bir şey­lə, fəa­liy­yə­tə baş­la­dıq­la­rı an­dan eti­ba­rən ye­ni say­ğac qu­raş­dır­ma­la­rı ilə dü­şüb­lər ta­ri­xə. Bi­ri­nin say­ğa­cı­nı di­gə­ri bə­yən­mir, bi­ri­nin say­ğac üçün müəy­yən­ləş­dir­di­yi yer di­gə­ri­ni qa­ne et­mir və sair və son­suz­lu­ğa qə­dər uza­nan ma­hiy­yət­dən uzaq, po­pu­list açıq­la­ma­lar, lü­zum­suz iş­lər. Bü­tün “tə­zə say­ğac” kam­pa­ni­ya­la­rı­nı isə ka­pi­tal qo­yu­lu­şu ki­mi təq­dim et­mə­yə ça­lı­şır­lar. Əsas­lı və­sait qo­yu­lu­şu zə­ru­ri bir mər­hə­lə­dir, am­ma zə­ru­rət olan yer­də. “Bar­mek” əv­vəl­ki say­ğac­la­rı bə­yən­mə­di, am­ma bu­nu heç tex­ni­ki cə­hət­dən əsas­lan­dır­ma­dı ki, ni­yə bə­yən­mir. İn­di də “Ba­kıe­lekt­rik­şə­bə­kə” ey­ni oyu­nu oy­na­yır. Gu­ya əha­li­nin qay­ğı­sı­na qa­lıb “s­tan­dart­la­ra uy­ğun say­ğac” qu­raş­dı­rır­lar. Am­ma o stan­dar­tın nə­dən iba­rət ol­du­ğu ba­rə­də mə­lu­mat ve­ril­mir. “Bar­mek” say­ğac­la­rın­da tex­ni­ki qü­sur­lar var­dı­sa və sər­fiy­yat­dan çox ener­ji qey­də alır­dı­sa, on­da ni­yə əha­li­yə vu­rul­muş zi­ya­nın ödə­ni­şi ba­rə­də mə­sə­lə qal­dı­rıl­mır? Yox say­ğac­lar­da prob­lem yox idi­sə, on­la­rın də­yiş­di­ril­mə­si nə­yə və ki­mə la­zım­dır? “Bar­mek­”in şəx­si ev­lər­də is­ti­fa­də­si­nə ica­zə ver­di­yi üç­fa­za­lı say­ğac­la­rı ye­ni qu­rum ləğv edir və bu za­man say­ğa­cın də­yə­ri­nin ödə­ni­şi­ni abo­nen­tin boy­nu­na yük­lə­yir. Üs­tə­lik, say­ğa­cın ye­ri­ni də­yi­şən us­ta­lar “im­kan ça­tan qə­dər şi­rin­lik” al­ma­ğı, say­ğa­cın üs­tü­nə qo­yu­lan “av­to­mat üçün iki “şir­van” ödənc” qo­par­ma­ğı da unut­mur­lar. Bu­dur­mu bey­nəl­xalq stan­dart­lar? Ödə­niş­lə­rin top­lan­ma­sı pro­se­sin­də isə “Ba­kıe­lekt­rik­şə­bə­kə”­nin “nə­za­rət­çi­lə­ri”­nin hər bi­ri dö­nüb olub bir “cən­ga­vər”. Am­ma mün­tə­zəm xa­rak­ter al­mış işıq­sön­mə­lər­də “Ba­kıe­lekt­rik­şə­bə­kə”­dən bir sə­la­hiy­yət sa­hi­bi ta­pıl­mır ki, bu­nun sə­bə­bi­ni izah et­sin. Ən yax­şı hal­da bü­tün iş­lər hə­va­lə olu­nur bir ka­ti­bə­yə, o da “avtoot­vet­çik” ki­mi ey­ni söz­lə­ri tək­rar­la­yır: “qə­za var, iş ge­dir”. Hər gün qə­za: bu, ener­ji sek­to­run­da ça­lı­şan­la­rın pro­fessio­nal­lı­ğı­nın əsl qiy­mə­ti­dir. Ve­ri­lən ener­ji­nin gər­gin­li­yin­də­ki sıç­ra­yış­lar da həm­çi­nin. Ki­çik tu­tum­lu trans­for­ma­tor­lar ol­ma­dan mən­zil­lər­də heç bir məi­şət ci­ha­zı­nı nor­mal iş­lət­mək müm­kün de­yil. Hət­ta trans­for­ma­to­run kö­mə­yi ilə be­lə nor­mal gər­gin­lik­də ener­ji al­maq müş­kül­dür. Sıç­ra­yış­lar o də­rə­cə in­ten­siv olur ki, komp­yu­ter və so­yu­du­cu­lar az qa­la hər həf­tə sı­ra­dan çı­xır. Bu mə­sə­lə­yə gə­lən­də “Ba­kıe­lekt­rik­şə­bə­kə”­nin mə­su­liy­yə­ti yox­dur. Ni­yə? Ödə­niş za­ma­nı hər iş­çi­si­ni “də­mir də­bil­qə və də­yə­nək­lə” təc­hiz edən, əl­lə­ri­nə bir kəl­bə­tin ve­rib na­qil­lə­ri kəs­mə­yə gön­də­rən bu təş­ki­lat bir ele­men­tar hə­qi­qə­ti dərk et­mə­li­dir ki, hü­quq­dan ön­cə sə­la­hiy­yət­lə­rin həd­di­ni və və­zi­fə­lə­ri bil­mək la­zım­dır. Na­qil­lə­ri kəs­mək bü­tün hal­lar­da ci­na­yət­dir, öz­ba­şı­na­lıq­dır, də­rə­bəy­lik­dir. Əv­və­la, ək­sər hal­lar­da bu na­qil­lər abo­nent­lə­rin öz he­sa­bı­na alı­nır və baş­qa­sı­nın əm­la­kı­na zi­yan vur­ma­ğa heç ki­min haq­qı yox­dur. İkin­ci­si, bu cür təd­bir­lə­rə əl at­maz­dan əv­vəl “Ba­kıe­lekt­rik­şə­bə­kə” nə­zə­rə al­ma­lı­dır ki, onun heç bir abo­nent­lə hü­qu­qi mü­qa­vi­lə­si yox­dur və ol­sa be­lə, heç bir hü­qu­qi mü­qa­vi­lə­də na­qil kəs­mək bən­di əks odu­na bil­məz. Üçün­cü­sü, “Ba­kıe­lekt­rik­şə­bə­kə”­yə heç kim məh­kə­mə hü­qu­qu ver­mə­yib və onun nə­za­rət­çi­lə­ri də məh­kə­mə qə­rar­la­rı­nın ic­ra­sı­na nə­za­rət şö­bə­si­nin əmək­daş­la­rı de­yil­lər. Dör­dün­cü­sü və ən əsa­sı, Av­ro­pa stan­dart­la­rı­na uy­ğun ödə­niş tə­ləb et­mək üçün Av­ro­pa stan­dart­la­rı­na uy­ğun xid­mət la­zım­dır. O xid­mə­tin yo­lu isə hər bir abo­nent­lə fər­di mü­qa­vi­lə­dən ke­çir. O mü­qa­vi­lə­də isə abo­nen­tin də şi­ka­yə­ti­nə əsas ve­rə­cək bənd­lər əks olun­ma­lı­dır. Mi­sal üçün: ener­ji təc­hi­za­tın­da­kı fa­si­lə­nin hər bir saa­tı mü­qa­bi­lin­də “Ba­ke­lekt­rik­şə­bə­kə” gün­də­lik or­ta sər­fiy­yat həc­min­də təz­mi­nat ödə­mə­li­dir; gər­gin­lik sıç­ra­yış­la­rı nə­ti­cə­sin­də sı­ra­dan çıx­mış bü­tün məi­şət ci­haz­la­rı­nın üç gün müd­də­tin­də ye­ni­si ilə əvəz­lən­mə­si ba­rə­də hü­qu­qi öh­də­lik gö­tür­mə­li­dir. Bu­dur xid­mə­tin “bey­nəl­xalq stan­dart­la­ra uy­ğun” təş­ki­li­nin yo­lu. Fak­ti­ki hal­da isə tə­rəf­lər­dən bi­ri­nin dar­ğa sə­la­hiy­yət­lə­ri, di­gə­ri­nin isə təh­kim­li sta­tu­su nə­zə­rə çar­pır. Nə­ti­cə­də isə o dar­ğa­la­rın əməl­lə­rin­dən qay­naq­la­nan qə­zəb döv­lət-­xalq mü­na­si­bət­lə­ri­nə cid­di şə­kil­də mən­fi tə­sir gös­tə­rir; heç kim o dar­ğa­la­rı cid­di tə­rəf ki­mi qə­bul et­mə­sə də, hər kəs on­la­ra sə­la­hiy­yət ver­di­yi üçün döv­lə­ti qı­na­yır. Əs­lin­də isə döv­lət on­la­rı sə­la­hiy­yət­dən çox və­zi­fə mə­su­liy­yə­ti ilə yük­lə­yib. Am­ma nə ya­zıq ki, qar­şı tə­rə­fin də öz hü­quq­la­rı­nı la­zı­mi sə­viy­yə­də bil­mə­mə­si xid­mət sfe­ra­sı əmək­daş­la­rı­na xal­qın qul­luq­çu­sun­dan da­ha çox döv­lə­tin dar­ğa­sı ki­mi çı­xış et­mək şan­sı ve­rir.

­Bu ba­xım­dan heç “A­zə­ri­qaz”­da da və­ziy­yət ürə­ka­çan de­yil. Bir nə­fə­rin bor­cu­na gö­rə bü­töv mə­həl­lə­lə­rin, kənd­lə­rin, ra­yon­la­rın qaz­la təc­hi­za­tı­nın da­yan­dı­rıl­ma­sı adi hal alıb. Əs­lin­də isə bu cür küt­lə­vi təd­bir­lə­rin mə­su­liy­yə­ti­ni müəy­yən­ləş­di­rən mü­qa­vi­lə­lər ol­ma­lı, abo­nent­lə­rin də öz mə­na­fe­lə­ri­ni mü­da­fiə et­mə­si­nin hü­qu­qi ba­za­sı for­ma­laş­dı­rıl­ma­lı­dır. Be­lə ola­ca­ğı təq­dir­də qaz­sız­ma və qaz part­la­yı­şı nə­ti­cə­sin­də baş ve­rən fa­ciə­lə­rə gö­rə də mə­su­liy­yət da­şı­yan­lar ola­caq; bu qə­bil ha­di­sə­lə­ri “a­bo­nen­tin ci­haz­lar­dan is­ti­fa­də qay­da­la­rı­na əməl et­mə­mə­si” şə­kil­li iza­hat­lar­la ört-­bas­dır et­mək cəhd­lə­ri­nə də bir­yol­luq son qo­yu­la­caq. Çün­ki mən­tiq yox­dur bu cür iza­hat­lar­da. İn­san ge­cə yat­dı­ğı yer­də har­dan və ne­cə bil­mə­li­dir ki, “A­zə­ri­qaz” han­sı bir sə­bəb­dən­sə ma­vi ya­na­caq ve­ril­mə­si­ni da­yan­dı­rıb və bir müd­dət­dən son­ra bər­pa edib. Hər kəs sə­hə­rə qə­dər qaz so­ba­la­rı­nın ya­nın­da ke­şik­çi­mi qoy­ma­lı­dır? Qaz pu­lu­nun nor­mal ödə­ni­şi­ni tə­ləb edən kəs onun təc­hi­za­tı­nı-­fa­si­lə­siz­li­yi­ni və nor­ma­tiv­lə­rə uy­ğun təz­yiq­lə ve­ri­li­şi­ni də nor­mal təş­kil et­mə­yə borc­lu­dur .

­Bir söz­lə, xid­mət sfe­ra­sın­da ça­lı­şan­lar unut­ma­ma­lı­dır­lar ki, və­zi­fə­nin tək­cə sə­la­hiy­yət­lə­ri yox, həm də mə­su­liy­yə­ti var. Cə­miy­yə­tin si­vil mü­na­si­bət­lər müs­tə­vi­si­nə çıx­ma­sı­nın yo­lu isə məhz bu hə­qi­qə­tin dər­kin­dən ke­çir.

­

O­dər FATEH ( Salman Vilayətoğlu)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: