ÖZGƏ HARDAN OLAR KÌ?

Bìnəqədì rayon Ìcra hakìmìyyətìnìn başçısı Ìnqìlab Nadìrov kabinetdə oturub televizora baxanda eşidir ki, Rusiyada bir nəfər qubernatoru gəlirini gizlədib vergidən yayındığı üçün məsuliyyətə cəlb ediblər.

Xəbərdən diksinən sabìq raykom tez əl atır dörd nömrəli telefona. Dəstəkdə Dövlət Vergi Müfəttişliyinin sədri Şöhrət Vəkilovun səsini eşidincə, salam-kəlamsız deyir:

-Qadası, mənəm. De görüm rüşvətdən də vergi tutulur? Şöhrəit Vəkilov da dostunun zarafat etdiyini zənn edərək,

-Rüşvət alanın vicdanı varsa, mütləq vergi verməlidir, – deyir.

Qısa aydınlaşmadan sonra məsələdən hali olan Ş.Vəkilovu gülmək tutur ki: Vergidən yayınmanın rüşvətə nə dəxli?

Baş vergi müfəttişinin bu sualı partokrat-demokratı lap təəccübləndirir:

-Şöhrət qadası, məni doluyursan. Qubernatorun gəliri özgə hardan ola bilər ki?

  03.06.1997 (“Dövran”)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: