BU ADİ MARAQDI BƏNDƏ MARAĞI…

Bu nə giley deyil, nə də ki, üsyan…

Adicə maraqdı bəndə marağı…

Olan da üryandı, qalan da üryan…

Neynir bunu duyan bəndən yarağı

Bu adi maraqdı bəndə marağı!

Sənə haqq deyən də, tapınan da mən,

Tikəsi ağzından qapılan da mən,

Yurdum talana da, çapılan da mən

Düşdümü kəməndə bəndə sorağım?!

Bu adi maraqdı bəndə marağım!

Gör neçə səfil var ağlı cilalı.

Gəzir haqq-ədalət ağzı dualı.

Dillən, cavablandır bircə sualı

Nədən əzizlərsən dindən qırağı?!

Bu adi maraqdı bəndə marağı!

Cəbrayıl da mələk, Şeytan da mələk.

Birinə haqq gərək, birinə kələk.

Bu necə kirkirə, bu necə ələk?!

Dəni yer üzündə, göydə qurşağı.

Bu adi maraqdı bəndə marağı…

Verdiyin nur hara, bu dibçək hara?!

Bu sınaq azdısa, bir də çək dara.

Əgər çətindisə, gəlmək qərara,

Neynirsən saxlayıb məntək qonağı?!

Bu adi maraqdı bəndə marağı…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: